Страницы

31.03.2011

KQB, yoxsa QRU?

Gecə kanalı


1989-cu ilin zəhrimara qalmış soyuq fevralında İsveçrənin Lozanna şəhərində həyat öz adi axarıyla davam etsə də, aldanmayın çox da bu sakitliyə, gözlə baxsan, hə, bu beləydi, ancaq, gərək biləsiz, həmin gün orda çox qapalı, gizli bir müşavirə də keçirilirdi «Atlantis» isimli tam məxfi «Uluslararası Metastrateji Araşdırmalar Mərkəzi»ndə. Rumın məəli məruzəçi məşhur konsperoloq Jan Parvalesku  az saylı dinləyicilərini tam mat vəziyyətinə salıb. Mövzu belədir-«QRU qalaktikası», yaxud «Mixail Qorbaçovun gizli təyinatı, SSRİ və Avraasiya qitəsinin gələcəyi».
Havadan götürm
əyib ee rumın kökənli konsperoloq məruzəsindəki bilgiləri- ünlü fransız əkskəşfiyatçısı Pyer Vilmarestin «QRU- sovetlərin ən məxfi xüsusi xidmət orqanı» (Paris, 1988)  kitabı Parvaleskuya imkan verib aşağıdakı nəzəriyyəni irəli sürsün:
«Ciddi ölk
ələrin əkskəşfiyyat mərkəzləri, diqqət edin, təkcə bir qurumla kifayətlənməyərək daha çox dublikat mahiyyətli olur- SSRİ-də bunun təzahürü KQB ilə QRU, yəni Ordu və Dövlət kəşfiyyatı çərçivəsindədir. Onlar qətiyyən bir-birinə etibar etmir, əksər hallarda hətta savaşırdılar da öz aralarında. İki zidd dəstənin bir sahədə çalışdırılaraq aralarına intriqa atılması, biləsiz, sovet idarəetmə mexanizminin tərkib hissədir- həmin zidd qüvvələr bir-birindən yuxarılara şikayətlənir, nəticədə dövlət rəsmiləri həmin sahəni daha yaxşı nəzarətdə saxlamağı bacarırlar».
Daha sonra h
əmin alim digər konsperoloji mülahizələr irəli sürərək lap dərinə varır, sübut edir ki, pah atonnan,QRU ilə KQB tam fərqli iki zidd ideoloqemaya xidmət edirmiş – birincisi avraasiya, digəri avroatlantik ideyasına. Tam məxfi «Avraasiya», yaxud «Şimal qütblülər» ordeni, Parvaleskoya inansaq, hələ çarizm dövründə də mövcudmuş, ancaq onun dövlət rəsmiləriylə sıx təması 1918-ci ildən başlayır- Semen Aralov, QRU-nun ilk rəhbəri, bəli, bəli, bu ordeni Qızıl Ordu tərkibinə daxil etdiyi tarixdən. 1968-ci il «Praqa baharı»nın öhdəsindən də KQB deyil, məhz QRU gəlib- «Varşava paktı»nın rəhbəri avraasiyaçı marşal Oqarkov dahiymiş öz sahəsində- məhz o, Amerika kəşfiyyatını, avroatlantistləri dezinformasiya nəticəsində aldadıb, nəticədə yenidənqurma, 1988-ci il hadisələrinin KQB tərəfindən hələ o vaxtlar dəstəklənən ilk sınağı Praqada alınmayıb.
KQB is
ə elə lap əzəldən, yarandığı gündən üzübəri daim avroatlantika məkanına doğru istiqamətləndiyi səbəbdən, Parvaleskuya görə, Amerika Mərkəzi Kəşfiyyat İdarəsiylə sıx təmasda olub, nəticədə hər iki bu təşkilat «konverqensiya»ya, qarşılıqlı assimilizasiyaya məruz qalıb- eyni mahiyyət, eyni quruluş, eyni amallar onları bir-birinə elə calayıb ki, nəticədə dönüb olublar siam əkizi. QRU isə, təəccüblənməyin, indiyədək öz avtaxtonluğunu saxlayıb-Lenqli cəsuslarılarıyla ikibaşlı oyunlara girməyib axı!
Kreml r
əhbərliyi bunu bilib həmişə! Nyu-Yorkdakı «Azadlıq» heykəlinin uzun kölgəsini qəfildən Kreml ərazisində görər deyə, KQB-yə deyil, daha çox QRU-ya arxalanıb bütün təhlükəsizlik, informasiya məsələrində. KQB-nin adını bircə səbəbə daha çox hallandırıb ki, iz azdırsın, cəmiyyətdə alladıcı bir rəy yaratsın ki, KQB-dir, bəli, bu ölkənin istisnasız sahibi.
Əslind
ə  bu belə olmayıb heç vaxt.
Yulian Semyonov başda olmaqla yazıçı tayfasına tapşırılıb ki, haydı q
ələmə sırılın, hər vəjhlə Dzerjinski cəngavərlərini əfsanələşdirib cəmiyyətin diqqətini tamam başqa tərəflərə yönəldin. Onlara da ki, elə hay lazımdı palıd parketli Kreml kabinetlərindən- QRU-nun qəhrəmanları olan Ştirlitsi, Zorqeni götürüb eləyiblər KQB qartalı.
***  
İnanmırsız Parveleskonun etiraflarına, deyirsiz o, növb
əti başdanxarabların biridi, düz deyin, eləmi, hə? Nə var ki, şübhələrinizi dağıtmağa, çıxın əski Nərimanov xiyabanına, görəcəksiz ki, KQB-QRU qarşudurması, buyurun baxın, həmin idarələrin  köhnə sovet binaları şəklində qulluğunuzda tam hazırdı. KQB-nin binası Ordu Baş Qərargahının iqamətgahıyla tam üzbəüzdür! Aradan Nərimanovun sakit ruhu keçir fəqət.
QRU il
ə KQB-ni bir-birindən kimsəsiz küçə səkiləri ayırır ancaq. Xatası bizdən uzaq, əzəli düşmən kimi baxır biri digərinə.
***
Parveleskonun n
əzəriyyəsi  uluslararası « Avraasiya hərəkatı» rəhbəri, QRU generalının övladı, moskvalı Aleksandr Duqinin diqqətindən yayına bilərdimi heç? Hə, burda deyərlər «kor koru tapar», vallah. Duqin də ki, alım ağrısını, həmin nəzəriyyəni eşidincə cin atına minməsə də, konsperologiya köhləninin, hop eləyib, belinə sıçrayır, qalın cildli «Konsperologiya» əsərini yazır Parvelesku müddəaları əsasında. QRU-KQB qarşıdurmasını, avrasiyaçılarla avroatlantistlərin ziddiyətini götürüb eləyir çağdaş tarixin əzəli məsələsi, bir növ ölüm-dirim mübarizəsi. Metafizik çalarlar da qatır həmin qarşıdurmanın gözünə.
Duqin
ə inansaq əgər, 68-ci ildə Praqada avraasiyaçılara, QRU-ya uduzan atlantistlər qılıncı qınına qaytarmayaraq başqa hiylələrə əl atırlar, sonradan Siyasi Büro üzvü olan Yakovlev ilə xosunlaşıb birgə fəaliyyət lahiyəsi hazırlayır, işə bax sən, düz 20 il sonra «yenidənqurma» adıyla onu həyata keçirməyə başlayırlar, KQB də ki, QRU-nun acığına  Andropov dönəmindən buna razıymış sən demə. 1991-92-ci illərdə vəziyyətin SSRİ-də kəskinləşdiyini bilən QRU, belə de, marşal Axromeyevin rəhbərliyi altında ölkəni atlantistlərdən xilas etmək istəyirmiş- hərbi çevriliş artıq hazırmış, ancaq atlantistlər (KQB!) onları qabaqlayaraq ortaya qondarma çevriliş nümunəsi- QKÇP-ni atır. Nəticə də QRU-nun əsl çevriliş arzusu alınmır, meydan keçir it-qurdun ixtiyarına, ölkə dağılır.
Zavallı marşal Axromeyev guya öz h
əyatına qəsd edir. Ssenariyaya uyğun olaraq vida məktubu da yazır ailəsinin ünvanına.
Avroasiyaçılar, zalım QRU qalır dirs
əyini yeyə-yeyə.
Bax sonuncu müdd
əayla razılaşmaq gərək –«kor kor, kör gör», QKÇP  həqiqətən, day orasız-burasız, əsl məsxərə idi ancaq.
*** 
İndi bildiz neyçün 1988-d
ə Moskva Bakıya bir söz deyirdi, Yerevana bir başqa söz? Rəhbərlik, avraasiyaçılarla atlantistlərin əlində avara qalıb ikiyə parçanmışdı demək ki. Liqaçov-Lukyanov timsalındakı avraasiyaçılar Nazarbayevlə birgə, QRU-nun iştirakıyla, əvvəlcə Bakıya meyilli idilər. KQB (həm də Qərb) isə demokratları dəstəkləyir, atlantistlərin əsas dayağını Yerevanda axtarır, Levon Ter-Petrosyana güvənirdi o vaxtlar. Sonra Bakıyla Yerevanın yeri dəyişdi, biz atlantistlərə (Qərb dünyası, KQB-FSB), Yerevan isə avraasiyaçılara (QRU, Rus ordusu) meyilləndi. Həmin vəziyyət indiyəcən davam etməkdədir.
F
əqət onu indi dəyişmək xəyalına düşənlər də tapılıb.
Duqin-Parvelesku x
əttini izləsək, 20 il sonra, indi, vəziyyət tam şəkildə yenidən təkrarlanır- atlantistlərlə avraasiyaçılar yenidən ortaya atılıblar. QRU, Rusiyanın yeni prezidenti Medvedyevin simasında keçmiş FSB işçiləriylə (Putinlə) tandemə girib üzünü yenidən qardaş sovet respublikalarına tərəf çevirir ki, görsün orda nə var, nə yox. Rus qartalının ikinci başı ayılıb mat-mat yan-yörəsinə baxır.
Duqinin «Avraasiya» saytındakı son x
əbərlər də bizləri narahat etməlidir.
Onun ş
ərhlərinə inansaq, ötənlərdə Ter-Petrosyanın Yerevanda avraasiyaçılara qarşı çıxdığı vaxt Türkiyyədə «Erqenekon» təşkilatıyla əlaqədar həbs olunmuşlar- Fəhlə partiyası lideri, antiqlobalist Doğu Pericek, müavini Fərid Elsevər, «Cümhuriyyət» qəzeti rəhbəri Elxan Səlcuk, «Aydınlıq» dərgisi redaktoru Serxan Bolluq, general Vəli Küçük antiatlantist, avraasiyaçı qüvvələrmiş.
Duqinin saytında bu insanların b
əzisi onunla bir yerdə əks olunub…
Dem
ək ki, atlantistlərlə avraasiyaçıların savaşı özünün ən qızğın vaxtını yaşayır indi. Yerevan, Tiflis, Kosova, Türkiyyə, Bakı, Moskva, Kiyev fevraldan başlayaraq onun havasındadır sanki.
Allah bizi onun xatasından qorusun.
Avraasiya qit
əsi üzərinə Atlantikadan soyuq küləklər əsir
.

Həmid Herisçi, İlhamiyyə Rzayeva

Комментариев нет:

Отправить комментарий