Страницы

01.03.2011

ÜÇÜNCÜ DÜNYA MÜHARİBƏSİ OLACAQMI?


        ABŞ-ın hərbi gəmiləri Liviyaya doğru yola çıxıb, İran gəmiləri isə Suriyada gözləyir 

Aralıq dənizidə sular getdikcə isinir. Bəs nə olacaq? Bu da sualın cavabı...

Aralıq dənizində işlər getdikcə qarışır. FaktXeber.com-un "Reuters"ə istinadən verdiyi məlumata görə, Pentaqon, hər hansı bir müdaxilə nəticəsində ABŞ gəmilərinin Liviya sahillərinə doğru irəliləcəyini açıqlayıb. Eyni zamanda isə 1979-cu ildən bu yana Mübarək rəhbərliyinə görə, Aralıq dənizinə keçə bilməyən İran gəmiləri Suriya sahillərində lövbər salıb.
GƏMİLƏR SİLAHLA DOLUDUR. Hər iki ölkənin donanmalarına aid gəmilər, raketlərlə doludur! İran Dəniz Qüvvələrinə aid "Xarg" və "Əlvənd" adlı 2 döyüş gəmisi, Suriyanın Lazkiyə Limanında lövbər salıb. Süveyş Kanalından keçərək Aralıq dənizinə çıxan gəmilərin Suriyanın hərbi limanının da yerləşdiyi Lazkiyədə qarşılanma mərasimi keçirilmişdi. Xarici mətbuat mənsublarının çəkiliş aparmasına icazə verilməyən qarşılanma mərasimində hər iki ölkənin milli marşları səsləndirilmişdi. Qarşılanma mərasiminə İranın Suriyadakı səfiri və Suriyanın yüksək çinli hərbi səlahiyyətliləri də qatılıbmış.
İSRAİL TƏXRİBAT ADLANDIRMIŞDI. Qeyd edək ki, İranın Süveyş Kanalı üzərindən hərbi gəmilərini Suriyaya göndərməsi İsrail tərəfindən sərt reaksiyaya səbəb olmuşdu. Təl-Əviv rəhbərliyi gəmilərin keçidini "təxribat" kimi qiymətləndirmişdi.
Misirdə Hüsnü Mübarəkin devrilməsindən dərhal sonra İranın, Misirin rəsmi razılığını alaraq, Süveyş Kanalı üzərindən gəmilərini Suriyaya göndərməsi, yeni rəhbərliyin icazə verib-verməyəcəyi istiqamətində nəbz yoxlaması ilə bərabər, həm də bir güc nümayişi kimi də qiymətləndirilir.
PROTOKOL İMZALANDI. Digər tərəfdən, Suriyanın "ChamPress" xəbər saytının dünən yayımladığı xəbərə görə, İran Dəniz Qüvvələri komandiri Həbibullah Səyyari və Suriya Dəniz Qüvvələri komandiri Talib Əl-Bari iki ölkə arasında donanma sahəsində əməkdaşlıq protokolu imzalayıb. Protokol Süveyş Kanalı üzərindən keçərək Lazkiyə limanına gələn "Xark" adlı hərbi gəmidə imzalanıb.
İranda baş verən İslam inqilabından bu yana ilk dəfə Aralıq Dənizinə daxil olan İran Donanmasına aid "Xark" gəmisində 33 min ton ağırlığında hərbi sursat, 250 ekipaj üzvü və 3 helikopter var. "Əlvənd" adlı freqatın (hərbi gəmi) isə dənizdən dənizə silah və torpedo daşıma gücünə malik olduğu bildirilir.
ABŞ GƏMİLƏRİ DƏ LİVİYA YOLUNDADIR. Digər tərəfdən isə Pentaqondan verilən açıqlamada, Liviyada vətəndaş müharibəsinin baş vermə ehtimalına qarşı hərbi gəmilərinin Aralıq dənizinə çəkildiyi bildirilir. Ağ Ev nümayəndəsi Jay Carney isə Liviya lideri Müəmmar Qəddafi üçün "sürgünə göndərilmənin də variantlardan biri olduğunu" söyləyib.
Ancaq ABŞın bu mövzuyla əlaqədar kömək edib-etməyəcəyi barədə heç bir şey deyə bilməyəcəyini söyləyən Carney, ABŞ və müttəfiqlərinin Liviya üzərində "uçuşu qadağan bölgə" yaratmağı düşündüklərini açıqlayıb və Liviyaya istiqamətli hər cür variantın masada olduğunu bildirib.
Liviyadakı müxalif qruplarla ünsiyyət yaratdıqlarını da söyləyən Carney, "Liviyada xalqın istəklərini həyata keçirən və haqqlarına hörmət edən bir rəhbərliyin hakimiyyətə gəlməsi üçün aksiyaçıların aktiv olmasını istəyirik", - deyib.

Əli Hüseynli

Комментариев нет:

Отправить комментарий