Страницы

29.04.2011

2010-CU İLDƏ 240 MİN QIRĞIZ "RUS" OLUB

Ötən il 240 min Qırğızıstan vətəndaşı Rusiya vətəndaşlığını qəbul edib



FaktXeber.com-un verdiyi məlumata görə, Qırğızıstanın baş naziri Almaz Atambayev, 2010-cu ildə 240 min ölkə vətəndaşının Rusiya vətəndaşlığını qəbul etdiyini söyləyib. Qırğız vətəndaşların Rusiyaya işləmək üçün getdiyini söyləyən Atambayev, sonradan orada qalaraq ölkəyə qayıtmadıqlarını bildirib. Ölkənin cənubunda yerləşən Oş şəhərində təşkil edilən "Rusiya ilə Qırğızıstan Arasında İşçi Köçü: Problemlər və Gözləmələr" mövzulu konfransda çıxış edən baş nazir, qırğızların gözəl yaşayış üçün Rusiya vətəndaşlığını qəbul etmədiklərini, yalnız işçi olma haqqını əldə etmək üçün vətəndaşlıq aldıqlarını vurğulayıb.

Qeyd edək ki, Rusiya tərəfi ilə bu problemi müzakirə etmələrinə baxmayaraq, heç bir nəticə əldə etmədiklərini söyləyən baş naziri Atambayev, "Bu mövzuda yeganə həll yolu var. O da Rusiya, Qazaxıstan və Belarus arsında yaradılan Gömrük Birliyinə üzv olmaqdır"-deyə bildirib.

Комментариев нет:

Отправить комментарий