Страницы

26.04.2011

AEROPORTDA 100 ÇAMADAN QIZIL SAXLANILIB

Qahirə hava limanında Hüsnü Mübarəkin köməkçisi olan Hüseyn Səlamiyə məxsus 100 çamadan qızıl saxlanılıb



Misirin devrilmiş prezidenti Hüsnü Mübarəkin yardımçısı Hüseyn Səlamənin Qahirə hava limanında içərisi qızıl və gümüşlə dolu olan 100 ədəd çamadan saxlanılıb. Misirin paytaxtı Qahirədə yerləşən beynəlxalq aeropotda içində 4 min ədəd qızıl və gümüş əşyası olan 100 ədəd çamadan ələ keçirilib. FaktXeber.com-un Misirin rəsmi "Nil" televiziyasına istinadən verdiyi məlumata görə, saxlanılan çamadanlar Səudiyyə Ərəbistanına göndəriləcəkmiş. Polis rəsmilərindən verilən məlumata görə, 3 ton ağırlığında olan çamadanlar haqqda araşdırma aparılır.

Qeyd edək ki, Hüseyn Səlami Hüsnü Mübarəkin dövründə Misir qazını İsrailə ucuz satmaqda təqsirli bilinir. Misirdə yanvar ayının 25-dən başlayan xalq nümayişlərindən sonra, bir çox iş adamları və dövlət rəsmiləri pul, qızıl və digər tarixi əsrləri xaricə aparmağa müvəffəq olub. 

Комментариев нет:

Отправить комментарий