Страницы

23.04.2011

AĞAC İÇİNDƏ QƏBRİSTANLIQ




Qeyd edək ki, quru qitə olan Afrikanın qərbində yerləşən Seneqalda, ölkənin bir faizini təşkil edən və animist mədəniyyətini davam etdirən "Serer" qəbiləsi, bir zamanlar xalq ozanlarını heybətli "Baobab" ağaclarında basdırırmış. Seneqalın Bantiya şəhərində olan "Baobab" ağaclarının gövdəsində, insanlara məxsus kəllə və sümüklər görsənir. 1960-cı ilə qədər davam edən bu adətin hekayəsi isə xeyli maraqlıdır.

Məlumat üçün bildirək ki, gələcək nəsillərə şifahi mədəniyyəti izah edən xalq ozanları yəni "Giriyotlar", əkinçiliklə məşğul olmadıqları üçün cəsədlərinin torpağa layiq olmadığını düşünür və qəbilə üzvləri tərəfindən "Baobab" ağacının koğuşlarına basdırılırdı. 1960-cı ilə qədər rəsmi olaraq ağac koğuşlarına basdırılma adəti qadağan edilməsə də, o tarixdən sonra yavaş-yavaş bu adət ləğv olunub. Hazırda keçmiş adətləri gələcək nəsillərə göstərmək üçün,Seneqalda bir neçə ağac mühafizə edilir.

Комментариев нет:

Отправить комментарий