Страницы

26.04.2011

«Asadov Capital» kimindir?!


Ebmlemində Kürdüstan xəritəsi olan bu holdinq Azərbaycanda monopolist şirkətlərdən və soyadlardan birinə çevrilib…
Aylardır anonsunu etdiyimiz tükürpədici bir araşdırmanı qismən tamamlaya bilmişik. Ona görə qismən deyirik ki, mövzunun içinə girdikcə adamı dartıb aparır. Azərbaycanın monopolist şirkətlərindən birinin pərdəarxasını araşdırmağa çalışdıq. Ortaya tükürpədici bir fakt çıxdı – sən demə, ölkənin yüksək çinli bir məmurunun adı ilə bağlanan bir holdinqin ebmlemində qədim Kürdüstanın xəritəsi varmış. Buyurun, oxuyun…
I yazı
İnternet saytlarından birində, «Na odnoy iz vstreç v Baku, odin oliqarx azerbaydjansko-neponətnoqo proisxojdeniə, imeöhiy interesı v Kurdistane i aktivno sponsiruöhiy i universitet i şkolı, obratilsə k naşim promouteram, a nelğzə li orqanizovatğ treninqi dlə Suleymanskoqo universiteta. Lğzə skazali naşi qorəçie parni, po priezdu domoy vışli na nas i çerez 2 nedeli ə s dvumə kolleqami uje speşili na samolёt. Popastğ v Kurdistan na udivlenie prosto…» sözlərilə başlayan bir məqalədə iş adamlarından birinin Bakıda olarkən, azərbaycanlı, lakin əsli, milliyyəti bəlli olmayan oliqarxlardan birinin Kürdüstanla bağlı maraqlarının olduğunu söyləyir. Məqalədə o da bildirilir ki, İraqın Süleymaniyyə universitetinlə treninqlərin keçirilməsi üçün bu şəxs hər cür zəruri dəstəyi verməyə hazırdır. Düzü, Azərbaycanda kürd mənşəli oliqarxların geniş şəkildə fəaliyyət göstərdiklərinin, hətta müəyyən sahələrdə geniş miqyasda monopolist olduqları haqda da məlumatsız deyildik. Bu baxımdan, bir balaca dərinə getmək və bu məqalədə göstərilənlərin nə qədər doğru olub-olmadığını aydınlaşdırmağa çalışdıq.
Məlum oldu ki, Azərbaycanda həqiqətən də yüksək kapitala malik kürd mənşəli oliqarxlar var ki, türk torpaqları hesabına yaradılacaq «Böyük Kürdüstan» dövlətinin bərqərar olması üçün əllərindən qopan maddi yardımı  əsirgəmirlər. Özü də Azərbaycanın neft pulları hesabına… Azərbaycanın od tutub yanan daxili bazarının gəlirləri hesabına…
Araşdırmalarımızı davam etdikcə, bir sıra maraqdı faktlar ortaya çıxmağa başladı. Məlum oldu ki, Azərbaycanda geniş miqyaslı iş quran şirkətlərin bir çoxunun baş ofisi Azərbaycandan çox-çox uzaqlarda, ya Moskvada, ya Kiyevdə, ya da Qərb dövlətlərindən, məsələn, Böyük Britaniyadadır. Belə bir mexanizmin qurulması da böyük pulların işləndiyi iqtisadiyyatda, iş aləmində həm də təminat üçün lazımdır. Yəni bütün hüquqi sənədlər xarici dövlətlərin hüquqi orqanları tərəfindən qeydiyyata götürüldüyündən, Azərbaycanda onlara qarşı edilən hər hansı bir «krax» şirkətin fəaliyyətini tam söndürə bilmir. O baxımdan, güclü şirkətlərin əsas hissəsinin qeydiyyatı xarici dövlətlərdə aparılır.
Belə şirkətlərdən biri də «Asadov Capital» LTD şirkətidir. Bu şirkət Böyük Britaniyada qeydiyyata alınsa, baş ofisi Moskvada yerləşsə də, əsas fəaliyyət sahəsi birbaşa Azərbaycanla bağlıdır. Şirkətin fəaliyyəti, Azərbaycan iqtisadiyyatı hesabına əldə etdiyi gəlirlərin hansı sahələrə xərclənməsi və s. kimi ictimai maraqları nəzərə alaraq, onun fəaliyyət spektrini araşdırmaq qərarına gəldik. Bu zaman şirkət haqqında çox ilginc məlumatlar əldə etdik.
İlkin məlumatlara əsasən, «Asadov Capital» LTD hələ 11 il əvvəl Bakıda tikinti  materiallarının ticarət anbar kompleksini yaratmaqla daxili bazara giriş edib. Şirkət əsasən, tikinti materiallarını çox ucuz qiymətə xaricdən ölkəyə gətirərək Azərbaycan bazarındakı rəqabət üstünlüyünü özündə saxlamağa nail olub. «Asadov Capital» LTD-nin əsas mal çatdırıcıları Rusiya və Ukraynadır. Bu dövlətlərdən ölkəyə gətirilən mallar tərəddüdsüz həm dəmiryolu, həm də avtomobil yolu vasitəsilə Azərbaycana çatdırılır. «Asadov Capital» LTD-nin rəsmi İnternet saytında bu şirkətin məşğul olduğu sahələr geniş şəkildə göstərilib. Saytın ana səhifəsində balıq, banan, taxıl məhsulları, dəmir, növbənöv qızılgül və «Böyük Kürdüstan»ın xəritəsi nümayiş etdirilir.
«Asadov Capital» LTD bu gün işlərini Rusiya və Ukraynada tikinti materiallarının istehsalı ilə məşğul olan OJSC «ArcelorMittal Kryviy Rih» – Arselor Mittel «Krıvoy Roq» şirkəti ilə qurub. OJSC «ArcelorMittal Kryviy Rih» uzun müddət Ukraynanın hüquq-mühafizə orqanlarının diqqət mərkəzində olub və kontroband malların alverində ittiham edilib. Maraqlıdır ki, həmin iddialarda o da bildirilir ki, bu şirkətə məxsus yüzə yaxın mal vaqonları tərəddüdsüz və yoxlama aparılmadan sərhədlərdən keçirilir və dövlət orqanları mal dövriyyəsi haqda məlumatları tam fiksə edə bilmir. Bu da hüquq-mühafizə orqanları tərəfindən «kontrobanda» və «oğurluq» kimi qiymətləndirilir. Bütün bunlara baxmayaraq, ali havadarlarının hesabına sudan quru çıxmağı bacaran şirkət Ukraynanın hüquq-mühafizə orqanlarını susdurmağa, onlara qarşı qaldırılan ittihamları qapatmağa nail olublar. Buna baxmayaraq, bu şirkət hazırda «Asadov Capital»la birgə fəaliyyətini davam etdirir. Çünki böyük pulların, məxsusən də çirkli pulların yuyulduğu belə bir bazar Azərbaycanda çoxdan mövcuddur.
Qeyd:
İqtisadçılar o fikirdədirlər ki, hazırda Azərbaycanda milyardlarla dollar həcmində çirkli pullar dövriyyə edərək yuyulur və onların fikrincə, bu, Azərbaycan iqtisadiyyatı üçün çox ciddi problemlər yaradır. Çirkli pullar – qeyri-qanuni üsullarla qazanılmış maliyyə vəsaitlərinə deyilir. Normal maliyyə nəzarəti olan ölkələrdə bu pulları qazanmış insanlar onlardan sual yaranmadan istifadə etmək üçün bu pulları hansısa iqtisadi fəaliyyət yolu ilə leqallaşdırmağa çalışırlar.
»Asadov Capital» LTD Ukraynada istehsal olunan Avropa təmayüllü tikinti materiallarını Azərbaycanın daxili bazarlarına gətirərək, rəqabətsiz bazar qiymətləri ilə satdırır. Ölkənin ən aparıcı tikinti şirkətləri ilə müvafiq müqavilələri olan bu şirkət xaricdən gətirilən malları topdan həmin tikinti şirkətlərinə satır. Monopolist oliqarxın nəzarətində olan şirkətlər demək olar ki, çirkli pulları bir cibdən digərinə ötürür, nəticədə gəlir ən yüksək faizlə yenidən eyni şəxsin cibinə qayıdır.
Haşiyə:
Ölkə iqtisadiyyatını izləyən mütəxəssislərin bir çoxu hələ də dəmir, armatur və digər dəmir-tikinti materiallarının yüksələn temp üzrə qiymətlərinin artımını normal hesab etmirlər. Təkcə bir ay ərzində ölkədə tikinti materialları bazarında orta qiymət 4% artıb, bu da son bir neçə ayda davam edən qiymət stabilliyini dəyişib.
Alma, kivi, xurma, nar, banan…
Ölkə alıcılarının bir vaxtlar sıradan biri hesab etdikləri alma, nar kimi meyvələrin qiyməti bazarlarda od kimi alovlanır. Yaxın durmaq mümkün deyil. Afrika bananı, kivisi, İran xurması haqda isə danışmağa dəyməz. Cənub ölkələrində az qala yük maşınları ilə heyvanların istifadəsi üçün gətirilən bananın qiyməti Azərbaycanda durmadan artır. Bu meyvəni ölkəyə gətirənlər onu Chiquita, Dole, Adria, Ekselban, Favorita, Pri Madonna, Del monte, Forze, Centr 21, Don Carlos, King, Bonita, Ban one, Naturana, Bananek, Lolita, Deluks, Diaments, Bananza, Star və Kim adlandırmağa çalışsalar da, banan vətəndaşlarımız tərəfindən elə banan olaraq qəbul edilir. O baxımdan reklama ehtiyac yoxdur. Qiymət artımının qarşısını məhz ona görə almaq olmur ki, bazarın sahibi var. İnhisarçılıq burada da özünü göstərir. Bütünlükdə bu meyvələr «Asadov Capital» LTD tərəfindən Azərbaycana daxil olur. Artıq 9 ildir ki, bu meyvələr üzərindəki qiymət artımını da məhz bu şirkət tənzimləyir – özünə müvafiq şəkildə. Çünki sərbəst bazar iqtisadiyyatı olmadığı üçün ölkəyə gətirilən bu meyvələr istər restoran şəbəkəsi tərəfindən, istərsə də ən geniş ticarət inhisarçıları tərəfindən alınır. Məsələn, Gürcüstandan Azərbaycana bir vətəndaşın 5-10 kq banan gətirməsi qəti qadağandır, əlindən alıb, Qırmızı Körpüdən aşağı yuvarlayırlar, amma 9 ildir Azərbaycanın daxili meyvə tələbatını məhz Böyük Britaniyada Böyük Britaniya qanunları ilə yaradılan «Asadov Capital» öz üzərinə götürüb. Sərhəd məntəqəsindən tutmuş Gömrük məntəqəsinə, hətta polis postlarına qədər maneəsiz keçən dəstə-dəstə qatarlar ölkəyə kifayət qədər məhsul gətirə bilir. Bananın mal dövriyyəsi tək bir ildə 800 min qutuya bərabər olduğu halda, sitrus bitkilərinin mal dövriyyəsi 700 min qutuya çatdırılıb. Əvvəllər bu məhsullar Türkiyənin müvafiq sərhəd bölgələrindən avtomobil yolu ilə nəql edilsə də, sonralar bu biznes genişləndirilib və dəmir yolu vasitəsilə nəqlinə başlanılıb. Türkiyəyə sərhəd dövlətlərdən çox ucuz qiymətə alınan bu məhsullar daxili bazarlarda çox baha qiymətə satdırılır. Ümumiyyətlə, «Asadov Capital»ın daxili bazarlara gətirdiyi məhsulların qiyməti hədsiz baha olmasına baxmayaraq, rəqabət olmadığından vətəndaşlar məcburi olaraq onun alıcısına çevrilirlər.
Ərinmədik, holdinqin «16 highway Shamahinskoe, Hirdalan area, Baku, Azerbaijan» ünvanında yerləşən , + 9412 409 65 25 nömrəli telefona zəng etdik. Bu ünvanda yerləşən telefon nömrəsi cavab vermir və «hörmətli abunəçi, yığdığınız nömrə mövcud deyildir» sözlərindən başqa heç nə eşitmirsən…
Qızılgül biznesi…
Bir vaxtlar Bakı kəndlərində fərdi şəkildə «parnik»lərdə – istixanalarda yetişdirilən güllər də artıq bir qayda olaraq son 5 ildə eyni şirkətin nəzarətinə keçib. Hazırda «Asadov Capital»ın Mərdəkan qəsəbəsində yerləşən iki hektarlıq sahəsində qızılgüllər yetişdirilir. Qızılgüllərin ən seçilmiş növlərinin ştilləri və toxumları Avropa və Şərq dövlətlərindən gətirilir. Bu sahə üzrə aqronom mütəxəssislər isə İsrail, Rusiyada təhsil almaqla yanaşı, Fransanın cənub bölgəsinin təcrübəsindən bəhrələnirlər. Cəmi bir ildə daxili və xarici bazarlarda 3 milyona yaxın qızılgül satılır. Daxili bazarda qızılgül qönçəsinin bir ədədinin qiymətinin 5 manat, bayram və xüsusi günlərdə hətta bir qədər baha qiymətə də satıldığını nəzərə alsaq, ildə şirkətin tək qızılgül satışından əldə etdiyi illik gəlir milyard manatı keçir.
Ərinmədik, holdinqin saytında göstərilən «10/76 Mardakan, Azizbecov area, Azerbaijan» ünvanındakı +99412 459 90 62 telefon nömrəsini yığdıq. Bu telefon nömrəsi çağırdı, amma cavab verən olmadı. Biz bir neçə gün dalbadal zəng etsək də, telefonun yalnız çağırış zənglərini eşidə bildik.
“X”Araşdırma Qrupu                                                                “Xural” qəzeti

Комментариев нет:

Отправить комментарий