Страницы

22.04.2011

ERMƏNİ-CÜHUD BİRLİYİNİN SOYQIRIM İDDİASI

Ermənistan və Yəhudi cəmiyyəti dünya xalqlarına "qondarma erməni soyqırımı"nı tanıtmaq məqsədilə birgə fəaliyyətə başlayıb



FaktXeber.com-un verdiyi "news.am" saytına istinadən verdiyi məlumata görə, Ermənistan-Yəhudi cəmiyyəti dünya xalqlarına "qondarma erməni soyqırımı"nı tanıtmaq məqsədilə fəaliyyətə başlayıb.

Min nəfərdən ibarət olan Ermənisrtan-Yəhudi Cəmiyyətinin üzvləri "qondarma erməni soyqırımı"nın tanınması istiqamətində aktiv fəaliyyətə keçib. Mətbuat konfransı keçirən Ermənistan-Yəhudi Cəmiyyətinin rəhbəri Rima Varjapetyan Feller, qondarma soyqırımdan 96-il örtməsinə baxmayaraq, bu hadisənin xatırlanmasının zəruri olduğunu qeyd edib.

Qeyd edək ki, Varjapetyan qondarma soyqırmın hələ də rəsmən tanınmadığı üçün, təəssüf hissi keçirdiyini bildirib və dünya ictimaiyyətini bu soyqırımı tanımağa çağırıb. "Şəxsən mən bir çox əhəmiyyətli yerlərdə soyqırımla əlaqədar çıxış etmişəm və bundan sonra  da davam edəcəyəm. Biz onsuz da soyqırım həqiqətinin qəbul edilməsi üçün 6 dəfə rəsmi müraciət etmişik"- deyə Varjatepyan əlavə edib.

Комментариев нет:

Отправить комментарий