Страницы

07.04.2011

FAİQ VƏLİZADƏ HƏBS OLUNDU

Hicab və Hicab Qadağası Məhbuslarının Müdafiə Komitəsinin sədri Faiq Vəliyevi İmişliyə gətirmək üçün onun qardaşı saxlanılıb



FaktXeber.com-un verdiyi məlumata görə, Hicab və Hicab Qadağası Məhbuslarının Müdafiə Komitəsinin sədri Faiq Vəliyevin qardaşı saxlanılıb. Daimi yaşadığı İmişli rayonunda yerli polis tərəfindən 12:00 radələrində saxlanan İman Vəliyev, şəhər polis idarəsinə aparılıb. Din aliminin qardaşının saxlanılması barədə heç bir məlumat verməyən yerli polis, sadəcə olaraq Faiq Vəliyevin şəhər polis idarəsinə gəlməsini istəyib.
Qeyd edək ki, ötən gün Bakı şəhərində Hicab və Hicab Qadağası Məhbuslarının Müdafiə Komitəsi, tanınmış din alimlərinin, ictiamiyyət nümayəndələrinin və sadə dindarların iştirakı ilə konfars keçirib. Məhz həmin tədbirdən sonra, ölkədə ruhanilər bir-birinin ardınca həbs olunmağa başlayıb.
Redaksiyamıza daxil olan son məlumata əsasən, Hicab və Hicab Qadağası Məhbuslarının Müdafiə Komitəsinin sədri Faiq Vəlizadə  20 Yanvar metrosu yaxınlığında polis tərəfindən saxlanılıb.

Комментариев нет:

Отправить комментарий