Страницы

10.04.2011

İŞĞALÇILARI SİLAH GÜCÜNƏ QOVACAĞIQ

                          Hərəkatının lideri İraq işğalçılarına ciddi xəbərdarlıq etdi


FaktXeber.com-un “alsumarianews” sayitına istinadən verdiyi məlumata görə, bu gün İraqın işğal olunmasının 8 illiyi ilə bağlı paytaxt Bağdadda milyonlarla insan, Amerika və NATO qüvvələri əleyhinə geniş mitinq keçirib. Aksiyada çıxış edən Sədr Hərəkatının nümayəndəsi Səlah Əl-Əbidi, hərəkatın liderinin mesajını xalqa çatdırıb. Bağdadın “Əl-mustənsəriyyə” meydanında keçirilən bu mitinqdə, Müqtəda Sədr işğalçıların təyin olunmuş vaxtdan sonra, bu ölkəni tərk etməyəcəyi təqdirdə “Mehdi ordusu”nun fəaliyyətinin yenidən başlayacağını və bu dəfə işğalçıların məhz silah gücünə ölkədən qovulacağını deyib.
Qeyd edək ki, İraqın işğal olunmasının 8-ci ildönümü ilə əlaqədar bu ölkənin bir çox şəhərlərində bu gün, Amerika və NATO əleyhinə geniş mitinqlər keçirilməkdədir.

Комментариев нет:

Отправить комментарий