Страницы

05.04.2011

Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin prokuroru dünyasını dəyişib

Bakı-Şamaxı yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


BDYPİ-nin istintaq və təhqiqat şöbəsinin müstəntiqi Rafiq Həsənov məlumat verib.Hadisə Bakı-Şamaxı yolunun 126-cı km-də qeydə alınıb.
Respublika Prokurorluğunun əməkdaşı Elşən Oqtay oğlu Sadıqovun idarə etdiyi BR 478 tranzit nömrə nişanlı “Hyundai Sonata” markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Hadisə nəticəsində sürücü E.Sadıqov dünyasını dəyişib, yanındakı sərnişin isə (yaşlı kişinin adı hələlik bəlli deyil) ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Mərhum E.Sadıqov Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin prokuroru vəzifəsində çalışıb. Faktla bağlı araşdırma aparılır.


                                                         xazar.tv

Комментариев нет:

Отправить комментарий