Страницы

23.04.2011

LEYLA YUNUS: "MÖVSÜM SƏMƏDOV XALQIN SÖZÜNÜ DEYİB"

"Əgər AİP sədri Mövsüm Səmədovun çıxışına həbs düşürsə, onda Bakıda istefa səsləndirən bütün müxalifətçilər gərək həbs olunsun"-deyə Sülh və Demokratia İnstitutunun rəhbəri Leyla Yunus bildir



Bu gün Media Mərkəzində həbs olunan islamçıların hüquqlarını müdafiəsi ilə əlaqədar mətbuat konfransı keçirilib. FaktXeber.com-un müxbirinin verdiyi məlumata görə, Konfrans Sülh və Demokratia İnstitutunun rəhbəri Leyla Yunus tərəfindən təşkil olunub. Konfransda Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədovun vəkili Anar Qasımov, partiya və media nümayəndələri iştirak edib. Hazırda Sülh və Demokratiya institunun siyahısında 60-a yaxın siyahı məhbusun olduğunu deyən Leyla Yunus, barələrində cinayət işi qaldırılan 10 nəfər islamçının da həbs olunacağı halda bu siyahıya salınacağını bildirdi. "Bildiyiniz kimi bu il yanvar ayının əvvəlindən başlayaraq Azərbaycanda kütləvi represiyyalar baş verib. Bu həbslər çox təəccüblüdür ki, AİP sədrinin partiyanın baş məclisindəki çıxışından sonra başlayıb. Həbs olunanların siyahısı bunlardır: 1) AİP sədri Mövsüm Səmədov. 2) AİP sədrinin müavini Vaqif Abdullayev. 3) Zülfüqar Mikayılzadə xəstə olduğu üçün hələ ki, həbsi 4 aylıq ev dustaqlığı ilə əvəz olunub. Amma cinayət işi qüvvədə qalır. Üzərindən götürülməyib. 4) Dəyanət Səmədov. Mövsüm Səmədovun əmisi oğlu. 5) Firdovsi Məmmədrzayev. Mövsüm Səmədovun qaynı 6) AİP Astara komitəsinin sədri Rufullah Axundzadə 7) Masallı ruhanisi Fəramiz Abbasov 8) AİP Gəncə komitəsinin sədri Yusif Ələkbərov. Hazırda İnterpola axtarışa verilib. 9) Gəncə ruhanisi Azər Cəbiyev.10) Gəncə ruhanisi Fəxri İlyasov. Əgər həbs olunanlar haqqında qaldırılan cinayət maddələri məhkəmədə təsdiq olunsa onlar siyasi dustaq hesab olunacaqlar. Hazırda biz onları potensial siyasi dustaq hesab edirik.
  
Maraqlısı budur ki, məhbusların xüsusilə  AİP sədrinin üzərinə qoyulmayan cinayət işi qalmayıb. Demək olar ki, 2000-ci ildən bu günə qədər bir neçə  ictimaiyyət nümayəndələri bu maddələrlə həbs olunublar. Mən artıq bu qənaətə gəlmişəm ki, kim bu maddələrlə həbs olunursa, həmin həbs siyasi xarakter daşıyır. Əgər Mövsüm Səmədov qaldırılan maddələrlə həbs olunsa, onu 10-15 ilə qədər həbs cəzası gözləyir. Həbs olunanların cinayətləri sübuta yetirilməməsinə baxmayaraq, onlar qanunsuz olaraq həbsdə saxlanılır"-deyə Leyla Yunus əlavə edib.
  
Qeyd edək ki, konfrans zamanı Konfrans Sülh və Demokratia İnstitutunun rəhbəri bəzi hakimlərin adlarının beynəlxalq məhkəmələrə veriləcəyini açıqladı: "Biz onlar haqqında həbs qərarı çıxardan hakimlərin adını may ayında açıqlayacağıq. Həmin hakimlər Avropa hüquq konsepsiyasının 5 madəsinin 1-ci bəndini pozublar. Biz həmin hakimlər barəsində Beynəlxalq təşkilatlara müraciət edəcəyik. Hazırda həbs olunan İslamçı məhbuslar iki yerə bölünürlər. AİP-lə əlaqəsi olan və müstəqil nüfuzlu ruhanilər. Biz Sülh və Demokratiya İnstitutu olaraq ilk gündən demişik və indi də deyirik ki, AİP sədri və onun timsalında tutulan şəxslər söz azadlığına görə həbs olunublar. Əgər AİP sədrinin çıxışına həbs düşürsə onda Bakıda istefa səsləndirən bütün müxalifətçilər gərək həbs olunsunlar. AİP sədrinin həbsi əslində siyasi xarakter daşıyır. Digər ruhanilər isə cəmiyyətdəki nüfuzlarını və Mövsüm Səmədovu dəstəklədiklərinə görə həbs olunublar. 
  
Azərbaycan hakimiyyəti AİP sədrinin simasında ruhanilərin söz azadlığından qorxdu və ona görə də bu həbsləri həyata keçirdi. Onun sözü azərbaycanlıların qəlbinin sözü idi. Biz bu qanun pozuntuları ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət edərək, press-reliz hazırlayacağıq. Azərbaycan rejimi digər avtoritar rejimlərdən fərqli olaraq, istəyir ki, bütün vətəndaşları qoyun kimi idarə etsin. Burada hər kəsi tuturlar. Həm ABŞ-da oxuyanı həbs edirlər, həm də, İranda. Bu hakimiyyət heç kəsə fərq qoymur.Biz AİP sədrinin çıxışını xarici dillərdə tərcümə edərək, aidiyyatı təşkilatlara göndərəcəyik".

Комментариев нет:

Отправить комментарий