Aprelin 16-da AXCP sədri Əli Kərimli 2 aprel mitinqi ilə bağlı açılan cinayət işi üzrə ifadə verib. Bakı şəhər Baş Polis İdarəsində (BŞBPİ) onun dindirilməsi 8 saat davam edib.
Əli Kərimli BŞBPİ-də ifadə verəndən sonra AzadlıqRadiosuna danışıb:
- 8 saat idi ki, Bakı şəhər Baş Polis İdarəsində idiniz. İfadə verməyiniz niyə belə uzun çəkdi?
- Mən gündüz 12-nin yarısında ifadə verməyə başladım, bu axşam saat 19.20-də bitdi. Müstəntiqlərin sualları çox idi, mən də bütün suallara ətraflı cavab verdim. Gəldi 8 saatdan artıq çıxdı.
- Müstəntiqlər nəyi soruşurdu?
- Mən detallar barədə danışmalı deyiləm. 2 apreldə İctimai Palatanın dinc etiraz aksiyasını keçirmişik. Ancaq İctimai Palatanın dinc etiraz aksiyalarına kölgə salmaq və ümumiyyətlə, mitinqləri qadağan eləməyə bəhanə yaratmaq məqsədi ilə həmin günü bir neçə qanunsuz hərəkətə də yol verilib. Mən inanıram ki, həmin qruplar hakimiyyətə yaxın qruplar olub, əvvəlcədən hazırlanıblar. Onlar bir sıra vitrinləri sındırıblar, bəzi qanunsuz hərəkətlərə yol veriblər. Ondan da bəhanə kimi istifadə edərək cinayət işi açılıb, ictimai qaydanın pozulması və polisə zor tətbiq olunması ilə bağlı. İctimai Palatanın mitinqi birmənalı şəkildə dinc etiraz aksiyası olub, konstitusiyaya uyğun olub. Ancaq indi səy göstərilir ki, həmin bu təxribatlardan sui-istifadə edərək müxalif fəalları təqib etsinlər. Artıq 10-dan artıq müxalifət fəalına qarşı konkret ittiham irəli sürülüb. Həbslər hələ də davam edir. Bu qurama cinayət işindən bir mexanizm kimi istifadə olunur ki, müxalifət təzyiq altında saxlanılsın. Müxalifətin növbəti addımlarının planlaşdırılmasına, təşkilinə mane olunsun. Bu, Azərbaycanda demokratik, sivil mübarizəyə yol verilmədiyinin sübutudur. Hər kəs bilir ki, müxalifət tərəfindən heç bir qanuna zidd əməl törədilməyib. Əksinə, polis çoxsaylı nümayiş iştirakçılarına qarşı qeyri-adekvat güc tətbiq edib, işgəncələr veriblər .
- İfadə alınarkən 17 aprel aksiyasına toxunulubmu?
- Yox, söhbətin mövzusu sabah nəzərdə tutulan aksiya deyildi. Söhbətin mövzusu 2 apreldə baş verən mitinq və mitinqlə eyni vaxtda təşkil olunmuş təxribatlardan bəhanə kimi istifadə etməklə başlanan cinayət işi idi.
- Sizdən ifadəni kim alırdı?
- Məndən ifadəni Bakı şəhər prokurorunun müavini və müvafiq istintaq qrupunun rəhbəri Fazil Həsənəliyev aldı.
- Əli bəy, sizin həbs olunmağınız gündəliyə gələ bilərmi?
- Biz elə bir ölkədə yaşayırıq ki, mən heç bir variantı istisna etmirəm. Onsuz da artıq bu cinayət işi müxalifət fəallarına qarşı yönəldilib. Artıq neçə funksioner cinayət məsuliyyətinə cəlb olunub. Ona görə hansısa mərhələdə müxalifət liderlərinin də, şəxsən özümün də həbs olunmamı istisna edə bilmərəm. Acaq bu, prinsip etibarı ilə çox şeyi dəyişməz. Nə bizim mübarizəmizi yarımçıq qalar, nə Azərbaycan xalqı azadlıq mübarizəsindən imtina edər. Ona görə açığı, heç bilmirəm ki, birbaşa müxalifət liderlərinin həbs olunması hakimiyyət üçün xeyirli, yoxsa zərərli nəticələr törədə bilər. Yəqin onlar da hesablayırlar. Mən hiss etdim ki, hakimiyyətin özündə də bu barədə müzakirələr gedir. Hər iki variant mümkündür.
- Aprelin 15-də cənub bölgəsində səfərdə olan prezident İlham Əliyev müxalifətin son aksiyalarına toxunub. Deyib ki, müxalifət təmsilçiləri heç nəyə təsir edə bilməyəcəklər, onlar bəzi hallarda xarici ölkələrdən dəstək ala bilərlər. Prezidentin fikirlərinə münasibətiniz necədir?
- Mən özüm o çıxışı dinləməmişəm. Amma belə bir paradoksa diqqət cəlb etmək istəyirəm ki, bir tərəfdən İ. Əliyev və hakimiyyət təmsilçiləri müxalifətin zəifliyindən danışırlar. O biri tərəfindən AZTV və digər nəzarətlərində olan bütün televiziyaları səfərbər ediblər müxalifətə qarşı böhtan, şantaj kampaniyası aparırlar. Bizi ittiham edirlər ki, biz guya sabitliyi pozuruq, ölkəni xaosa aparırıq. Bir millətə izahat versinlər ki, bu müxalifət zəifdirsə, necə bu möhtəşəm sabitliyi pozur, necə bu ölkəni xaosa aparır. İlham Əliyev özü məcbur olub bir-bir qəsəbələrin sosial inkişafı ilə bağlı gedib görüşlər keçirir. Budəfəki səfərlərdə fikir verirsinizsə muzey, heykəl açılışı gözə az dəydi. Görüşlər daha çox sosial obyektlərin açılışı ilə bağlı idi, vədlər verilir, məktəb tikiləcək, kanalizasiya olacaq, qaz olacaq. Bəs biz də onu deyirdik ki, bu xalqa diqqət etmək lazımdır. Demək müxalifət hökumətə ciddi təzyiq edə bilib, hökumət təlaş içindədir.
- Qayıdaq 8 saat ifadə vermənizə. Bir məsələ də maraqlıdır, bu müddət ərzində nahar etdinizmi, çay-çörək verdilərmi?
- Bəli, sağ olsunlar. Təklif etdilər və biz nahar etdik.

Комментариев нет:
Отправить комментарий