Bu şeirləri 14-17 yaşımda yazmışam. Mənə əzizdirlər. Onların olduğu faylı itirmişdim, bu gün təsadüfən tapdım və yarısını rus zakladkalı Azərbaycan şriftindən yeni şriftə keçirib bura qoydum, yarısını isə çevirmədim; birdən həvəsdən düşdüm “ö”, “ə” düzəltməyə ərindim. İndi adlarını hamının unutduğu qəzetlərdə çıxıblar o vaxt. O qəzetlər indi köhnə evin “kladovka”sında, köhnə otvyorkaların, qaz açarlarının, ev təmirindən artıq qalmış divar kağızlarının yanındadı. Hər dəfə oranı yığışdıranda deyirlər, “ataq”? Deyirəm, “yox, atmayın, gəlib götürəcəm”. Sənət əsərləri deyil, yalnız o vaxtkı əhval-ruhiyyəmi indi mənə çatdıran məlumatlardır. O vaxt nə “modernizm” sözünü eşitmişdim, nə “postmodernizm”, sərbəst şeirin böyük şairlərini tanımırdım. Ətrafımda sərbəst şeir yazanlar yoxdu. Yalnız Rəsul Rzanı və Nazim Hikmətin bəzi şeirlərini oxumuşdum. Onlardan aldığım təəssürat da bu şeirlərdə var.
Hava bir az soyumuşdu elə bil
key bir bataqlıq çökmüşdü şəhərə
arada üfüq kimi yorucu
üzücü peşmanlıq duyurdum havada,
sənsə dartıb saqqızı ağzından
dolamaqdaydın boynuma.
***
Bu gün yağış yağdı
- buludların kölgəsi kimi
boz
tezbazar. . .
sapsakit – mənim kimi
yamyaşıl – yosun kimi
qapqara – İran bayrağı kimi
***
Başım gicəllənir,
fırlanmağım gəlir dəli-dəli
məni karuselə mindirirlər
gedirəm üzüaşağı
səsim götürür aləmi
50, 100 . . . 150
çatıram bayaqkı yerimə
yamyaşıl ağlamaq tutur məni
***
İki gündü küçələr düşüb yadıma
yenə əsmər, yenə birtəhər
mənə denən,
gecə çıxmayım küçəyə
dözüm səhərə qədər
***
Bayaq -
hava gümüş olandan göyərənə,
göyərəndən qaralıb qapqara olanacan
səninlə
qonşunun təzə yuyub sərdiyi
yekə
bəyaz
hava bəyaz olandan gözlərimi zillədiyim mələfəsində
o eyvandan sallanaraq
sərxoş olmağı
istəyə-istəyə qaldım.
Bayaq –
Hava gümüş olandan göyərənə
göyərəndən qaralıb qapqara olanacan
çoxaldım.
***
Gözümün qabağından səs keçir. . .
Ağappaq yepyekə səs
o mənə baxır, mən ona
mənim sənə baxdığım kimi
sənin mənə baxdığın kimi
qorxub çıxdım aradan
o da keçdi…
İndi yoxdu burda
ağappaq yepyekə səs
hara getdi tələs-tələs?..
***
ya nəsə demisən
ya düşünmüsən məndən sonra
qırıq qoymuşam üstümə qaladığın işləri
çıxmaz yadından
dala dönüb baxmam
axtardığım ovqatı tapdığım iş odanı
başlı-başına qoyub getmək havam
yəni yadından çıxmaz deyə,
təsəllim də yoxdur.
***
redaksiyada
işin ortasında
dincəlməyim gəlir ikigündənbir
yorulub düşürəm əldən
qoyub işləri üst-üstə
istəyirəm
çıxıb ən köhnə küləfrəngidə yatam
qapı cırıldasın hərdən. . .
***
Bu gün –
axırıncı gün deyildi deyə.
birtəhər keçdi.
Bir az sən dedin,
bir az o dedi,
qaldı yadımda.
Bu gün axırıncı gün deyildi deyə,
sən də,
o da
axırıncı günəcən
qalacaqsız yadımda.
***
istəyir səhər olsun
istəyir axşam
yepyekə yan-yörəmdə
çantam gözləyir ki,
götürüb gedəm onu.
Ölsəm də. . .
nə işdə
nə evdə
heç kəsə xoş gəlməyən
bu qara çantam kimi
gözləyən yoxdu məni.
***
yenə yağışlar başladı burda
hərdən mavi yağır
hərdən boz, birtəhər…
yadıma düşür küçələr
taxtası çürümüş küləfrəngilər
tozlu ayaqları
arxayın-arxayın yumamaq istəyi
yadıma düşür maşının içi
adi, madi…
Yağış da
hərdən asfalt rəngində
hərdən yamyaşıl yağır,
divarımdan damımdan
üzümə, ağzıma düşən yağış
görəsən nə dadır? . .
***
Kimisə, nəyisə
bir saat, saat yarım
oturub
gözləmək istəyirəm
Burdan Sovet küçəsinəcən
Papaninəcən
Basinəcən
küləyin ortasında dayanıb
kimisə donanacan gözləyəsən…
ürək ömrün ən dəhşətli, ən ağır
gözləmək istəyinə
necə dözür görəsən?..
***
o gün
səninçün
mənə məktub yazdığın
o əntiqə gün kimi
sevimli olmaq
düşdü başıma.
Təzə heç nə düşməyəcək yadıma
o vaxtacan ki,
səninçün
mənə məktub yazdığın
o əntiqə gün kimi
sevimli olmaq
gələcək başıma.
***
Yağış yağır. . .
səsi götürüb aləmi səhərdən
elə yağır
elə bil tək bizim küçəyə yağır
mən də addımlarımı sayıram
dosan yeddi, doxsan səkkiz, doxsan doqquz
yada da düşmürəm
gecənin bu vaxtı
nə yaxşı ki düşmürəm
yağış yağır uzun-uzun
həmişə gözləmişəm elə belə olsun
yağış yağsın gecənin bir aləmi
mən də addım sayım –
yüz bir, yüz iki, yüz üç, yüz dörd
adam var küçədə
saatı soruşdu. . .
yağış hara, vaxt hara
yüz beş, yüz altı, yüz yeddi, yüz səkkiz
deyəsən səhər açılır
məni çağırarlar bir azdan
İşim gücüm də var mənim, evim də
evim işıqdı, işim qalmaqal
mən sevincimdən hay-küy salardım
yağış yağsa evimdə hər axşam
yüz doqquz, yüz on, yüz on bir, yüz on iki
həmişə belə olaydı kaş ki
yağış yağaydı bizim küçəyə həmişə
məni heç kim çağırmayaydı
addım sayaydım arxayın-arxayın
yüz on üç, yüz on dörd, yüz on beş, yüz on altı,
deyəsən gecəki yağış
tək mənim yadımda qaldı
- Gəldim, gəldim. . .
yüz on yeddi, yüz on səkkiz,
yüz on doqquz, yüz iyirmi.
* *
hərdən Novxanı bağları düşür yadıma
əvvəl bizimkilər,
sonra üstünə «Satılır» yazılanlar,
sonra da çıxır . . .
* * *
hardan düşdü yadıma, bilmirəm
«əl vurma uçar» küləfrəngimiz
pəncərəsində dənələri çoxdan qurtarmış
üzərrik kötükləri asılı.
Bir günlük sildik tozunu,
bir günlük yatdıq içində,
nə üzümünü bəyəndik, nə əncirini.
bəyəndiyimiz torpağa düşdü əlimizdən, -
bəyənmədik. Qaldı.
Bir az su dərdi çəkdik
o da tapıldı axır macalda
artıq suları sağ ağaclara tökdük
o birilərə baxa-baxa qaldıq.
Hərdən düşür yadıma
«əl vurma uçar» küləfrəngimiz
istəsən qapıdan gir,
istəsən pəncərədən,
bağların içində itib-batıb. . .
Getsəm. . .
soruşa-soruşa taparam bir də
təzə üzərrik asaram
quruyan kötüklərin yerində
* * *
qaranlıq olmur axşamlar
daha əvvəlki kimi
işıq olmur gündüzlər
bundan qabaqkı kimi
. . . Tələsir insan –
geri dönməyə tələsir
işi-gücü yaxşı-yaman vurub başa
gəlib uzanır ki
xatirə saatlarını salsın işə, -
zaman gedir təvəllüd tarixindən də o üzə.
Ya əqrəblər dolaşır bir-birinə,
Ya da kipriklər –
axşamlar qaranlıq olanda,
gündüzlər işıq –
bundan qabaqkı kimi
Olmur axır ki. . .
key bir bataqlıq çökmüşdü şəhərə
arada üfüq kimi yorucu
üzücü peşmanlıq duyurdum havada,
sənsə dartıb saqqızı ağzından
dolamaqdaydın boynuma.
***
Bu gün yağış yağdı
- buludların kölgəsi kimi
boz
tezbazar. . .
sapsakit – mənim kimi
yamyaşıl – yosun kimi
qapqara – İran bayrağı kimi
***
Başım gicəllənir,
fırlanmağım gəlir dəli-dəli
məni karuselə mindirirlər
gedirəm üzüaşağı
səsim götürür aləmi
50, 100 . . . 150
çatıram bayaqkı yerimə
yamyaşıl ağlamaq tutur məni
***
İki gündü küçələr düşüb yadıma
yenə əsmər, yenə birtəhər
mənə denən,
gecə çıxmayım küçəyə
dözüm səhərə qədər
***
Bayaq -
hava gümüş olandan göyərənə,
göyərəndən qaralıb qapqara olanacan
səninlə
qonşunun təzə yuyub sərdiyi
yekə
bəyaz
hava bəyaz olandan gözlərimi zillədiyim mələfəsində
o eyvandan sallanaraq
sərxoş olmağı
istəyə-istəyə qaldım.
Bayaq –
Hava gümüş olandan göyərənə
göyərəndən qaralıb qapqara olanacan
çoxaldım.
***
Gözümün qabağından səs keçir. . .
Ağappaq yepyekə səs
o mənə baxır, mən ona
mənim sənə baxdığım kimi
sənin mənə baxdığın kimi
qorxub çıxdım aradan
o da keçdi…
İndi yoxdu burda
ağappaq yepyekə səs
hara getdi tələs-tələs?..
***
ya nəsə demisən
ya düşünmüsən məndən sonra
qırıq qoymuşam üstümə qaladığın işləri
çıxmaz yadından
dala dönüb baxmam
axtardığım ovqatı tapdığım iş odanı
başlı-başına qoyub getmək havam
yəni yadından çıxmaz deyə,
təsəllim də yoxdur.
***
redaksiyada
işin ortasında
dincəlməyim gəlir ikigündənbir
yorulub düşürəm əldən
qoyub işləri üst-üstə
istəyirəm
çıxıb ən köhnə küləfrəngidə yatam
qapı cırıldasın hərdən. . .
***
Bu gün –
axırıncı gün deyildi deyə.
birtəhər keçdi.
Bir az sən dedin,
bir az o dedi,
qaldı yadımda.
Bu gün axırıncı gün deyildi deyə,
sən də,
o da
axırıncı günəcən
qalacaqsız yadımda.
***
istəyir səhər olsun
istəyir axşam
yepyekə yan-yörəmdə
çantam gözləyir ki,
götürüb gedəm onu.
Ölsəm də. . .
nə işdə
nə evdə
heç kəsə xoş gəlməyən
bu qara çantam kimi
gözləyən yoxdu məni.
***
yenə yağışlar başladı burda
hərdən mavi yağır
hərdən boz, birtəhər…
yadıma düşür küçələr
taxtası çürümüş küləfrəngilər
tozlu ayaqları
arxayın-arxayın yumamaq istəyi
yadıma düşür maşının içi
adi, madi…
Yağış da
hərdən asfalt rəngində
hərdən yamyaşıl yağır,
divarımdan damımdan
üzümə, ağzıma düşən yağış
görəsən nə dadır? . .
***
Kimisə, nəyisə
bir saat, saat yarım
oturub
gözləmək istəyirəm
Burdan Sovet küçəsinəcən
Papaninəcən
Basinəcən
küləyin ortasında dayanıb
kimisə donanacan gözləyəsən…
ürək ömrün ən dəhşətli, ən ağır
gözləmək istəyinə
necə dözür görəsən?..
***
o gün
səninçün
mənə məktub yazdığın
o əntiqə gün kimi
sevimli olmaq
düşdü başıma.
Təzə heç nə düşməyəcək yadıma
o vaxtacan ki,
səninçün
mənə məktub yazdığın
o əntiqə gün kimi
sevimli olmaq
gələcək başıma.
***
Yağış yağır. . .
səsi götürüb aləmi səhərdən
elə yağır
elə bil tək bizim küçəyə yağır
mən də addımlarımı sayıram
dosan yeddi, doxsan səkkiz, doxsan doqquz
yada da düşmürəm
gecənin bu vaxtı
nə yaxşı ki düşmürəm
yağış yağır uzun-uzun
həmişə gözləmişəm elə belə olsun
yağış yağsın gecənin bir aləmi
mən də addım sayım –
yüz bir, yüz iki, yüz üç, yüz dörd
adam var küçədə
saatı soruşdu. . .
yağış hara, vaxt hara
yüz beş, yüz altı, yüz yeddi, yüz səkkiz
deyəsən səhər açılır
məni çağırarlar bir azdan
İşim gücüm də var mənim, evim də
evim işıqdı, işim qalmaqal
mən sevincimdən hay-küy salardım
yağış yağsa evimdə hər axşam
yüz doqquz, yüz on, yüz on bir, yüz on iki
həmişə belə olaydı kaş ki
yağış yağaydı bizim küçəyə həmişə
məni heç kim çağırmayaydı
addım sayaydım arxayın-arxayın
yüz on üç, yüz on dörd, yüz on beş, yüz on altı,
deyəsən gecəki yağış
tək mənim yadımda qaldı
- Gəldim, gəldim. . .
yüz on yeddi, yüz on səkkiz,
yüz on doqquz, yüz iyirmi.
* *
hərdən Novxanı bağları düşür yadıma
əvvəl bizimkilər,
sonra üstünə «Satılır» yazılanlar,
sonra da çıxır . . .
* * *
hardan düşdü yadıma, bilmirəm
«əl vurma uçar» küləfrəngimiz
pəncərəsində dənələri çoxdan qurtarmış
üzərrik kötükləri asılı.
Bir günlük sildik tozunu,
bir günlük yatdıq içində,
nə üzümünü bəyəndik, nə əncirini.
bəyəndiyimiz torpağa düşdü əlimizdən, -
bəyənmədik. Qaldı.
Bir az su dərdi çəkdik
o da tapıldı axır macalda
artıq suları sağ ağaclara tökdük
o birilərə baxa-baxa qaldıq.
Hərdən düşür yadıma
«əl vurma uçar» küləfrəngimiz
istəsən qapıdan gir,
istəsən pəncərədən,
bağların içində itib-batıb. . .
Getsəm. . .
soruşa-soruşa taparam bir də
təzə üzərrik asaram
quruyan kötüklərin yerində
* * *
qaranlıq olmur axşamlar
daha əvvəlki kimi
işıq olmur gündüzlər
bundan qabaqkı kimi
. . . Tələsir insan –
geri dönməyə tələsir
işi-gücü yaxşı-yaman vurub başa
gəlib uzanır ki
xatirə saatlarını salsın işə, -
zaman gedir təvəllüd tarixindən də o üzə.
Ya əqrəblər dolaşır bir-birinə,
Ya da kipriklər –
axşamlar qaranlıq olanda,
gündüzlər işıq –
bundan qabaqkı kimi
Olmur axır ki. . .
Комментариев нет:
Отправить комментарий