Страницы

21.04.2011

«Qanun» nəşriyyatı rusca da kitablar buraxacaq



Azərbaycanın ən böyük nəşriyyatlarından olan “Qanun” Nəşrlər evi rus redaksiyası açır.

Məqsəd ilk növbədə dünya ədəbiyyatının incilərini Azərbaycanda rusca çap etməkdir.

Nəşriyyatın direktoru Şahbaz Xuduoğlu qanun.az-a deyib ki, rus redaksiyasının yaradılması bazarın tələbindən irəli gəlir.

“Məsələ burasındadır ki, kitab dükanlarının çoxu Bakıda yerləşir. Bakıda isə çoxlu rusdillilər yaşayır. Həmin təbəqənin rus dilində kitablara böyük tələbatı var. Amma Rusiyadan gətirilən kitablar bu tələbatı tam ödəyə bilmir”.

“Qanun” Nəşrlər evi dünya ədəbiyyatının klassikləri ilə yanaşı, müasir yazıçıların da əsərlərini rusca çap etməyi planlaşdırır.

Planda fantastika, detektiv janrında kitabların da çapı var

Комментариев нет:

Отправить комментарий