Страницы

25.04.2011

Texnikabank “A.M.A.Y.” rəhbərinin cinayət törətdiyini açıqladı

“Şirkətinin rəhbərliyi və onun ətrafına toplaşan bir neçə insanlar kredit resurslarının təyinatına uyğun istifadə etməyərək müvafiq qaydada cinayət törətmişlər”


“A.M.A.Y. şirkətinin rəhbəri Abdulla Abdullayev ofisində keçirdiyi mətbuat konfransı ilə əlaqədar Texnikabank ASC bildirir ki, həqiqətən A.M.A.Y. və onunla əlaqəli olan bir neçə şirkətə bank tərəfindən həmin şirkətlərin genişləndirilməsi, inkişaf etdirilməsi və ticarət işlərinin aparılması üçün kreditlər verilmişdir. A.M.A.Y. şirkətinə məxsus inzibati binanın ayrı-ayrı hissələri həmin kreditlərin təminatı kimi müvafiq qaydada sənədləşdirilmişdir. Lakin sonradan aparılan monitorinqlərdən məlum olmuşdur ki, alınmış kredit resursları həmin şirkətlərin genişləndirilməsi və ticarət işlərinin aparılması üçün istifadə edilmək əvəzinə A.M.A.Y. şirkətinə və onun rəhbəri A. Abdullayevə verilmişdir. Kreditlərin vaxtının keçməsinə, dəfələrlə uzadılması və restrukturizasiya edilməsinə baxmayaraq kreditlərin qaytarılması təmin edilməmişdir” . “Qafqazinfo”nun məlumatına görə, bu açıqlama ilə Texnikabank çıxış edib. Bankın mətbuat xidmətindən redaksiyaya daxil olan açıqlama daha sonra qeyd olunur ki, tərəfimizdən qanuna uyğun olaraq istintaq orqanlarına müraciət edilmiş və götürülmüş kreditlərin təyinatına uyğun istifadə edilməməsi müəyyən edilmişdir. Hal-hazırda Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məhkəmə istintaqı aparılır. Bildiririk ki, A.M.A.Y. Şirkətinin rəhbərliyi və onun ətrafına toplaşan bir neçə insanlar kredit resurslarının təyinatına uyğun istifadə etməyərək müvafiq qaydada cinayət törətmişlər və hal-hazırda törətdikləri cinayətləri başa düşür və cinayətdən yüngül qurtarmaq üçün mətbuat konfransında verilən yanlış məlumatlarla törətdikləri cinayəti ört-basdır etmək, ictimaiyyətdə və bəzi mətbuat orqanlarında çaşqınlıq yaratmaq, istintaq və məhkəmə orqanlarına şər-böhtan ataraq onların işinə təsir göstərmək kimi qiymətləndirilməlidir.

A.Abdullayev mətbuat konfransında A.M.A.Y. şirkətlər qrupunun Azərbaycan Respublikası Sahibkarlara Kömək Milli Fondundan, Azərbaycan Sənaye Bankından, “Pareks Lizing və Faktoring” şirkətindən və digər qurumlarından kredit və lizinq üzrə borclarının mövcudluğunu etiraf etmişdir. Eyni zamanda, ölkədə və xaricdə fəaliyyət göstərən maliyyə və bank təşkilatlarını, fiziki və hüquqi şəxsləri aldadaraq bu və ya digər şəkildə götürülmüş borcların ödənilməsindən yayınmağa çalışmışdır.

Texnikabank ASC A.M.A.Y. şirkətlər qrupunun rəhbərinə və cinayət işi üzrə istifadə etdiyi insanlara tövsiyə edir ki, şantaj xarakterli hərəkətlər və şər-böhtanlarla dövlət və qeyri-dövlət qurumlarını suçlamaqdansa onların qarşısında öhdəliklərini yerinə yetirməsi üçün likvid aktivlərini səfərbər edərək konkret və əməli tədbirlər görsün.

qafqazinfo.az

Комментариев нет:

Отправить комментарий