Страницы

28.05.2011

11 sentyabr- təşkil olunmuş böyük bir cinayət hadisəsidir

İbrahim Sel

 2001-ci il sentyabrın 11-də bəşər tarixində ən amansız terror hadisələrindən biri baş verdi və bütün dünyanı sarsıtdı. Eyni zamanda bu hadisə bütün dünya üçün bir dönüş nöqtəsi də oldu. 
 11 sentyabrda terrorçular tərəfindən guya eyni zamanda 4 sərnişin təyyarəsi qaçırıldı. Həmin təyyarələrdən ikisi Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin iki qülləsinə çırpılıb, göydələnləri yerlə yeksan etdi. Digər bir təyyarə dünyada ən yüksək səviyyədə qorunan binalardan sayılan Pentaqona istiqamətləndirilib, onun bir hissəsini uçurdu. Ağ Evə istiqamətləndirilən 4-cü təyyarə isə sərnişinlərin (?!) müdaxiləsindən sonra düzənlikdə qəzaya uğradı. Maraqlıdır ki, təhlükəsizlik sisteminin mükəmməlliyi ilə dünyada ad çıxarmış ABŞ bu hadisənin qarşısını ala bilmədi, yaxud da almadı!
 Terror nəticəsində 3 min insan həyatını itirdi. Amma bu qanlı cinayəti törədənlərin kimliyi, terrorun gerçək müəlliflərinin kimlər olması hələ də bir müəmma olaraq qalmaqdadır. ABŞ rəsmən hücumların təşkilində “Əl-Qaidə” terror təşkilatı və onun lideri Üsamə bir Ladeni günahlandırdı. Və dolayısıyla, bəlkə də elə birbaşa şəkildə islamofobiya meyllərininə təkan verib, cinayətin “islamçı terrorçular” tərəfindən törədildiyini bəyan etdi. Özü də hələ dəlil-sübut aşkar olunacağından çox-çox əvvəldən!..
 11 sentyabr terrorundan dərhal sonra ABŞ-ın o zamankı prezidenti Corc Buş terrorizmə qarşı savaş şüarını əlində bayraq edib İngiltərə və NATO-dakı digər müttəfiqləri ilə Əfqanıstana (?!) hücum çəkdi. Özünün yardımıyla hakimiyyətə gətirilən “Taliban” rejimini devirib, özünün iradəsinə uyğun yeni hakimiyyət qurdu...
 Əfqanıstandan sonra 2003-cü il martın 20-də ABŞ “kütləvi qırğın silahı” hazırlandığını bəhanə edib İraqa (?!) hücum çəkdi. Burada da uzun zamanlar ABŞ və digər güc mərkəzləri tərəfindən himayə olunan Səddam Hüseyn rejimini devirdi. Əlbəttə, İraqda kütləvi qırğın silahı tapa bilmədisə də, orada da kök salıb öz iradəsinə uyğun bir hakimiyyət formalaşdırdı, ardınca isə İŞİD-i formalaşdırıb ölkəni tərk etdi. NATO-nun müsəlman ordusu olan İŞİD Yaxın Şərqdə böyük fəlakətlərə səbəb oldu, kolossal dağıntılar törətdi.
 Ən maraqlısı, 11 sentyabr terrorundan “ruhlanıb” ABŞ Rusiyanın “qulağı dibində” olan Mərkəzi Asiya dövlətlərində, keçmiş SSRİ respublikalarında hərbi bazalarını qurdu. Vəziyyət elə diktə etdi ki, Rusiya da buna “yox” deməyə söz tapmadı. Bu münvalla ABŞ “antiterror koalisiyası” adı ilə bir çox dövlətləri işğal etməyə başladı və öz iradəsinə qeyd-şərtsiz tabe etdirməyə müvəffəq oldu. 
 Beləliklə, 11 sentyabr olayları məntəqədə güc nisbətini, geopolitik durumu tamamilə dəyişdi. Bu illər ərzində aparılan savaşlarda yüz minlərlə insan qətlə yetirildi. 11 sentyabr müəmmasının düyünləri isə açılmamış qaldı!
 Ekspertlərin fikrincə, 11 sentyabr terroru ABŞ administrasiyasına müsəlman dövlətlərinə təcavüz etmək üçün bir fürsət və bəhanəyə çevrildi. ABŞ bu fürsətdən maksimum istifadə etməyə çalışdı. Hətta İranı da “şər oxu” dairəsinə salıb ram etməyə çalışdı. Amma buna gücü yetmədi. Üstəlik, İraq və Əfqanıstanda minlərlə əsgər itirdi, hərbi əməliyyatlarda çətinliklərə düçar oldu. Sıravi amerikalılar Buşun təcavüzkarlıq siyasətindən bezdi! Buş siyasəti dünyanın hər yerində ABŞ-ın nüfuzuna xələl gətirdi, gözdən saldı. Amerika xalqı Buşun savaş siyasətinə öz etiraz səsini ucaltdı.
 11 sentyabr olayları müəmmalarla yanaşı, həm də ziddiyyətlər müstəvisinə çevrildi. Analitiklərin fikrincə, 11 sentyabr olayları elə ABŞ hökuməti və kəşfiyyat orqanları tərəfindən Yaxın Şərqdə işğal siyasətini həyata keçirmək, enerji mənbələri üzərində nəzarətə yiyələnmək istiqamətində bəhanə əldə etmək üçün təşkil olunub. Bir çox araşdırmalar İsrail xüsusi xidmət orqanı “Mossad”ın da bu olaylarda təşkilatçı olduğu fikrini təsdiqləyir. Bu istiqamətdə səsləndirilən arqumentlərdən biri 11 sentyabr günü Dünya Ticarət Mərkəzinə yəhudi əsilli iş adamlarının gəlməməsidir. “Nyu-York Tayms” qəzetinin keçirdiyi sorğuya görə hər 4 amerikalıdan 3-ü hökumətin 11 sentyabr olayları ilə bağlı həqiqəti söyləmədiyindən şübhəlidir. 11 sentyabr terrorundan uzun illər ötməsinə baxmayaraq hadisə ilə bağlı verilən suallar hələ də cavabsız qalmaqdadır.
 Bəli, 11 sentyabr- təşkil olunmuş böyük bir cinayət hadisəsidir! Minlərlə insanın həyatını alan və yüz minlərlənin qətlinə yol açan “əsrin cinayəti”! Sülhpərvər İslam dininin müqəddəs adını “terror” kimi murdar bir adla yan-yana qoymağa çalışan möhtəşəm bir cinayət! Amma bu cinayətin gerçək müəllifləri hələ də pərdə arxasında gizlənməkdə, öz məkrli niyyətlərini gerçəkləşdirmək üçün yeni-yeni fürsətlər aramaqdadırlar. Təkcə sadəlövh insanların düşüncələrinə, yalnız İraq və Əfqanıstan kimi dövlətlərə deyil, bütün dünyaya sahib çıxmaq üçün...
 Şərə qarşı birlikdə mübarizə aparaq!

Комментариев нет:

Отправить комментарий