Страницы

26.05.2011

Terrorun ideoloji bazası

İbrahim Sel

 Dünya miqyasında baş verən siyasi proseslərin düzgün təhlilini vermək, həmin proseslərin arxasında duran qüvvələri, onların niyyət və məqsədini müəyyən etmədən mümkün deyildir. Bütün baş verən hadisələr, inqilablar və qarşıdurmalar dünyanın hər hansı nöqtəsində olmasından asılı olmayaraq bir-birilə sıx bağlıdır və vahid mərkəzdən idarə olunur. 
 Belə cərəyanlardan biri də təməli işğal və qanla qurulan İsrailin dövlət siyasəti olan sionizmdir. Sionizmin qurduğu İsrail hökumətinin tarixi dövründə saysız hesabsız cinayətlər törədilmişdir. Sionistlər qonşu ölkələrin əraziləri hesabına qurduqları hökuməti qorumaq üçün bir çox terrorlara əl atmışlar. Bu işlər beynəlxalq anlamda terrordan başqa bir şey deyil. Terror sözü latın dilindən götürülərək qorxu mənasını verir. Terrorun beynəlxalq anlamda və ya lüğəti mənasına baxdıqda elə sionist rejimin əməllərinin ən böyük terror kimi dəyərləndirmək olar. ABŞ-nin Federal Təhqiqat Bürosunun terrora anlam verməsinə nəzər salaq: “İnsanlara qeyri-qanuni güc işlətmək, vətəndaşlara zor tətbiq etmək və qorxu içərisində saxlamaq”. ABŞ-nin müdafiə nazirliyi olan Pentaqon isə: ”Öz siyasi, dini və ideoloji məqsədləri üçün insanlara hazırlanmış zor tətbiqi və hədə-qorxu”nu terror adlandırır.
 Fələstinin Qaçqın və əsirlərlə bağlı nazirliyindən verilən statistikaya görə, 1948-ci ildən bu illərə kimi 850 mindən çox fələstinli İsrailin xüsusi zindanlarında saxlanılmış və saxlanılmaqdadır. Onlardan heç 10 faizi belə azadlığa çıxmamış, çoxları zindanda dünyalarını dəyişmişlər. Əlbəttə, bu hökümətin legitimliyini qəbul etməyən islam ölkələri və təşkilatlarının əllərində ən böyük dəlil də İsrailin öz qonşularının ərazilərinə işğal və ya qəsbkarlıq siyasətilə yiyələnməsidir. Öz vətənləri uğrunda müqavimətə qalxanlar da məhz sionistlərin təbliğatı ilə terrorçu damğası almışlar. 
 Sionizmin terror gücünə belə hakimiyyətini sürdürməsi elə tarixindən qaynaqlanır. Bu cərəyanın tarixinə bir az nəzər salaq. Sionizim bir ideya-siyasi cərəyan kimi 19-cu əsrin sonlarında meydana gəlmişdir. Yarandığı gündən tamamilə mürtəce və dağıdıcı xarakter daşımışdır. Məlumdur ki, siyasi sionizm öz əsas ideyasını orta əsrlərdə geniş yayılmış dini sionizmdən götürür. Bu ideyanın məzmunu isə iudaizmin müqəddəs kitabı Bibliya rəvayətləri əsasında yaranmış nəzəriyyədən- bütün Yer kürəsinə yayılmış yəhudilərin Qüdsdə Sion dağlarına, yəni “ulu əcdadlarının torpağına” qayıtmasının labüdlüyündən ibarətdir. Sionist təbliğatçıları sübut etməyə çalışırlar ki, yəhudilərin vətəni Livan dağları ilə İordan çayı, Sina səhrası ilə Aralıq dənizi arasında yerləşən Fələstin ölkəsidir. Ancaq “Fələstin” ölkəsinin adının hallanması heç də sionistlərin işinə yaramır. Çünkü elə bu sözün özü “yəhudilərin həmin ölkəyə olan təbii və tarixi hüquqları” haqqındakı tezisi rədd etmək üçün ən yaxşı dəlildir. Yəhudilər yaxşı bilirlər ki, vaxtilə burada fələstin tayfaları (ölkənin adı onlarla bağlıdır) yaşamışlar və Fələstinə olan tarixi mənsubiyyət də onlara məxsusdur. Ona görə də sionistlər ölkənin adını dəyişib, “Fələstin” sözünü “Erest İsrail”, yəni İsrail ölkəsi etmişlər. Beləcə Fələstin dönüb olub yəhudi xalqının vətəni! İsrail dövlətinin 1948-ci il mayın 14-də qəbul olunmuş “İstiqlaliyyət bəyannaməsi”ndə də bu cür qeydlər aparılmışdır. 
 Siyasi sionizmin mənəvi atası və siyasi rəhbəri Avstriyalı jurnalist Teodor Hertsl hesab olunur. O, 1896-cı ildə buraxılmış “Yəhudilərin dövləti” adlı kitabın müəllifidir. Sionizmin formalaşmasında digər kitabların da rolu böyükdür. Talmud adlı kitab bu kitabların ən əsaslarından biridir. Bu kitab Tövratın falsifikasiyasıdır desək yanılmarıq. Talmudda bir-birinə zidd fikirlər mövcuddur. Talmudda özü haqda yüksək fikirdə olan yəhudi cümlələri yetərincədir.
 Talmud kitabı iki hissəyə bölünür: Qüds və Babil. Bu kitablarda qeyri-yəhudilərə münasibət elə bir səviyyədədir ki, cəmiyyətdə antisemitizm elementlərinə rast gələndə təəccüblənmirsən. Talmud yəhudilərdə insaniyyətə düşmənçilik və bəşəriyyətə qeyri-insani münasibətlər formalaşdırır. Diqqət edək: “Qeyri-yəhudi cismi ulaq (uzunqulaq) cismidir!”. Yenə orda deyilir: “Qeyri-yəhudilərdə ruh olmur!” Kitabdan yüzlərlə belə misal çəkə bilərik ki, digər millətlərə qarşı həqarətlə doludur. Talmud qeyri-yəhudilərə qarşı düşmənçilik hissi aşılayır. Yəhudilərə qeyri-yəhudilərlə “necə davranmaq” lazım olduğunu öyrədir. Talmudda elə fikirlərə rast gəlmək olur ki, sağlam təfəkkürlü insan onu qəbul edə bilməz. “İnsan” sözü ancaq yəhudilərə aiddir”. “Yalnız və yalnız yəhudilər Adəm övladlarıdır, qeyri millətlər Adəm övladları deyillər!”. “Qeyri-yəhudini öldürmüş yəhudi ancaq göylərdə sorğu-sual olunacaq, amma bunu öz əli ilə etməsə, ona sorğu-sual yoxdur!”
 Və yaxud fikir verin: “Qeyri-yəhudini ölümdən xilas etmək qadağandır!” Belə fikirlərin nəticəsidir ki, sionist əsgərləri yaralanmış fələstin əsgərlərinə tərəf gələn təcili tibbi yardım maşınlarını onlara tərəf buraxmır və sionist zindanlarında minlərlə fələstinli əsirlərə heç bir tibbi yardım göstərmirlər. Bu gün İsrail üçün ideoloji baza insanlığa qarşı nifrət aşılayan belə bir dərslikdir.
 Yuxarıda qeyd etdiyimiz kimi terrorun mənası qorxu altında saxlamaqdırsa, uzun onilliklərdir fələstinliləri qorxu altında saxlayan kimdir? Öz doğma yurdlarından qovulan fələstinlilərin öz vətənlərini qorumasına terror adı qoyaraq, Fələstində ancaq bir ayda 19 azyaşlı uşaq qətlə yetirilməsinə hansı adı verək? Axı bu cür qətliamlar ilk terrorlar deyil. Axı nə üçün terrora məruz qalan fələstinlilər vətənlərini qoruyanda terrorçu olurlar? Elə ailələr var ki, 3-4 övladı qətlə yetirilib. Qəzzanın iqtisadi blokadada saxlanılması, gündəlik ərzaqların həddindən artıq baha qiymətə satılması, benzinin baha qiymətə olması, İsrailin beynəlxalq təşkilatların tələblərinə məhəl qoymadan region dövlətlərinin ərazilərini qəsb etməsi bu rejimin terror xəttinə üstünlüyünü göstərir.
 Çox təəssüflər olsun ki, aparıcı dünya mətbuatı dediyim məsələlərin içərisində ilişib qalıblar. Sionizmin cinayətləri demək olar ki, son bir neçə illərdir televiziya və ya qəzetlərdə, həmçinin saytlarda açıqlanmağa başlayıb. Lakin bununla belə o cinayətləri yaymayan, ört-basdır edən, üstündən sükutla keçən KİV-lər həddən artıq çoxdur.
 Şərə qarşı bir olaq!

Комментариев нет:

Отправить комментарий