Страницы

31.05.2011

AZƏRBAYCAN NATO-ya ÜZV OLACAQMI?

Mayis Güləliyev: "Mən deyərdim son 20 il ərzində Azərbaycanın xarici siyasətində ən düzgün olan addımı budur ki, ölkə olaraq heç bir hərbi bloka qoşulmayasan və region ölkələrilə yaxşı münasibətlərə üstünlük verəsən"




Barak Obama Praqa səfərində çıxış edərək NATO-ya və AB-yə üzv olmayan ölkələri həmin təşkilatklara üzv olmağa çağırıb. Bu ölkələrin əsasən keçmiş Sovet respublikalarının altı ölkəsi - Ermənistan, Ukrayna, Belarusiya, Moldova, Gürcüstan və Azərbaycanın olduğu bildirilir. Ümumiyyətlə, Azərbaycanın həmin təşkilatlara üzv olmasının mümkünlüyü və nə dərcədə ölkəyə faydalı olacağı barədə FaktXeber.com-a açıqlama verən Yaşıllar Partiyasının həmsədri Mayis Güləliyev bunları söylədi:

“Azərbaycan və Cənubi Qafqaz ölkələrinin NATO-ya qəbul edilməsi arzu olunan hal deyil. Hər şeydən əvvəl ona görə ki, bu ölkələr kifayət qədər kiçik regionda yerləşirlər. Digər tərəfdən, bu ölkələrin yerləşdiyi regionlar münaqişəli ərazilərdir. Bu ölkələrin NATO-ya qəbul olunması üçün praktiki olaraq heç bir zərurət yoxdur. Ona görə ki, bu ölkələr ən azından qonşu ölkələr tərəfindən təhlükəyə məruz qalmır. Baxmayaraq ki, Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ konfilikti mövcuddur, lakin bu ölkələrin heç bir halda xarici ölkələr tərəfindən hücuma məruz qalan ölkələr deyil. Yəni qonşu ölkələr tərəfindən bu ölkələrin suverenliyinə heç bir təhdid yoxdur. Digər tərəfdən, bu ölkələr NATO-ya daxil olsalar belə, özlərinin regional konfliktlərini həll etmək üçün NATO-dan istifadə edə bilməzlər. Çünki etnik konfliktlərin həlli məsələsində NATO nizamnaməsinə əsasən NATO qüvvələrindən istifadə oluna bilməz. Başqa cəhətdən NATO qüvvələrinin Cənubi Qafqaz ölkələrində yerləşdirilməsi qonşu ölkələrin geniş narazılığına səbəb ola bilər. Xüsusilə Rusiyanın və İranın sərhədləri yaxınlığında regiondan qat-qat uzaq olan bir ölkənin hərbi baza yerləşdirməsi haqlı olaraq həm Rusiyanı, həm də İranı narahat eləyə bilər. Çünki heç kəs özünün kandarında region ölkələrinə aid olmayan hərbi qüvvələrin yerləşdirilməsinə razı ola bilməz. Region ölkələrinin NATO-ya daxil olmaq üçün atdığı hər hansı bir cəhət, region ölkələr tərəfindən ciddi narazılıqla qarşılana və bu da Azərbaycanın regionda nüfuzuna cidd zərbə endirə bilər. Başqa bir məsələ Azərbaycanın “Qoşulmayanlar hərəkatı”na üzv olması ilə bağlıdır. Azərbaycan artıq bu hərəkata üzv olmaq üçün imza atıb və haqlı olaraq hər hansı bir hərbi alyansa daxil olmağa üstünlük verməyib. Mən deyərdim son 20 il ərzində Azərbaycanın xarici siyasətində ən düzgün olan addımı budur ki, ölkə olaraq heç bir hərbi bloka qoşulmayasan və region ölkələrilə yaxşı münasibətlərə üstünlük verəsən. Azərbaycanın bu yolu seçməsini müvəffəqiyyətli bir addım kimi qiymətləndirmək olar.” 

Комментариев нет:

Отправить комментарий