62 yaşlı Strauss Kan 2012-ci ildə Fransada keçiriləcək prezident seçkilərində ən güclü namizədlərdən bir hesab olunur
Verliən məlumata görə, 32 yaşlı qadın 13:00-da Strausun otağını təmizləməyə gəlib. Qadının qarşısını çılpaq çıxan 62 yaşlı Straus, qadını zorla cinsi əlaqəyə məcbur edib. Uzun çəkən qarşıdurmadan sonra qadın otaqdan qaçmağa müəssər olub. Bundan sonra hadisə yerindən qaçan Straus, telefonunu və digər şəxsi əşyalarını oteldə unudub. Təcavüzə məruz qalan qadın xəstəxanaya yerləşdirilib. Təyyarə vasitəsilə ölkədən qaçmaq istəyən Straus buna müvəffəq ola bilməyib. Belə ki, polisin göstərişi ilə təyyarə reysi təxirə salınıb. Aeroporta gələn polis əməkdaşları Strausu həbs ediblər. İlkin olaraq dindirilən Straus 02:15-də rəsmi olaraq həbs olunub. Strausun vəkilinin verdiyi məlumata görə, ittiham olunan şəxs ona qarşı qaldırmış bütün iddiaları rədd edib. ABŞ qanunlarına görə cinsi təcavüz edən şəxslərə 15 ildən 20 ilə qədər həbs cəzası düşür. Xatırladaq ki, BVF qalmaqalı Dünya Bankının keçmiş rəhbəri Pol Volfovitslə bağlı eyni xarakterli qalmaqaldan cəmi 15 ay sonra ortaya çıxması dünya maliyyə bazarlarında şok yaradıb. Xatırladaq ki, Volfovits həmin hadisənin ortaya çıxmasından dərhal sonra istefa vermişdi. |
Комментариев нет:
Отправить комментарий