Страницы

26.05.2011

I İohann Pavlın ölümü


Anar Ramizoğlu                      “Filfak” Müstəqil Araşdırmalar Mərkəzi 

Qəsdən zəhərlənmə və mason lojası tərəfindən sui-qəsd

                       I İohann Pavlın 33 günü

 26 avqust 1978-cı ildə Vatikanda o qədər də uğurlu karyerası ilə seçilməyən  Albino Luçanin Roma Katolik kilsəsinin başısı seçilməsi onun özü üçün də gözlənilməz olmuşdur. Lakin çox keçməmiş, elə həmin ilin 28 sentyabrda Papa prestoluna seçildiyi  33 gündən sonra İ İohan Pavel öz rezidensiyasında ölü halda tapılmışdır.
Vatikanın yaydığı xəbərə görə, meyit papanın köməkçiləri Jon Madji və Dieqo Lorens tərəfindən tapılmışdır. Papa yatağında (əlində Foma Kempiyskinin  kitabı) oturaq vəziyyətdə tapılmışdır. Papanın şəxsi həkimi Renato Buccionetti pasientinin ölümünə ürək çatışmamazlığının səbəb olduğunu qeyd etmişdir. Lakin Vatikan meyidin yarılmasına icazə verməmişdir.

                            Qəsdən zəhərlənmə? 

 Əlbəttə ki, Papanın ölümü dindar insanlar üçün böyük kədər idi. Tez bir zamanda sui-qəsd haqqında söz-söhbətlər yayılmağa başladı. Ən inandırıcı versiyalar Devid Yallopun “Roma Papasını kim öldürüb” adlı bestsellerındə öz əksini tapmışdır. Yallopa görə sui-qəsd bankir mafiyası və masonlarla əlaqəsi olan Vatikan konservatorları tərəfindən törədilmişdir.
Aydındır ki, Katolik Kilsəsi kontraseptik vasitələrdən istifadəyə qadağa qoymuşdur. Birinci İohan Pavelin Papa prestoluna seçilməsi isə bu qadağanın ləğv edilməsi ilə nəticələnə bilərdi. Vatikan liberalları bu qadağanın əlehinə olmuşlar. Yallopun fikrincə I İohan Pavel  məhz belə liberallardan ola bilərdi. Yallop sübut edir ki, Luçani hələ kardinal olan zaman Papa VI Pavla bu qadağanın götürülməsini təklif etmişdir.

                          Vatikanın mason Lojası?

 İkinci versiya daha çox həqiqi versiya kimi qəbul edilmişdir. Aparılmış soğrudan aydın olmuşdur ki, İtaliya əhalisinin 3-dən biri əmindir ki, Papa Vatikandakı Mason lojasının fəaliyyətini ifşa etmək istəyirmiş. Bu  lojaya kardinal Viyo ( Vatikanın baş sekretarı və Papadan sonra dövlətin ikinci məsul şəxsi) və arxepiskop Marsinkusun üzv olması qeyd olunur. Onların daha çox P2 kimi tanınan Propaganda Due lojasına daxil olmaları ehtimal olunur. 1978 –ci ildə jurnalist Mino Pekorelli Viyo və Marsinkusun həqiqətən də bu lojanın üzvü olmasının şahidi olduğunu etiraf edir. Pekorellinin bu bəyanatı italyanlara 1979-cu ildə onu cəsədi tapılmayana qədər ele də inandırıcı gəlmirdi.
Sedevakantistlər (sedevakantizm- Papanın fəaliyyətini qəbul etməyən  dini konservativ cərəyan ) isə bütün bunları Vatikanın yeni oyunbazlığı kimi qəbul edir. Yuxarıda qeyd etdiyimiz iki əsas versiyadan başqa Luçaninin ölümündə Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin də əli olduğuna inananlar az deyil.

Комментариев нет:

Отправить комментарий