Страницы

11.05.2011

İRANDA ƏCAİB HEYVAN TAPILIB

Hazırda tapılan heyvan laboratoriyaya göndərilib və analizdən sonra onun barəsində dəqiq məlumat veriləcək



FaktXeber.com-un "İRNA" agentliyinə istinadən verdiyi məlumata görə, İranın şimalında yerləşən Meşkin şəhərində quşa bənzəyən qəribə bir heyvan ölüsü tapılıb. Əcaib heyvanı qeyri-qanuni olaraq qazıntı işləri aparan şəxslər, aşkar ediblər. Dövlət rəsmilərdən verilən məlumata görə, tapılan heyvan ilk görünüşdən milyon il bundan əvvəl yaşamış dinozavrlara bənzəyir.
Qeyd edək ki, hazırda tapılan heyvan laboratoriyaya göndərilib və analizdən sonra onun barəsində dəqiq məlumat veriləcək. Nəzərinizə çatdıraq ki, heyvanı qaçırmaq istəyən iki nəfər şəxs, yerli polis tərəfindən saxlanılıb.

Комментариев нет:

Отправить комментарий