Страницы

31.05.2011

MİLLİ KİTAB MÜKAFATININ QALİBLƏRİ İYUNUN 4-də ELAN OLUNACAQ



İyunun 4-də Milli Kitab Mükafatı (MKM) qaliblərin elan olunacaq. Mərasim saat 12-də “Park İnn” hotelinin “Dan Ulduzu” zalında başalayacaq. Bu mövsüm MKM-ə 112 əsər təqdim olunub. Martın 31-də ən yaxşı 10 əsər qiymətləndirmə üçün münsiflər şurasına verilib.

Münsiflər şurasının üzvləri Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev, Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov, “Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı, kinorejissor Ramiz Fətəliyev, şair Vaqif Səmədoğlu, deputat, BDU-nun professoru Rəbiyyət Aslanova, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, alim Hamlet İsaxanlı, aparıcı-jurnalist Nərgiz Cəlilova, prodüser Balakişi Qasımov, tarix elmləri doktoru, professor Cəmil Həsənli, AMEA-nın müxbir üzvü professor Rafiq Əliyev, fəlsəfə elmləri doktoru, professor Niyazi Mehdi, “Qanun” Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlu, kinorejissor Ayaz Salayev və rejissor Mehriban Ələkbərzadədir.
1-ci yerin üç min, 2-ci yerin qalibi iki min, 3-cü yerin qalibi isə min manat pul mükafatı ilə təltif olunacaq. ABŞ-ın Azərbaycandakı səfirliyi Amerika yazıçının ingilis dilindən Azərbaycan dilinə ən yaxşı tərcüməsinə görə 1000 manat məbləğində mükafat verəcək. “Mkm.az” saytındaki internet səsverməsinin qalibi xüsusi diplom alacaq. Qaliblərin əsərləri çap olunacaq.

MKM-in baş sponsoru “Bakcell” şirkəti, sponsorları “Unibank” ASC və “Əli və Nino” Nəşriyyat Evidir.

"Media forum"

Комментариев нет:

Отправить комментарий