1-cilərin və 11-cilərin bayramı olan «Son zəng»in keçirilməsi üçün tələb olunun büdcə əksər valideynlərin cibinə uyğun deyil. Baxmayaraq, hər il olduğu kimi, bu il də təhsil naziri Misir Mərdanov «Son zəng»in məktəb daxilində keçiriləcəyini, orta təhsil müəssisələrindən hər hansı pul yığımların olmayacağını tapşırıb. Təcrübə göstərir ki, bu «tapşırıqlar» işləmir.
Yeri gəlmişkən, bu il orta məktəbləri 101 min 521 şagird bitirəcək. (Ötən illə müqayisədə məzunların sayı 3 minə yaxın azalıb. Ötən il 104 min məzun olub) Birincilərin sayı isə 124 min nəfərdən çoxdur.
Deməli, təqibən 200 min ailədə «son zəng» həyəcanı yaşanır. Bu həyəcana həm mənəvi, həm də maddi məsələlər daxildir.
Paytaxtın Suraxanı rayonundakı 285 saylı, Nəsiminin 45 saylı, Xətainin 121 saylı məktbələrindən artıq şikayətlər gəlməyə başlayıb.
May ayının əvvəlindən məktəblərdən yığılan pulların həcmi ötən illə müqayisədə azalıb. Məsələn, 285 saylı məktəbdən şikayət edən valideynin deyir ki, ötən il 70 manat yığılırdısa, bu il 40 manata endiriblər. Endirimə səbəb bu il tədbirin restoranda keçirilməsi təklifinə bütün siniflərin qoşulmamasıdır. İndiyədək tədbirin restoranda təşkili məktəb səviyyəsində olurdusa, bu il hər sinfin özbaşına buraxılıb. Bəs 40 manat nəyə xərclənəcək? Belə ki, 10 manat məktəbdə keçiriləcək tədbirə gül, şar lent almağa, 10 manatı 1-ci siniflərə hədiyyə almağa, qalan 20 manatına isə müəllimlərə və direktora hədiyyə alınacaq.
Nəsimi rayonunda yerləşən məktəblərdə isə şagirdlər 50 manatdan pul yığır. Səbail rayonunda isə «elit» sayılan bir neçə məktəbdə hətta 100-200 manatdan bəhs olunur.

Bizim yol
Комментариев нет:
Отправить комментарий