Страницы

31.05.2011

Nadin Qordimer


Nadine Gordimer und David Grossman.jpg
Nadin Qordimer (ing. Nadine Gordimer) — Cənubi Afrikalı yazıçı
20 noyabr 1923-cü ildə Yohannesburq yaxınlığındakı balaca şaxtaçılar qəsəbəsində zərgər ailəsində dünyaya göz açmışdır. Məktəbi bitirdikdən sonra bir il Yohannesburq universitetində oxumuş, yazmağa isə doqquz yaşından başlamışdır. 16 yaşı olanda Yohannesburqdə çıxan "Forum" dərgisi onun "Sabah yenə gəl" adlı novellasını çap etmişdi.
40-50-ci illərdə CAR-da aparteid bərqərar oldu, irqi diskriminasiya artdı, müxtəlif rəngli insanların bir-biriylə ailə qurmaları qadağan olundu. Ölkədəki vəziyyət yaradıcı ziyalı təbəqə üçün dözülməz olmuşdu. Mopassanın, Heminqueyin və Folknerin 12 min kitabı oxunması qadağan olunaraq yandırılmışdı, əksər yazıçılar, o cümlədən P. Abrahams və A.La Quma ölkəni tərk etməyə məcbur oldular.

Əsərlər

1949-cu ildə N.Qordimerin "Üz-üzə" adlı hekayələr kitabı işıq üzü gördü, 1953-cü ildə isə onun "Yalançı adamlar" adlı ilk romanı çapdan çıxdı. Romanda Qordimer gənc qadın Helenin məhz onun öznün keçdiyi həyat təcrübəsini qələmə alır. Qordimerin yaradıcılığı Afrikanın cənubu üçün xarakterik olan ictimai-siyasi şəraitin bütün ağırlığını əks etdirir.
Qordimerin "Yadellilərin torpağı" (1958) - gənc ingilis jurnalistin görüb müşahidə etdiyi Yohannesburq cəmiyyətinin 1950-ci illərdəki çoxşaxəli mənzərəsi idi. "Təsadüfi sevgi" (1960) romanının qəhrəmanı dünyanın qəddarlığından öz şəxsi, ətrafdan təcrid olunmuş həyatına qaçıb sığınır. Bu əsərin nəşri uzun illər boyu CAR-da qadağan edilmişdi. "İtirilmiş burjua aləmciyi" romanı (1966) Qordimerin tənhalıq və dünyadan təcrid vəziyyətini tam dolğunluğu ilə əks etdirirdi. Bir müddət ərzində bu romana da CAR hökuməti qadağa qoymuşdu. "Hörmətli qonaq" (1970 – Ceyms Teyt Blekin xatirəsi mükafatı almış) və "Mühafizəçi" (1974- Buker mükafatı almış) romanlarında Qordimer daha pessimistdir, onun tərki-dünyalığı daha artıq nəzərə çarpır. "Burgerin qızı" (1979) romanı da həmçinin senzuranın təqibinə məruz qalmışdı.
"Culay xalqı" (1981) romanında arxitektor Smayzlın ailəsindən danışılır. Yohansenburqdan kəndə qamağa məcbur olmuş ailə öz xidmətçisinin evində qalmalı olur. Qordimer kənd əhalisi ilə ağdərililərin arasındakı münasibətləri dərin psixoloji məqamlarla çatdırır, onların arasındakı sosial-mədəni fərq uçurumunu analiz edir. Sonra "Təbiətin oyuncağı"(1987), "Mənim oğlumun rəvayəti"(1990) romanları çıxır. Hekayə kitablarından isə "Altı fut torpaq"( 1956), "Cümənin Izi" ( 1960), "Məxvidir" ((1965), "Livinqstonun yoldaşları"( 1971), "Yəqin ki, bazar ertəsi"(1976), "Əsgərin ağuşları"(1980) və s. misal çəkmək olar. "İyul adamları" (1981), romanı, "Nəsə, hardasa orda" (1984) hekayələr toplusu və daha iki roman – "Təbiətin əyləncələri" (1971) və "Mənim oğlumun tarixçəsi" (1990) Qordimerin yenə də öz həmişəki mövzusuna – CAR-dakı həyatın problemləri mövzusuna sadiq qaldığını bildirir.
Bir dəfə Qordimer qeyd etmişdi ki, onun bütün əsərləri əslində elə yeganə bir kitabdan ibarətdir.
1991-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı "ədəbi yaradıcılığa görə" Nadin Qordimerə təqdim olundu. Qordimerə Nobel mükafatı təqdim olunandan həməs onra o, "Sıçrayış" adlı hekayələr toplusu yazdı(1991), bu hekayələrdə yazıçının sevimli mövzuları öz əksini tapmışdı.
"Yanımda kimsə yoxdur" romanında (1994) Qordimer özünü tanıyıb tapmaq istəyən Vera Stark adlı qadının siyasətə həsr olunmuş taleyini qələmə alır. "Ev tüfəngi" (1998) romanını bəzi tənqidçilər "hökumətin yüksək qoşun qatarları haqqında triller" adlandırdılar. 1999-cu ildə "Ümid içində və tarix içində olan həyat: Bizim əsr haqqında qeydlər" adlı kitabında isə Qordimerin ədəbiyyatmədəniyyət,insan haqları və təbii ki, özünün CAR-dakı işi və həyatı haqqında məqalələri, mühazirələri işıq üzü gördü.
Nadin Qordimerin hekayələri, məqalələri və romanları müxtəlif ədəbiyyat mükafatlarına layiq görülüb, dünyanın 25 dilinə tərcümə olunub.

Комментариев нет:

Отправить комментарий