Страницы

26.05.2011

NARKOTİCARƏT QALMAQALININ ÜZƏ ÇIXARDIĞI HƏQİQƏTLƏR

Narkotiklərdən əsasən məmurlar, onların övladları istifadə edir; narkosindikat Prezident Administrasiyasına da “ayaq açıb”



Prezident Administrasiyasının (PA) Aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanovun sürücüsü Pərviz Məmmədovun 5 kiloqram yüksək keyfiyyətli narkotiklə həbs olunması gündəmi qarışdırıb.
Məlum olub ki, P.Məmmədov İrandan və Gürcüstandan Azərbaycana narkotik gətirən mütəşəkkil dəstə ilə əlaqəyə girərək narkotik vasitə əldə edib. Sürücü narkotik vasitələrin daşınması üçün isə A.Əmiraslanovun “BMW” markalı, Az 10 PA 537 dövlət nömrə nişanlı xidməti avtomobilindən istifadə edib. Onun narkotik satdığı müştərilərin arasında vəzifəli və imkanlı şəxslərin övladları ilə yanaşı, onların sürücüləri də olub.
Əli HəsənovBu xəbər 2009-cu il, iyulun 28-də baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənovun (“Qaçqınkom” sədri) sensasion bəyanatını xatırladır. Əli Həsənov o vaxt tədbirlərdən birində Azərbaycanda narkotik vasitə istifadəçilərinin sayı ilə bağlı açıqlanan rəqəmlərlə razılaşmadığını, ölkədə 23 min 254 nəfərdən dəfələrlə artıq narkoman olduğunu demişdi. Üstəlik, milli təhlükəsizlik naziri Eldar Mahmudova ciddi bir arayışın hazırlanması barədə müraciət də etmişdi. “Bir gün o uşaqların da siyahısını çıxaracağam. Narkotik istifadəçilərinin kimlərin uşaqları olduğunu açıqlayacağam. Əmin olun ki, çalışıb çıxaracağam. Valideynlər də öz uşaqları ilə məşğul olmalıdırlar. İmkansızlar narkotik ala bilməz. Çünki narkotiklər ucuz deyil, çox bahadır” deməklə Ə.Həsənov ölkənin gündəmini indi olduğu kimi qarışdırmışdı. Maraqlıdır ki, həmin açıqlamadan 2 ilə yaxın vaxt ötsə də Əli Həsənov hələ də söz verdiyi arayışı ortaya çıxarmayıb. Baş nazirin müavininin həmin açıqlamasından sonra onun yaxın qohumlarından birinin narkotik vasitə ilə saxlandığı xəbəri yayıldı. Deyilənə görə, Ə.Həsənova bu yolla təzyiq edərək MTN-ə müraciətinin qarşısını alıblar.
Onu da qeyd edək ki, baş nazir müavininin bu açıqlamasından 1 il əvvəl Bakının sabiq prokuroru Ədalət Mirsalamovun və Əzizbəyov rayonunun sabiq prokuroru Rəşid Həsənovun övladları bahalı narkotiklər - ekstazi həbləri istifadə etdiklərinə görə həbs olunmuşdular. Sonradan Ə.Mirsalamovun oğlu Mahir Mirsalamlıya və Rəşid Həsənovun oğlu Yalçın Həsənova narkotik vasitələrin satışı ilə bağlı ittihamlar da verilmişdi. Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat zamanı çoxlu sayda məşhur şəxslər, o cümlədən müğənni Tunar Rəhmanoğlu və xalq artisti İlhamə Quliyevanın oğlu Orxan da tutularaq istintaqa cəlb edilmişdilər.
A.Əmiraslanovun sürücüsünün də məhz bu növ narkotik vasitənin satışı ilə məşğul olduğu istisna olunmur.
Onu da qeyd edək ki, A.Əmiraslanovun sürücüsü 2011-ci il may ayının 5-də axşam saatlarında Bakıdakı ünvanların birindən narkotik maddəni götürdükdən az sonra saxlanılıb.
Qəzetimizi izləməklə bu olayın təfərrüatları barədə məlumat ala biləcəksiniz.

E.HÜSEYNOV                            musavat.com  

Комментариев нет:

Отправить комментарий