Liviya hökuməti Müəmmar Qəzzafinin bank hesabları ilə əlaqədar açıqlama verib
FaktXeber.com-un verdiyi məlumata görə, Liviya rəsmiləri Müəmmar Qəzzafinin İsveçrə banklarında şəxsi pullarının olmadığını bildirib. Bu haqda məlumatı Liviyanın xarici işlər nazirinin köməkçisi Xalid Qaim məlumat verib. Xalid Qaim sözlərinə görə, İsveçrə banklarında olan 25 milyon dollar Qəzzafinin deyil, hökumətə məxsus pullardır. "Bütün dünya deyir ki, Qəzzafi İsveçrə banklarında pulları var. Əgər Qəzzafinin bankda pulu varsa, mən icazə verirəm gedin götürün"-deyə Xalid Qaim bildirib. |
Комментариев нет:
Отправить комментарий