“Azərbaycanın nə gəncliyi, nə sadə insanları, nə də bütövlükdə cəmiyyəti ölkədə aksiya keçirmək istəyən bəzi qüvvələri dəstəkləyir. Müxalifət qüvvələrinin məqsədi ancaq ara qarışdırmaqdır”. Yəqin ki, bu sitatın ruhundan müəllifin kimliyini sezdiniz - YAP-çı deputat Siyavuş Novruzov.
Tutaq ki, xalq müxalifəti doğrudan da dəstəkləmir. Elə isə qoy Novruzovun partiyası Hacıbala Abutalıbova İctimai Palatanın 2 aprel mitinqinə yer ayırması üçün müraciət eləsin. Ardınca da YAP öz mitinqini keçirsin. Lap hər iki mitinq Azadlıq meydanında olsun. Qoy nəhəng meydanda müxalifət liderləri beş-üç tərəfdarları ilə biabır olsunlar, telekanallar çəkib göstərsin, xalq və dünya bu müxalifətə doyunca gülsün. Hər haldac vaxta var.
İqtidar qəzetlərinə baxın, hər sətrindən qan damır. Erməni faşizmindən bir cümlə yazmayanlar, şəhidlərimizə hörmətsiz yanaşanları görməzliyə vuranlar müxalifətə həqarətlər yağdırır. Müxalifəti xaos yaratmaq cəhdində, xarici qüvvələrə işləməkdə, ölkəni dağıtmaqda ittiham edirlər. Anlamırlar ki, bu cür nağıllar daha keçmir. Əgər bir gündə Azərbaycana təkcə neftdən 85 milyon dollar pul gəlirsə və hakimiyyət hər gün hər vətəndaşa çatan 10 dollarlıq neft pulunu mənimsəyirsə, ona qəpik qıymırsa, günahkar müxalifətdirmi?
Məgər müxalifətdir Kür daşqınlarına görə evsiz-eşiksiz qalan minlərlə vətəndaşa ayrılan pulları mənimsəyən, onları etirazlar keçirməyə vadar edən? Bəlkə neft pullarına arxayın olub 11 km-lik yolu 360 milyona asfaltlayan, pensiyaları 2 manat 40 qəpik artırmaqla adamları təhqir edənlər müxalifətçi məmurlardır?
YAP-çılar deyir ki, müxalifətin əsas məqsədi ölkədə aranı qarışdırmaq və təxribat törətməkdir. Olmaya “Azadlıq”ın yazarı Seymur Həziyevi oğurlayıb döyənlər də bu ölkəni qarışdırmaq istəyən müxalifətçilərdir?
Bu gün danışan təkcə müsavatçı, cəbhəçi deyil. Hər kəs başa düşür ki, vəziyyət belə davam edə bilməz. Zeynəb Xanlarova prezidenti ilana zəhər verən kərtənkələləri cəzalandırmağa çağırır. Məgər o, müxalifətçidir? Cümşüd Nuriyev “pulun çaşdırdığı adamlar Azərbaycanın başına bəladır” deyib hökumətdəkiləri özlərində cəsarət tapmağa, istefa verməyə çağırır. Məgər o, müxalifətçidir?
Bəlkə ölkənin problemlərini sadaladığına görə arzuolunmaz adam elan olunan Rüstəm İbrahimbəyovdur müxalifətçi? “Kim bu həyasız, abırsız, büdcəni çapıb talayan korrupsionerləri, rüşvətxorları görəndə sevinir ki” deyən YAP-çı Gülər Əhmədova idi, yoxsa müxalifət yetkilisi?
Başa düşənlər bilir, dünyada indi başqa ruzigarlar əsir. Hətta Qazaxıstan prezidenti növbədənkənar seçkiyə getdi, Özbəkistanda parlament üsul-idarəsinə keçilir. YAP hökuməti məgər özünə sual vermirmi ki, bəs bu mərhələdə onlar dünyanın diqqətini nə ilə cəlb etmək istəyirlər? Yumurtanın qiymətini aşağı salmaqla?
Bəlkə dörd il əvvəl “rayonlarda pambıq, üzüm, taxıl əvəzinə heykəl əkirsiniz” deyən Sirus Təbrizli idi müxalifətçi? Görün bu gün nə gündəyik ki, kartofu da Pakistandan alırıq. Camaata da mal-qara üçün gətirilən kartof yedizdirirmiş bizim məmurlar.
Korrupsiyaya qarşı mübarizə kampaniyası elan olunandan sonra xaricdən müsbət reaksiyalar gəlirdi. Hətta səfir Brayza da jurnalistlərlə ilk görüşündə bu addımları dəstəklədiyini demişdi. Ardınca gənclərin və Müsavatın mitinqini zorakılıqla dağıtdılar, Seymur Həziyevi döydülər, gəncləri həbs elədilər. İndi hakimiyyətə ünvanlı bəyanatların məzmunu ayrıdır. Zorakılıqları dayandırmağa, günahkarları cəzalandırmağa çağırırlar. Yoxsa bunu da müxalifət edir?
Vəziyyətdən düzgün nəticə çıxarmaq lazımdır, Amerikanı ittiham etmək yox. Amerika nə istəyir? Deyir, seçkini demokratik keçir, jurnalisti döymə, öldürmə, həbsdən burax, öz vətəndaşına normal münasibət bəslə. Buna əməl etmək çoxmu çətindir? Əməl edin, müxalifətin də arqumentlərini əlindən alın, Amerikaya da bəhanə verməyin.
Bu gün idarəçilik maşınının sükanı arxasında oturanlar çox təhlükəli bir kurs götürüb. Bu gedişlə isə milyonların sərfi hesabına salınan yollar da onları xilas edə bilməyəcək. Artıq bu yolda “radar”a düşüblər. Tez-tez ərəb ölkələrinin ardınca Azərbaycanın da adının çəkilməsi, sizcə, təsadüfdürmü?

Комментариев нет:
Отправить комментарий