Məktəbi bazara çevirənlər başda məktəb direktorları olmaqla elə müəllimlərdir
«Oxutmuram əl çəkin!» Allah sənə qəni-qəni rəhmət eləsin Mirzə! Necə gözəl demisən. Bu gün Azərbaycanın təhsil sahəsində baş verənlərin şahidi olsaydın bəlkə bundan da gözəl sənət əsərlərin yaranardı. İndi uşağını oxutmaq istəməyənlərin sayı günü-gündən artır. Axı biçarələr nə etsinlər bahalaşmanın sürətləndiyi bir vaxtda ayı ən azı 150 azn-ə başa gələn məktəbdə necə uşaq oxutsunlar? Heç qazancları bu qədər deyil. Süpürgəçinin pulundan tutmuş məktəbin təmirinin puluna qədər valideynlər ödəməlidilər axı. Hələ fond pulunu müəllimlərin dilləri ilə istədikləri rüşvəti, imtahan pullarını demirəm. Maraqlıdır, bəs görəsən ilin sonunda hər bir məktəbin təmiri-bərpası üçün ayrılan pullar kimin cibinə gedir???
Danılmaz bir faktdır ki, ölkədə təhsil sistemi önəmli və taleyüklü sahələrdən biridir. Gələcəyin savadlı, bacarıqlı insanlarının yetişməsinin taleyini məhz bu sistem həll edir. Amma bu gün orta məktəblərdə təhsildən başqa nə desən görə bilərsən. Müəllim şagirdlə alver edir, şagird müəllimə qonşularının qızı ilə filankəsin oğlunun romanını, qapıçı isə direktorla «yeni ulduz»dan danışır, şagirdlər bir-birlərilə yeni aldıqları paltarları müzakirə edirlər və daha nələr-nələr. Dərs nədir, maariflənmək nədir? Elm öyrənmək nədir? Bu cür hallar Azərbaycan məktəbləri üçün yaddır. Nəzəri-diqqətinizə çatdırım ki, bu şəraiti yaradanlar, yəni məktəbi bazara çevirənlər başda məktəb direktorları olmaqla elə müəllimlərdir. Bunun da başlıca səbəbi var. Məlumdur ki, istər kasıb, istər dövlətli istəyir ki, övladı savadlı olsun, orta təhsilini bitirib ali məktəbə daxil olsun. Yəni bir sənətin sahibi olsun. Amma məktəblərdə dərs keçirilmədiyinə görə uşaqlarını əlavə məşğul olmaq üçün müəllim yanına göndərirlər. Hər hazırlaşdırdığı uşaqdan azı 50 azn alan müəllimin nəyinə lazımdır ki, məktəbdə özünə əziyyət verib dərs keçsin? Elə oturub «şou biznes»dən danışar də. Onsuz da məktəbdən maaşını alır. Ayda azı 10 uşaq da hazırlaşdırsa, nəyinə bəs deyil?
Xülasə bu gün Azərbaycanda təhsil sisteminin vəziyyətindən fəhlədən tutmuş yüksək çinli məmurlara kimi xəbərdardırlar. Çünki, ən azından bütün təbəqənin insanların övladları sözügedən məktəblərdə «təhsil» alır. Amma nə dinən var nə də danışan. Əgər əvvəllər uşaqların tərbiyəsi ilə məktəblərdə daha ciddi məşğul olurdularsa, indi olan–qalan tərbiyə də məhz tədris ocaqlarında pozulur. Bir məktəbdə ki, üzdəniraq «ulduzların» şəxsiyyəti, yüngül şoular gündəlik mövzu ola, orda hansı tərbiyə və təhsildən danışmaq olar axı? Bu gün soyuqqanlılıqla, əhəmiyyət vermədiyimiz, sadaladığım bu problemlər sabah bizim üçün fəlakətlər gətirəcəyindən xəbər verir. Odur ki, bir çarə qılmaq lazımdır!
Şahzadə Gül salaminfo.az

Комментариев нет:
Отправить комментарий