Tərtər sakinləri attestat üçün onlardan 300 manat tələb edildiyini bildirirlər
Bu gün isə FaktXeber.com-un "Qaynar Xətt"inə başqa bir orta məktəbdəki korrupsiya fırıldağı ilə bağlı şikayət məktubu daxil olub. Tərtər rayonundan daxil olan məktubda deyilir: "Salam hörmətli redaksiya. Xahiş edirəm ki, bir problemimizin həllində bizə yardim edəsiniz. Bizim problem budur ki, Tərtər rayonunun cəbhəyanı kəndi olan Qapanlının 95 saylı məktəbinin direktoru Əliyeva Fitat Həsınalı qızı məktəbi bitirən məzunlara ATTESTAT vermək üçün hər bir məzundan 300 AZN miqdarında pul istəyir. Biz kənd sakinləri sizdən xahiş edirik ki, bu məsələnin həllində bizə köməklik edəsiniz. Əvvəlcədən təşəkkürlər." Təhsil naziri hörmətli Misir Mərdanov isə hələ də bu faktlara dözür. |
Комментариев нет:
Отправить комментарий