Страницы

02.05.2011

VƏKİL PREZİDENTDƏN TƏLƏB ETDİ

Gəncə şəhərində həbs edilmiş dindarlar Fəxri İlyasov, Azər Cəbiyev və İlqar Musayevin işində aparılan qanunsuzluqlarla bağlı, ittiham olunanların vəkili Elçin Namazov, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət edib



FaktXeber.com-un verdiyi məlumata görə, Gəncə şəhərində həbs edilmiş dindarlar Fəxri İlyasov, Azər Cəbiyev və İlqar Musayevin işində aparılan qanunsuzluqlarla bağlı, ittiham olunanların vəkili Elçin Namazov, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət edib. Hüquqlarını qorduğu şəxslərin qanuni əsaslarla əslində azadlıqda olmalı olduğunu iddia edən vəkil, ölkə başçısındandindarlara qarşı edilən özbaşınalıqlara, hakimlərə sifarişvermə, əsassız ittihametmə hərəkətlərinə son qoyulmasını tələb edib.
Azərbaycan Respublikasının Prezidentinə
Gəncə şəhərində həbs edilmiş dindarlar Fəxri İlyasov, Azər Cəbiyev və İlqar Musayevin müdafiəçisi Elçin Namazov tərəfindən (Ünvan: Füzuli rayonu, Horadiz şəhəri, Füzuli Rayon Məhkəməsinin binası, tel:050-302-70-27)


MÜRACİƏT

Cəbiyev Azər Arif oğlu  08 fevral 1980-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Orta təhsillidir, ailəlidir, 3 azyaşlı uşağı vardır.
İlyasov Fəxri Həsən oğlu -  01 sentyabr 1977-ci ildə Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olmuşdur. Orta təhsillidir, ailəlidir, 3 azyaşlı uşağı vardır.
Saxlanması barədə: 16 yanvar 2011-ci ildə A.Cəbiyevlə F.İlyasovla Gürcüstan Respublikasına gedərkən,  Qazax rayonu ərazisində yerləşən Sınıq Körpü Sərhəd Keçid Məntəqəsində saxlanmışdır. Həmin vaxt sənəndləri yoxlanarkən, onlara axtarışda olduqları deyilmiş və qandallanaraq, Qazax Rayon Polis Şöbəsinə, oradan isə Gəncə şəhəri Nizami Rayon Polis Şöbəsinə gətirilmişdir. Orada polis rəisi Ağahüseyn Məmmədov A.Cəbiyevin, E.Məsimov isə F.İlyasovun  gözü qarşısında otaqda olan avadanlıqlar yerə dağıtmış, bu barədə sənədləşdirmə apararaq, onları həbs etmişlər.  Hər ikisi AR CM-nin 221.3-cü maddəsi ilə ittiham olunaraq, işi Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir (hakim Abdulla İsgəndərov, Gündüz Şirinov).
Musayev İlqar Sabir oğlu da eyni formada  08 yanvar 2011-ci ildə Nizami Rayon Polis Şöbəsində avadanlıqları sındırmaqla xuliqanlıq etməkdə ittiham olunmuş və həbs edilmişdir.
İttiham aktında yazılır ki, güya A.Cəbiyev, F.İlyasov, İ.Musayev təqsirləndirilir ondan ötrü ki, Polis Şöbəsində heç bir səbəb olmadan səs-küy salaraq, iş stolunun üstündə olan kompyuter monitorunu, klavyaturanı, telefon aparatını əli ilə dartıb yerə salmış, stulu götürüb silah qismində tətbiq edərək, atmaq istəmiş, səs-küyə rəisin otağına daxil olmuş digər polislərə qarşı o öz qərəzli hərəkətlərini davam etdirmişlər. İctimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə  edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə, ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə, özgəsinin əmlakının məhv edilməsi və silah qismində istifadə olunan əşyaları tətbiq etməklə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişlər...                                                                                                                       
Həbsin motivləri və məhkəmədə yol verilən qanunsuzluqlar:  Həbsin səbəblərinə gəlincə müdafiə tərəfi bunun dini fəaliyyətlə və hicab qadağasına edilən açıq etirazlarla bağlı olduğunu düşünür. Beləki, iş üzrə toplanmış sənədlərdə Cəbiyevin, İlyasovun və Musayevin hicab qadağasına etdiyi etirazlara görə profilaktik söhbətə çağırıldığı və məhz buna görə ölkədən çıxmasına qadağa qoyulduğu bildirilir. Ruhanilərin əsassız olaraq, sifarişlə həbs edildiyini təsdiqləyən kifayət qədər sübutlar vardır. Buna sübut kimi onların heç bir əsas və qərar olmadan Sərhəd-Keçid Məntəqəsində saxlanmasını (həmin məntəqə başqa inzibati ərazi vahidnin və polis olmayan digər icra sturukturunun tərkibinə daxildir), saxta ittihamlarla  polisi üzünə qoymaqla həbs olunmasını, rəsmi sənəndlərdə qeyd olunmasa da polis məmurları tərəfindən aşkar surətdə başqa dövlətin agenti olmaqda günahlandırılmasını,  barəsində davamlı olaraq, qanunsuz addımlar atılmasını və s. göstərmək olar. Həmçinin müdafiəçi kimi məni öz otağına dəvət edən Gəncə şəhər Polis İdarəsinin rəisi Rasim Musayev mənə demişdir ki, ruhanilər Azərbaycan hakimiyyətinə qarşıdır və onları müdafiə etməklə heç nəyə nail ola bilməyəcəm. Bundan başqa həbsin siyasi məqsədlərlə, sifarişlə həyata keçirildiyini müdafiə tərəfinə yaradılan ciddi problemlər də təsdiq edir. Beləki,  Gəncə Şəhər Polis İdarəsinin rəisi Rasim Musayev məni həbs etməklə hədələmişdir. Müdafiəçi bu barədə Azərbaycan Respublikasının Baş Prokuroruna, Daxili İşlər Nazirliyinə və İnsan Haqları üzrə Müvəkkilinə (ombudsmana) müraciət etsə də həmin qurumlardan heç biri rəsmi cavab verməmiş, ombudsman isə şikayətə baxmaqdan imtina etmişdir. Qanunsuzluqlar məhkəmə prosesində də davam edir. Tərəfimizdən verilən vəsatətlərin heç biri təmin edilmir. Məhkəmə iclasının audio yazısını aparmağımıza imkan verilmir. Zərərçəkmişlər onlara qarşı hər hansı qanunsuz hərəkət edilmədiyini deyir, vəsatət verir ki bu halda onlar zərərçəkmiş hesab oluna bilməz, ancaq məhkəmə vəsatətimizi qanunsuz olaraq, təmin etmir. Hər üç şəxsin həbsdən buraxılması barədə etdiyim xahişlər rədd olunur və s.
Hakimlər bildirir ki, ruhanilər əsassız yerə ittiham edilirlər, lakin onlar verilən vəsatətləri təmin edə bilməzlər. Onlar bunu işin xarakterinə görə qərar qəbul etməkdən ehtiyatlanmaları, həmçinin MTN-nin təqsirləndirilən şəxslərə cəza verilməsini qeyri-rəsmi tələb etmələri ilə izah edirlər.
Bildirirəm ki, qeyd olunan qanunsuzluqlara görə, ruhanilər 26 aprel 2011-ci il tarixdən başlayaraq, aclıq aksiyası keçirirlər. Onların vəziyyəti hazırda olduqca ağırdır.  Və onlara qarşı qanunsuzluqlara son qoyulmayanadək aksiyanı davam etdirəcəklər.
Qeyd etməyi vacib sayıram ki, ruhanilərin aclıq aksiyası keçirməsi nəticəsində səhhətlərində hər hansı problem yaranarsa, bunun məsuliyyətini hakimiyyət daşıyacaq!  Onlar ölüm aclığı elan ediblər! Tələbləri ədalətli məhkəmədir. Tələbləri hakimlərin sifarişlə hərəkət etməsinə son qoyulmasıdır! Tələbləri işlərinə qanuni baxılmasıdır!
Sizdən tələb edirəm: Onlara qarşı edilən özbaşınalıqlara, hakimlərə sifarişvermə, əsassız ittihametmə hərəkətlərinə son qoyulsun!

Комментариев нет:

Отправить комментарий