Страницы

29.05.2011

YAZIÇILAR BİRLİYİNİN SƏDRLİYİ ƏTRAFINDA ŞOU


Ədalət Əsgəroğlu: “Qurultayda heç kim namizədliyini irəli sürmür, amma sədrlik iddialarından danışırlar” 


Yazıçılar Birliyinin qurultayı yaxınlaşır. Qurultayın vaxtı dəqiqləşməsə də, bu ilin avqust ayında keçiriləcəyi bildirilir.

Qurultay öncəsi AYB sədrinin kim olacağı barədə mətbuatda müxtəlif versiyalar səslənir.
Yazıçılar Birliyi sədliyinə namizədlər arasında “Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəylinin, katiblər xalq yazıçısı Çingiz Abdullayevin, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin, xalq yazıçısı Elçin Əfəndiyevin, Slavyan Universitetinin rektoru Kamal Abdullanın da adı çəklir.

Yazıçılar Birliyinin sədri 1987-ci ildən bu quruma rəhbərlik edən yazıçı Anar Rzayevdir. 24 ildir bu vəzifədə olmasına baxmayaraq, yazıçı sədrliyə yenidən namizədliyini irəli sürəcəyini deyib və özündən başqa yeni namizəd axtarışında olmadığını bildirib.

Yazıçılar Birliyinin mətbuat katibi Ədalət Əsgəroğlu isə Simsar.az saytına açıqlamasında qurultaya hazırlıq işlərindən danışıb: “Əsas məsələ qurultayın harada keçirilməsidir. Çünki 500, 700 nəfərlik yer lazımdı. Vaxtı Mədəniyyət və Turizm Nazirliyi, həmçinin Nazirlər Kabineti ilə dəqiqləşdirməliyik”.

Ə.Əsgəroğlu deyir ki, Yazıçılar Birliyinin nizamnəməsinə uyğun olaraq hər bir yazıçı öz namizədliyini irəli sürə bilər: “Bu fikirdə olanlar varsa, bizim üçün lap yaxşıdır, seçim etmək də asan olar. Amma qurultay öncəsi yazıçılar bu barədə danışsa da, qurultay zamanı heç kim namizədliyini irəli sürmür. Onda nəyə görə mətbuata bununla bağlı müsahibələr verirlər axı? Qurultay zamanı hamı çəkilir qırağa. Bu bir şouya bənzəyir. Əşi siz öz namizədliyinizi irəli sürün, sizi seçməzlər başqasını seçərlər, onsuz da AYB sədri bir nəfər olacaq. Yazıçıların çoxu deyir ki, bir nəfər nazmizəd varsa, mən namizədliyimi irəli sürməyəcəm. Bu da düzgün deyil. Qeyri-ciddi mövqe tutublar. Qurultayda heç kim namizədliyini irəli sürmür, amma sədrlik iddialarından danışırlar.
Bu yazıçıların çoxu da kaprizlidirlər, həm də çoxları yazmaq əvəzinə elə hey danışırlar. Mən şəxsən nazmizədliyimi irəli sürmürəm, sürməyəcəm də. Ona görə ki, mən bu kürsüdə yenidən Anarı görmək istəyirəm. Anar burda sədrdir deyə, burda işləyirəm, əks halda o qədər işlərim var ki, elə gedib onlarla məşğul olaram”.

Xalq yazıçısı Çingiz Abdullayev də Simsar.az saytına deyib ki, sədrliyə Anardan başqa namizəd görmür: “Şəxsən mənim seçimim Anar olacaq. Ona görə ki, ondan yaxşı heç kim olmayacq. Həm də Anarın hələ 73 yaşı var, bu nə yaşdı ki? O, lap 90 yaşına kimi də bu vəzifəsində qala və fəaliyyət göstərə bilər.”

Aynurə Həsənova             simsar.az

Комментариев нет:

Отправить комментарий