Страницы

04.05.2011

YENİ BİR DÜNYA KƏŞF EDİLDİ

"Cancri E" günəşə o qədər yaxındır ki, bir ili yalnız 17 saat 41 dəqiqə davam edir



FaktXeber.com-un verdiyi məlumata görə, Kanadanın MOST kosmos teleskopundan istifadə edən alimlər, yeni bir ''dünya''nın kəşf olunması barədə məlumat veriblər. Kanadanın kosmos teleskopu olan MOST (Microvariability and Oscillations of STars - Ulduzların hərəkəti və Mikrodəyişikliyi), kosmosun dərinliklərində yeni bir dünyanın kəşf edilməsini təmin edib. Yaşadığımız dünyadan təxminən 40 işıq ili uzaqlıqda yerləşən "Cancri E", günəşlə eyni xüsusiyyətləri daşıyan öz ulduzu "Cancri A"nın orbitinə qayıdır.

Qeyd edək ki, diametri yer kürəsindən 60 faiz böyük olan "Cancri E", ən möhkəm və sıx planetlərdən biridir və dünyadan səkkiz qat daha böyük bir kütləyə malikdir. Planetin səth istiliyinin 2.700 dərəcə olduğunu ifadə edən alimlər, yüksək cazibə qüvvəsi üzündən planetdə atmosfer ola biləcəyini söyləyirlər. "Cancri E" günəşə o qədər yaxındır ki, bir ili yalnız 17 saat 41 dəqiqə davam edir.

Комментариев нет:

Отправить комментарий