Yusif Əsəd Professional Oxucu LiqasıQəribə insanlar var. Yeri-göyü Allaha üsyan edə bilirlər, amma özü kimi insan olan rəhbərlərinə sözünü demir, haqqını tələb eləmir. Yaradan bizə o cür şəraitlər yaradıb, o qədər sərvətlər verib və rəhbərlikdə olan insanlar bunları səmərəli istifadə etmirlərsə və vətəndaşlar da bunu onlardan tələb eləmirlərsə - buna yağış nə etsin?! Yollar bərbaddırsa, məmurlar vəzifəsinin öhdəsindən gəlmirsə, buna yağış nə etsin?!
Əsas problem - məsələlərin həlli yolunu düzgün yerdə görməmək, ya da əsassız çəkinmələr və qorxmalardır. Rəhbərlikdə olan insanları yerlərinə vətəndaşlar seçirlər və onların da borcu - xalqa xidmət etməkdir. Amma bir şey də var ki, insanlar da gərək tələb etsinlər.
Azərbaycanda hər il istər şəhərlərdə, istər regiyonlarda yeni yolların tikintisi və mövcud olanların bərpası gedir və bu proses zamanı onsuz da insanlar tıxaclardan və toz-torpaqdan əziyyət çəkirlər. Büdcədən və xarici maliyyələşmələrdən kifayət qədər də vəsait ayırılır. Hökümət işciləri elə etməlidirlər ki, bu yollar salınanda və ya bərpa olanda suyun axıb getməsi üçün yolun kənarında (daha sovetdə olan kimi yolun ortasında üstündə qapağı olan lüklar kimi yox, hər yağış yağanda gərək kimsə onu açsın və qurtaranda bağlasın) traplar nəzərdə tutulsun. Bərpa olan yollar da birdəfəlik bərpa olunsun ki, üstündən bir az keçməmiş təzə çalalar yaranmasın və bununla da ora növbəti il ayrılan vəsait dilənçi maaşlarımızın artırılmasına ayrılsın.
Комментариев нет:
Отправить комментарий