Страницы

17.06.2011

"Ədəbi Azadlıq-2011": Münsiflərin verdiyi ballar açıqlandı


Musa Əfəndi (ortada) Ona baş mükafatı Azadlıq Radiosunun direktoru Kənan Kazımoğlu (solda) və Beynəlxalq Yayım Şurasının üzvü, səfir Victore Ashe təqdim edirlər. 15 iyun 2011

Musa Əfəndi (ortada) Ona baş mükafatı Azadlıq Radiosunun direktoru Kənan Kazımoğlu (solda) və Beynəlxalq Yayım Şurasının üzvü, səfir Victore Ashe təqdim edirlər. 





"Ədəbi Azadlıq-2011" hekayə müsabiqəsinin qısa siyahısına düşmüş hekayələrin aldığı ballar açıqlandı.

Münsiflər müsabiqənin ilk turunda yazarların əsərlərinə onların imzalarını bilmədən səs veriblər. Həmin əsas ballar münsiflərin müsabiqənin son turunda onluqdakı hekayələrə verdikləri əlavə ballarla toplanıb və nəticədə ən çox bal toplayan yazarlar mükafatlandırılıb.

Münsiflər - yazarlar Rafiq Tağı, Pərviz Cəbrayıl, tənqidçi Tehran Əlişanoğlu və "525-ci qəzet"in mədəniyyət, ədəbiyyat üzrə redaktor müavini Seyfəddin Hüseynli olublar.

Qaydalarımıza uyğun olaraq onların konkret kimə səs verdikləri mətbuata açıqlanmır. Bu məlumatlar münsiflərin özlərinə göndərilib.

Açıqlanan ballar ümumilikdə münsiflərin qısa siyahıdakı yazarlara nə qədər bal verməsi ilə bağlıdır.

1-ci yer
Musa Əfəndi - əsas ballar – 18 + əlavə ballar 14

2-ci yerlər
Azad Qaradərəli - əsas ballar 20 + əlavə ballar 6
Rəhim Əliyev - əsas ballar 25 + əlavə ballar 1

3-cü yerlər
Jalə İsmayıl - əsas ballar 10 + əlavə ballar - 5
Babək Göyüş - əsas ballar 14 + əlavə ballar 0
Mətləb Muxtarov əsas ballar 12 + əlavə ballar 0

Digər finalçılar
Mənsurə Qaçayqızı - əsas ballar 8+əlavə ballar 2
Şəhriyar Hacızadə - əsas ballar 10+ əlavə ballar 0
Anar Fərəcov - əsas ballar 9+ əlavə ballar 0
Şahbaz Xuduoğlu - əsas ballar 8+ əlavə bal -1
Tosif Həsənli - əsas ballar 9 əlavə ballar 0
Rasət Pirisoyu - əsas ballar 8+əlavə ballar 0
Novruz İbrahimoğlu - əsas ballar 8 + əlavə ballar 0

Комментариев нет:

Отправить комментарий