Страницы

18.06.2011

Dostumun bakirə həyat yoldaşı – ŞEİR

Mənim bir dostum var
Həyat yoldaşını çox sevir…
Hər gün yalnız onun bişirdiyi yeməkləri yeyir,
Onun ütülədiyi paltarları geyir,
Hər gün gəzir şəhərin insanlarla dolu
Kimsəsiz küçələrini onunla,
Hər gün keçiddəki oğlandan çiçəklər alır ona.
Mənim dostum var
Həyat yoldaşını çox sevir…
Hər həftəsonu teatra aparır onu.
Hər zaman pozitiv düşünürlər,
Həyata nikbin baxırlar…
İstəyir ki, uşaqlarının anası yalnız o olsun,
O lay-lay desin körpələrinə,
O məmə versin körpələrinə,
O böyütsün gələcəyin cocuklarını.
Mənim bir dostum var
Həyat yoldaşını çox sevir…
Amma…
Amma mentaliteti ondan da çox sevir
Və onun həyat yoldaşı hələ də bakirədir.
Pərviz Əzimov

Комментариев нет:

Отправить комментарий