Müxbirimiz Tural Balabəyli "Facebook"un həyatınızda rolu” mövzusunda sorğu aparıb
Gülnar Gündüz, informatika müəlliməsi: “Yeni insanlar tanıyıram, ünsiyyət əhatəm çoxalır. İstənilən şəkildə informasiya alıram. Hər dostluğumda olan insanların ayrı-ayrı maraq sahəsi olur ki,onlardan mən də yararlanıram.”
Yeganə Əmiraslanova, İctimai Palata: "Facebook"un həyatımda böyük rolu oldu. Onu texnologiyanın yeni uğuru saymaq olar.”
Əvəz Zeynallı, Xural qəzetin baş redaktoru: "Facebook"un həyatımda heç bir rolu yoxdu. Facebookla çox məşğul olmuram və bu zərərli məşğuliyyətə çox zaman ayıranlara yaxşı baxmıram...”
Azər Həsrət, Yeddi Dövlət - Bir Millət Konseyinin başqanı: “Facebook və başqa sosial şəbəkələr, ümumilikdə isə internet şəxsən mənim üçün vazkeçilməz vacibatlardır. Bu gün həyatımı bunlar olmadan təsəvvür belə etmək istəməzdim. Çünki Facebook kimi sosial şəbəkələr vasitəsilə fiziki cəhətdən qucaqlamaqda çətinlik çəkdiyim Türk dünyasını rahat bir şəkildə qucaqlaya, hər gün yeni-yeni ülküdaşlar tapa bilirəm. Bundan başqa, xəbərləşmədə ən çevik üsul da elə Facebook və onun kimi şəbəkələrdir. Üstəlik çoxdandır ünsiyyəti itirdiyimiz dostları da bu şəbəkə vasitəsilə yenidən tapa bilirəm. Həm də Facebook insanların azad iradəsini ifadə etmək üçün ən yaxşı imkanlar təklif edir ki, bu da demokratik cəmiyyət quruculuğunda vacibdir”
Комментариев нет:
Отправить комментарий