Страницы

24.06.2011

Fləşmob- kütləvi intihara aparan yol


Son illər dünyada fləşmob  (Flash mob) adlı bir termin yaranıb. Bu qabaqcadan hazırlaşmış bir qrup insanın qəfildən etdiyi qeyri-adi hərəkət və ya hərəkətlərdir. İlk baxışdan bu aksiyada hamı liderdir, lakin burada hamının tanıdığı bir lider var və hər bir iştirakçı onun tapşırıqlarına əməl etməlidir.
İlk fləşmob Amerikada 60-cı illərdə kiçik qəsəbələrdən birində özünün qeyri-ənənəvi dini sektasını qurmuş Bill adlı şəxs tərəfindən təşkil edilib.  Sonradan bu ideya başqa sektalar tərəfindən də öyrənilib və yayılıb. Ekspertlərin bildirdiyinə görə,  bu aksiya ilk növbədə gənclərin şüuruna təsir etmək, onların müstəqil düşüşncə tərzini aradan qaldırıb bütün fikirlərinə hakim olmaq niyyəti güdür. Fləşmobun fəlsəfəsində də məhz bu dayanır. Əsasən gənclik qeyri-adiliyə, yeniliyə can atdığından fləşmoba da daha çox gənclər meyl edir. Bəzi intiharçı dini sektalar öz əlamətdar günlərində fləşmob intiharlar yolu ilə yoldan çıxardıqları insanları o dünyaya yola salırlar. Təkcə 2010-cu ildə dünyada 172 gənc fləşmoblar nəticəsində həyatını itirib ki, araşdırmalar nəticəsində onların missionerlərin təsiri nəticəsində müxtəlif qeyri-ənənəvi dini sektaların, xüsusilə saentist və satanistlərə qoşulmuş gənclər olduğu müəyyən edilib.
Təəssüf ki, artıq fləşmoblar Azərbaycana, xüsusilə də Bakıya ayaq açıb və onun əsl mahiyyəti gənclərə izah olunmaqdansa hətta bəzi telekanallarda da bu aksiyalar yeni bir oyun, əyləncə kimi təbliğ edilir. Amma  nə vaxtsa bu qorxulu oyunun çox təhlükəli bir virus olduğu hamıya aydın olacaq.  Artıq Bakıda bir neçə belə fləşmob qeydə alınıb və onlardan birinin videosunu indi sizə təqdim ediirk.  Bu videonu izləyib nəticə çıxarmağı hər kəsin öz öhdəsinə buraxırıq. Göstərmək bizdən, nəticə çıxarmaq sizdən…

Комментариев нет:

Отправить комментарий