Страницы

28.06.2011

Gözün doymur gözəllərdən, axtarırsan canan, baba


Elvin Məhərrəmlinin şeiri

Üzünü qırxandan sonra,
Oldun cavan oğlan, baba.
Gözəllərə bir göz vurdun,
Hamsı oldu heyran, baba.

Könlün cavan, özün qoca,
Fikir vermə toxa, aca.
Göndərərik səni haca,
Olarsan müsəlman, baba.

Səndə eşqin yazanısan,
Nənəmin canı qanısan.
Köhnənin partizanısan,
Yaman baba, yaman, baba.

Yoxdu sənə bərabər, tən,
Ağ saçına düşübdü dən.
Gözün doymur gözəllərdən,
Axtarırsan canan, baba.

Elvin deyər döz hər dərdə,
Hörmətin var sənin eldə.
Bəzənirsən xeyir şərdə,
Ürəklərdə qalan baba.

Комментариев нет:

Отправить комментарий