Zahir Əmənov
Səni necə tapdalayıb keçirlər?
...O işsizliyə görə müavinət almaq istəyirdi. Buna görə də Məşğulluq Mərkəzinə müraciət etdi. Dedilər, sənə müavinət vermək olmaz. Soruşdu ki, “Niyə olmaz?” Həmin məmur səsini daha da ucaldaraq, bir qədər də kobudluqla bildirdi ki, “dedim olmaz, olmaz da, qanun yol vermir.”
Vətəndaş da sakitcə çıxıb getdi. Heç soruşmadı ki, o hansı qanundur, onun hansı maddəsində yazılıb ki, mənim kimi adamlara müavinət olmaz? Bəlkə o qanunu mənə göstərəsən. Həmçinin azacıq da olsa etiraz etmədi ki, mənim başıma niyə qışqırırsan?
Təəssüf ki, belə mənzərələrə tez-tez rast gəlmək olur. Kimi hüququnu bilmir, kimi heç bilmək istəmir, kimi bilir, tələb etmir, digəri bütün qanunları adi kağız parçası sayır.
Asif Abbaszadə (Masallı. Dəmirçi məktəbinin müəllimi):- Bizdə qanunlar bəzi məmurların əlində oyuncaqdır. Ancaq kimisə əzmək, alçaltmaq istəyəndə işə düşür. Hüquq-mühafizə orqanlarına işin düşəndə çox da araşdırmırlar ki, günah kimdədir, əsasən maraqlanırlar ki, hansı tərəf pulludur.
Zakir Abuşov (Masallı. Qızılağac orta məktəbinin müəllimi):- Bizdə qanunlar olduqca deklarativ xarakter daşıyır. Öz təcrübəmdən deyim. Yaşadığım Qızılağac kəndində mən qarışıq 11 bələdiyyə üzvündən 10-u bələdiyyə sədrini qəbul etmir. İclas çağırıb onun sədrliyinə etiraz edir, qanunlar çərçivəsində müvafiq protokol tərtib edirik. Lakin bu qanuni sənədi heç bir hökumət idarəsi tanımır. İndi biz qanunun aliliyinə necə inanaq?
...Çoxlarına bəllidir ki, Allah insanı azad yaratdı və ona təbii hüquqlar-yaşamaq, azad olmaq, hərəkət etmək və sair hüquqlar verdi.
Zaman keçdikcə siyasi quruluşundan, böyük-kiçikliyindən asılı olmayaraq insanlar üçün yeni qanunlar kəşf etdilər. Bunların çoxu kağız üzərində qalsa da, guya “insanların daha rahat yaşaması üçün” qəbul olunsa da, onların bir çoxu ətrafdakıları daha çox çərçivəyə salmağa xidmət etdi.
Bu gün insanların siyasi hüquqlarına nəzər salaq.
Onların azad şəkildə seçilmək və seçmək hüququ var. Lakin bu hüquq addımbaşı pozulur. Elə hazırkı bələdiyyə seçkilərinin mənzərəsi insana çox şey deyir.
Cəlilabaddan Zaur Ağalaroğlu deyir ki, seçki başlanmamış onun nəticələri bəllidir. Əksəriyyət bildirir ki, filankəs sədr olacaq, filankəs müavin, filankəs üzv. Bəzi müstəqil namizədlər əvvəl qeydə alınsa da, onların əksəriyyətinin qeydiyyatı sonra müxtəlif bəhanələrlə, ya da elə bəhanəsiz ləğv edildi.
Bizim azad toplaşmaq hüququmuz var. Lakin 10-15 adam icra hakimiyyətinin qarşısına toplaşan kimi aləm dəyir bir-birinə. Masallıda azad toplaşmaq istəyənlər bir yana, adamı aclıq eləməyə belə qoymurlar. İlin əvvəlindəki olay yəqin ki çoxlarına bəllidir. Haqsızlığa etiraz əlaməti olaraq rayon mərkəzində aclıq edən 5 azad sahibkarı 30-40 polis işçisi zorakılıqla polis maşınına basıb hərəsinə bir neçə sutka iş kəsdilər. Adını da qoydular ki, ictimai yerdə olmaz, gedin evinizdə aclıq edin.
Bu gün insan hüquqları bütün dünyanın diqqət mərkəzindədir. Və dəfələrlə bəyan edilir ki, insan hüquqları heç vaxt bir dövlətin problemi ola bilməz. Həmin hüquqlar pozulursa, bu bütün dünyanın problemidir. BMT-nin 1949-cu ildə qəbul etdiyi “İnsan hüquqları” Bəyannaməsi bu sahədə ana sənəd sayılır. 1966-cı ildə qəbul edilən bir sıra Beynəlxalq Paktlar da dünya ölkələrinin bu işə necə böyük önəm verdiyini göstərir. Azərbaycan Respublikası da 250-dən artıq beynəlxalq konvensiyaya qoşulub ki, onun da çoxu insan hüquqları ilə bağlıdır. Bu sırada Azərbaycan Konstitusiyasının insan hüquqları ilə bağlı 12-ci maddəsini də yada salmaq olar. Təəssüf ki, bu qanunların əksəriyyəti Azərbaycanda işləmir. Belə ki, insan hüquqları haqqında onlarla qanunu ratifikasiya edən Azərbaycanda bir neçə jurnalist zindanlara atılır, 2 blogger qondarma bəhanələrlə həbs edilir, onlarla insan gülünc səbəblərlə şərlənib mülkiyyət hüququndan, sosial və iqtisadi hüquqlardan məhrum edilir. Haqq sözü deyənlərin alçaldılması, gözümçıxdıya salınması, şərə, böhtana məruz qalması, əmlakının əlindən alınması adi normaya çevrilib.
Bu gün təkcə cənub bölgəsində insan haqlarının boğulması ilə bağlı onlarla misal çəkmək olar. 2 il öncə Astara rayonunda 45 yaşlı Pərvanə Əhədovanı o vaxtkı polis rəisi Vüqar Məmmədyarov otağında təhqiramiz şəkildə döymüşdü.
Ondan bir qədər sonra Lerikin Almu kəndində öz mülkünün qanunsuz sökülməsinə etiraz edən qadını traktorun çalovunun ağzında dərəyə atmışdılar.
Masallıda Yavər Əkbərovun tələbə oğlunu öldürüb qanını batırmışdılar. Yenə də Masallıda yüzlərlə sahibkarın dükan-bazarını heç bir sənəd olmadan tar-mar edib, sonda da bəzilərini həbsə atdırdılar.
Nədən insanlara belə asanlıqla zülmə məruz qoyur və onu ört-basdır edirlər?
Hüquqşünas İlqar Qasımov (Lənkərandakı “Hüquqi Yardım” İB sədri): - O yerdə ki ictimai nəzarət güclüdür, ictimai birliklər fəaldır, azad mətbuat, müstəqil məhkəmə var, orada qanunlar da işləyir. Dövlət də əhalinin fəallığını görüb daha aktiv fəaliyyət göstərməyə başlayır. Əksinə, o yerdə ki avtoritar, totalitar rejim fəaliyyət göstərir, orada xalq yox, dövlət qanunlar üzərində nəzarət edir, məmurlar insanları daha çox çərçivədə saxlayır, özlərinin yazılmamış qanunlarını daha fəal həyata keçirirlər.
...Sovet dönəmində belə bir fikir var idi ki, nəyə icazə verilməyibsə, deməli, qadağandır. İndi isə bildirirlər ki, nə qanunla qadağan edilməyibsə, demək ona icazə var. Təəssüf ki, bizdə çoxları ən elementar qanun-qaydalara bələd deyil. Biri deyir, əlifbanı bilmirəm, o biri deyir təzə qanunlarla tanış olmağa imkanım yoxdur, daha “çoxbilmişlər” isə “qanuna güvənməkdənsə, pulunu verib problemini həll etmək daha rahatdır” deyir.
Ölkədə, xüsusən əyalətdə çox az adam öz hüquqları uğrunda mübarizə aparır - qəzet-kitab oxumur, bu mövzuda tədbirlərə qatılmır və sair. Çoxları istəyir ki, hüquq və azadlıqları tort kimi ona xonçada təqdim etsinlər. Bəziləri unudur ki, dünyanın heç bir yerində bu hüquqlar, azadlıqlar asanlıqla əldə edilməyib. Dünyanın ən inkişaf etmiş, ən demokratik ölkələrində belə bu azadlıqları əldə etmək üçün minlərlə insanın qanı tökülüb, daha çoxları on illərlə zindanlarda çürüyüb.
Bu gün insanları hüquqları uğrunda mübarizəyə səsləyəndə onlar icra hakimiyyətlərində, hüquq-mühafizə orqanlarında, eləcə də digər sahələrdə gözəgirən özbaşınalıqlara dair çoxlu misal çəkir, haqqını tələb edənlərin daha böyük rəzalətə düçar olduğunu bildirirlər.
Amma bu gün az da olsa, mübarizə aparanlar da, qalib gələnlər də var. Avropa Şurası sıralarına qısa müddətdə qoşulmağımıza baxmayaraq artıq 10-dan artıq insan Avropa Məhkəməsinin qərarı ilə hökumətə qalib gəlib.
Qəzetimiz 2 dəfə məhkəmə çəkişmələrinə məruz qalıb. 5 il əvvəl Masallıda ən güclü tayfalardan olan Abıyevlər bizi qondarma bəhanələrlə məhkəməyə verdi. Rayon və Apelyasiya məhkəmələrində uduzsaq da, inadımızdan dönməyib, axır ki, Ali Məhkəmədə işi udduq. Bu il müxbirimiz Pərviz Əzimov LDU-dan yazdığı tənqidi yazıya görə yalançı “nizam-intizam” bəhanəsi ilə ali məktəbdən qovuldu. Yay aylarının çoxunu Lənkəran məhkəməsinin zalında keçirtdik. Nəhayət, sonda müsbət nəticəyə nail olduq.
Bu gün insan hüquqlarının pozulmasına aid onlarla misal çəkə bilərik. Sonda isə yenə meydana klassik suallar gəlir-nədən başlamalı? Nə etməli?
Yardımlıdan AXCP rayon təşkilatının sədri Gülbala Əhmədli deyir ki, bizim hüquqlarımızı kim pozursa, o hüquqlarımızı bizdən yaxşı bilir. Ona görə hüquqlarımızı o səviyyədə bilməliyik ki, həmin qanunlarla oynayanları yerində əyləşdirə bilək.
Bəs bu barədə rəsmilərin fikri nədir? Masallı Rayon Polis Şöbəsinin rəisi Dövlət Səfərov bizimlə söhbətində bildirdi ki, insan hüquqlarının qorunması bizim də başlıca vəzifəmizdir. Nə ediriksə, qanun çərçivəsində edirik. Tam səmimiyyətlə deyirəm ki, heç kimə işgəncə verilməsinə, şərlənməsinə imkan verməmişəm, buradakı həbsxanaya da nəzər salsanız hər şey müasir standartlara uyğundur-burada isti, soyuq su, istilik, normal səliqə-sahman var.
...Hazırda məktəblərimizdə “İnsan və cəmiyyət” dərsi keçirilir - 8-11-ci siniflərdə. Əksər yerlərdə bu fənni lazımi hazırlığı olmayan, təsadüfi adamlar tədris edir. Heç uşaqlar da bu fənnə çox maraq göstərmir - çünki qəbul imtahanlarının testlərində bu fəndən suallar, demək olar ki, yoxdur. Yəni, biz insan hüquqlarını məktəbdən öyrənməliyik, oradasa bu mexanizm layiqincə işləmir.
Gəlin televiziyalara, hökumət qəzetlərinə baxaq. Görək insan hüquqlarının pozulmasından nələr yazırlar, nələr deyirlər? Ümumiyyətlə, bu işləri kim icra etməlidir? Hələ Yardımlı, Lerik kimi ucqarları demirik, Cəlilabad, Astara kimi mərkəzi və yolu-şəraiti rahat rayonlarda bir dənə də müstəqil QHT yoxdur. İnsanların hüquqlarını müdafiə etməli olan vəkillərin özünü elə günə salırlar ki, adamın ağlamağı gəlir. Bir neçə il öncə Yardımlı rayonunda vəkilin özünü şərləyib tutdurmuşdular. Sonradan o daş karxanasında işləməklə bir tikə çörək qazanırdı.
Dərsliklər belə, QHT-lər belə, media belə, vəkillər belə... Hökumət strukturları da əhalinin bu sahədə maariflənməsində maraqlı deyil. Buna görə Dostoyevskinin dili ilə desək, bizdə “təhqir olunmuş və alçaldılmış insanlar”ın sayı günbəgün artır. İnsanlar yaltaqlığa, yalana daha çox meyllənir, rahat yaşamağı, çətinliklərdən əlacı bu iyrəncliklərdə görürlər.
Yəqin buna görədir ki, məşhur dissident Soljenitsın təklif edirdi ki, yalansız yaşayaq, yəni ən azından yalan deməyək, yalan deyənə əl çalmayaq.
Bu gün çoxlarının Mixail Sokoldan misal çəkdiyi bir parça şeir var. Şeirin hərfi tərcüməsi belədir ki, mən XX əsrdə yoxam, onun qanlı çaylarından yorulmuşam, mənə insan hüquqları nə lazım, mən ki, insan deyiləm.
Bu gün insanları bezdirmək, necə deyərlər, onları zülmə öyrəşdirmək istəyirlər. Az qala hamımız yalançı olmuşuq, simvolik əmək haqları çoxunu bir tikə çörək üçün cinayətə, oğurluğa sövq edir. Getdikcə zülmü də, yalanı da, riyakarlığı da həyat tərzinə çeviririk. Yazar Seymur Baycan yazılarının birində bu halımızı maraqlı bir sitatla gözəl ifadə edib: “Köləlik elə həddə çatır ki, qul öz zəncirlərini sevməyə başlayır”. Necə ki çoxumuz bu gün bizə zülm edənlərin qarşısında əl çalır, oynayır, ayaqları altında qurbanlar kəsirik.
Peyğəmbərimizə hamımız qurban-sadağa gedir, lakin onun “Zülmə dözən zülmkara bərabərdir” fikrinə əksər hallarda əməl etmirik.
Bunlara baxmayaraq, bütün hallarda ruhdan düşmək olmaz. Bir gün “papaq altında yatan oğlanlar” ayağa qalxar, yatmış vicdanları oyadar, haqq səsini ucaldanlar daha sıx birləşər, ölkəmizdə əsil demokratiya bərqərar olar, biz də arzu etdiyimiz Azərbaycanda yaşayarıq.

Комментариев нет:
Отправить комментарий