Страницы

29.06.2011

Heçmi yadına düşmürəm?


Casnlı klassiklər

Oktay Hacımusalı

Heçmi yadına düşmürəm
Yaxşı etiraf et
Etiraf et
Barmaqların gizildəyir
Hər dəfə telefona toxunanda
Qanında bir şeytan dolaşır
Mənim nömrəmin izindədir
Barmaqların

Heçmi yadına düşmürəm
Yaxşı etiraf et
Etiraf et
Avtobusa minəndə
Qəfil mənə xəbər verməli
Olduğunu xatırlayırsan
Hər dəfə
Sonra dayanacaq
Səni gözlədiyim
və ardınca n saylı marşrut
tək oturduğun oturacaqda
düşdüyün pat vəziyyəti
üzr istəyirəm
eybi yox
bağışlayın siz allah
dedim eybi yox da
lənət şeytana
dəlidi nədi

heçmi yadına düşmürəm
yaxşı etiraf et
etiraf et
bakı məni xatırladır
iş yerimin yanından keçirsən
gündə beş dəfə
yolunu sahildən salmırsan artıq
pahh qarşılaşma riskimiz artır
mən də oralardayam həmin vaxt
çıxmışam işdən
həmişə oturduğum çayevinin qarşısındayam

heçmi yadına düşmürəm
yaxşı daaaa
etiraf et
etiraf et

Комментариев нет:

Отправить комментарий