Страницы

30.06.2011

Hilal Məmmədov. Yaşasın vicdan azadlığı


VİCDAN – insanın öz əməl və fikirlərinə yalnız və yalnız YARADAN tərəfindən müəyyənləşdirilmiş (proqramlaşdırılmış) normalar çərçivəsində nəzarət edən bir   hissdir.
VİCDAN AZADLIĞI isə -  insanın məhz bu İLAHİ normalar çərçivəsində fəaliyyət HAQQı  olub,  heç bir digər   bəşər tərəfindən mənimsənilə  bilməz! Milliyətindən, dinindən, irqindən, məzhəbindən, məfkurəsindən, vəzifəsindən, cəmiyyətdəki mövgeyindən, məmləkətindən asılı olmayaraq, hər kəsin eyni hüquqlarla öz VİCDAN AZADLIĞına sahib  çıxmaq HAQQI vardır!  Bu haqqını qorumaq isə hər bir VİCDANlı şəxsin mənəvi borcudur! Əgər o şəxs XALİQi tərəfindən ona bəxş edilmiş bu HAQQını qoruya bilməyib, könüllü, ya zorla digər bir kimsəyə onu həvalə, ya  bəxş edibsə, gec-tez həm özünün, həm də o digərinin vicdan əzablarına düçar olacağına şəkk yoxdur. Belə halda, biri məzlum vicdan əzabkeşinə, digəri isə istismarçı vicdan əzabkeşinə çevrilir.  Ən dəhşətlisi – bəşərin öz VİCDAN azadlığını bu və ya digər səbəbdən (əsasən, dünya malına uyaraq!) digər bir kimsəyə(lərə) həvalə, ya bəxş etməklə itirməsidir. Bu “məzlum” vicdan əzabkeşi istismarçı vicdan əzabkeşi ilə müqayisədə daha rəzil bir məxluqdur…
Əslində, vicdansız, ya vicdanı susmuş bir kimsə yox, müxtəlif dərəcəli vicdan əzabkeşləri ola bilər. Yalnız və yalnız XEYİR naminə, ŞƏRə qarşı mübarizədə atılan  hər bir addım insanı bu kimi əzabkeşlikdən hifz  edə və nəticədə, fərəhləndirə bilər.
İstər bu gün, istərsə də dünən, ölkəmiz Azərbaycanda və ya digər məmləkətlərdə davam etməkdə olan haqsızlıqlar, məhz bir qrup Vicdan istismarçılarının  digər bir qrup məzlum vicdan əzabkeşlərinin Vicdan azadlıqları haqqıni mənimsəməsi və həmin “məzlumların” bu zülmlə barışması ilə bağlıdır.
Son vaxtlar gəldiyim  qənaətə görə,  VİCDAN hissi hər bir bəşərə XALİQi tərəfindən bəxş edilsə də, onun meyarı  o kimsənin bu və ya digər din, ya məzhəbə, dil ya irqə, bu və ya digər məfkurəyə və i.a.  məxsus olması ilə təyin edilə bilməz! Çünki, din, dil, məfkurə  əsasən zahiri fikir ya fəaliyyəti ifadə edirsə, VİCDAN – bilavasitə batinə məxsus hissdir. Zahirdə ateist baxışlı olan bir vicdan mücahidinin   zahirdə dindar, əslində isə digər vicdan əzabkeş(lər)inin qulu olan bir kimsədən daha şərəfli olub və  bir Gün qurtulacağına da ümid  daha çoxdur!
Yaşasın Vicdan mücahidləri!
hilalmamedov@yandex.ru

Комментариев нет:

Отправить комментарий