Həmkarlarımızn cavabları
Dünyada ən zəngin mətbəxə sahib olan ölkələrdən biri də Azərbaycandır. Təsadüfi deyil ki ölkəmizə gələn qonaqlar məşhur aşımızı (plovumuzu), dolmamızı, kababımızı, ləvəngimizi, cürbəcür dadlı xəmir xörəklərimizi dadmadan getmirlər. Ağızlarda unudulmayacaq ləzzət buraxan yeməklərimizi bəs biz necə sevirik? Onlardan hansını yeməyi və bişirməyi bacarırıq?

Modern.az saytı bu suallara əmək fəaliyyəti ilə əlaqədar çox zaman düzgün qidalana bilməyən jurnalistlərdən cavab almağa çalışıb. Niyə məhz jurnalistlər? Çünki onlar hər zaman qaçhaqaçda olur, tələm-tələsik, ayaqüstü yeməklər yeyir, buna görə də bir çox jurnalistlər həzm orqanlarının rahatsızlığından əziyyət çəkirlər.
“Ayna” qəzetinin əməkdaşı Cəsur Sümərənli qeyd edib ki, xoşladığı yeməklər müxtəlifdir, amma ən çox kabab, səbzi-qovurma (bunu daha çox Salyanda bişirirlər) və kotleti xoşlayır. Həmkarımız yemək bişirməyi isə institutda oxuyan zaman öyrənib.
“Yataqxanada qalanlar bilirlər ki, yemək bişirməyi bilməsən, ac qalmaq təhlükəsilə üzləşə bilərsən. O səbəbdən müəyyən yeməkləri bişirməyə məcbur olursan. Məsələn, kabab bişirə bilirəm, xüsusilə də ilan balığının kababını... Daha sonra kartof, badımcan qızartması, qayğanaq və s. Bunlar asan olduğu üçün öhdəsindən gəlirəm. Bir dəfə yataqxanada qalanda hətta dovğa bişirməyə də cəhd eləmişdim. Məncə pis alınmamışdı...”.

“Var.az” saytının əməkdaşı Aytən Fərhədova Azərbaycan mətbəxində xoşlamadığı yeməyin olmadığını qeyd edir. Yəni milli mətbəximizin bütün yeməklərini xoşlayır.
“Ən çox isə plov, dolmanı xoşlayıram. Mətbəxlə də aram yaxşıdır. Yəni mətbəxdə işləməyi də, oturub söhbət etməyi də sevirəm”.
Lakin jurnalist iş günləri mətbəxə keçmədiyini vurğulayır. “Amma evdə olanda daha çox makaron bişirirəm, çünki oğlum bu yeməyi daha çox sevir. Bu, şorbalar, dolma da ola bilər, yəni baxır evdə nə var”.

“Yeni Müsavat” qəzetinin əməkdaşı Kənan Rövşənoğluyemək bişirə bildiyini və ustalıqla bişirilən yeməkləri də xoşladığını bildirir.
“Yəni əsas olan nəyin bişirilməsi deyil, onun necə bişirilməsidir. Plov ən çox xoşladığım xörəkdir, amma həqiqətən yaxşı bişiriləndə... Onu qeyd edim ki, plovu Azərbaycanda heç də hər yerdə yaxşı bişirmirlər” deyən müsahibimiz özü hələ plov bişirmədiyini, amma qaydasını bildiyini və bu mövzuda “məsləhət” verdiyini söyləyib.

Yolunu mətbəxdən salmamağa çalışan ANS-in “Ölümündən 24 saat əvvəl” verilişinin aparıcısı İradə İsaq mətbəxdə işləməyə də həvəsi olmadığını deyib.
“Və Allah da bu işdə mənə yardımçı olur. Bu o demək deyil ki, yemək biçirməyi bacarmıram, sadəcə xoşlamıram. Ona sərf etdiyim vaxtı itirdiyimi düşünürəm, qoy bunu mənim üçün başqaları etsin”.
Həmkarlarından fərqlənən jurnalist bişirdiyi yeməyi yeyən insanların uzun müddət həmin xörək haqqında danışdıqlarını qeyd edib. “Hətta “Günəbaxan” verilişində də ən qeyri-adi, dadlı yeməyi mən hazırlamışdım. Yemək bişirmək asandır, mən çətin işləri sevirəm”.
Xoşladığı yeməklərə gəlincə İ.İsaq dadlı bişirilən soğan qızartmasını da sevdiyini deyib, yəni onun üçün fərq yoxdur. “Xüsusilə anam və bibilərim bişirdiyi yeməkləri sevirəm. Unutmadan burda keyfiyyət də önəmlidir. Məsələn, broyler yumurtası və toyuğu lap ən gözəl dadla bişirilsə belə, yemərəm”.
İradə Isaq dünya mətbəxindən iyrənmədiyini bildirib, yəni ilan əti yeyə bilər. “Sadəcə maraqlanan insan olduğum üçün onun dadına baxa bilərəm”.

“525-ci qəzet”in əməkdaşı Pərvanə Sultanova ən çox dovğanı xoşlayır. O qeyd edib ki, dovğa yemək sayılmasa da, onu heç kababa belə dəyişməz. “Bir də sevdiyim yemək badımcan dolması və qırmızı rəngi olan borşdur”.
Xanım jurnalistin mətbəxlə arası isə yoxdur, bunu da evə gec və yorğun gəlməyi ilə əlaqələndirib. “Amma bir şeyə əminəm ki, dovğanı mənim kimi heç kim bişirə bilməz”.

Müstəqil jurnalist Çingiz Sultansoy dadlı olan hər şeyi xoşladığını bildirib. Ən çox sevdiyi yeməklər isə kabab, dovğa, qızarmış kartofdur. “Kartof qızartmasını, soyutmasını və külləmə kartofu bişirməyi sevirəm. Ümumiyyətlə, döymə ət qızartması, kabab bişirməyi, yumurta-qayğanaq etməyi bacarıram. Hazırladığım salatlar isə çox yaxşı alınır. Dostlarım və həyat yoldaşım da bu işdə məni tərifləyirlər. Özüm isə vegeterian yeməklərə üstünlük verirəm. Çox yeməklə də aram yoxdur”.
“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal fikrini məşhur filmdən sitatla bildirib: “Mətbəx sənayemiz nə buraxırsa, hamısından istifadə edirəm”.
Jurnalist xüsusi xoşladığı yeməyin isə yarpaq xəngəli olduğunu deyib. “Onun da “reytinqini” qorumaq üçün gərək ara-sıra yeyəsən. Xoşladığım digər yeməklər Azərbaycan plovu və dovğadır”.
Yemək bişirməyə gəlincə isə Aqil Camal yalnız çöl şəraitində, uca dağlar qoynunda “öz məharətini” göstərməyə çalışır. “Dostlar bilir, adətən, bu hallarda məsuliyyəti bir qayda olaraq öz üzərimə götürürəm”.

“Şərq” qəzetinin əməkdaşı Seymur Qasımbəylinin dediyinə görə bir çox yeməklərdən xoşu gəlir. Toyuq və ya balıq ləvəngisi, yarpaq dolması, turşukabab, langet (toyuqla), aş, mərci supu, kükü bu sıradadır...
Həmkarımız yemək bişirməyi də bacarır. Bunu da məcburiyyət qarşısında qalaraq öyrənib, yəni universitetdə oxuyan zaman tək yaşadığı vaxtlarda...
“2000-ci ildə universitetə daxil olduqdan sonra Bakıda valideynsiz, dostlarla yaşamalı oldum. Belə olduqda isə yemək bişirməlisən ki, acından ölməyəsən. Həmin vaxtlarda öyrəndiyim yeməklər isə asan hazırlananlardır. Bura langet, kotlet, kartof qızartması, küftə, sous, pomidor-yumurta, sırdaq və püre daxildir”.
S.Qasımbəyli bir dəfə plov bişirməyə cəhd etdiyini, amma yeməyin plovdan çox kaşaya oxşadığını bildirib. “2000-ci ildən bu yana özüm üçün yemək bişirirəm. Bu illərdə başa düşdüm ki, əgər xörəyi ac qalmamaq üçün bişirirsənsə, onda onun dadı olmayacaq. Yox əgər onu sevə-sevə bişirirsənsə nəticədə çox dadlı xörək alınacaq”.

“Azadlıq” qəzetinin əməkdaşı Aytən Məmmədovanın xoşladığı yeməklər yarpaq dolması və balıq yeməkləridir (qızartması, kotleti və ləvəngisi).
“Düzdür, balıq yeməkləri bişirməyi bacarıram, elə dolmanı da. Amma plovu bişirməyi hələ də öyrənməmişəm”.
“Var.az” saytının baş redaktoru Aynur Elgünəş ətsiz xörəkləri xoşladığını bildirib. “Ətli xörəklərindən isə yalnız badımcan dolmasını sevirəm”. Xanım jurnalist valideynlərindən uzaq yaşadığı üçün yemək bişirməyə məcbur olduğunu deyib: “Amma xörək bişirməklə heç aram yoxdur”.
“Gün.az” saytının baş redaktoru Elnur Baimovun xoşladığı yeməklər bunlardır: düşbərə, qutab, pip dolması... Baş redaktor bişirməklə arasının sıfır səviyyəsində olduğunu qeyd edib.

“Antenn” radiosunun aparıcısı Sevinc Məmmədova digər qadın jurnalistlərdən fərqli olaraq bişirməyi, mətbəxdə işləməyi sevdiyini söyləyib.
“Məsələn, sulu xörəklərdən düşbərəni, quru xörəklərdən isə kotleti, əhavalım olanda aş bişirməyi, eyni zamanda həmin xörəkləri yeməyi də sevirəm”.

“İki sahil” qəzetinin bölmə müdiri Xuraman İsmayılqızı çətinliklərə baxmayaraq ev, mətbəx işləri ilə həvəslə məşğul olduğunu deyib. O hesab edir ki, hər bir evin xanımı mətbəxini başqasına etibar etməməlidir. “Çünki ev sahibəsinin əlinin duzu ilə başa gələn adi yemək belə ən məşhur yeməkdən də dadlı olur. Bəzi qadınlar, o cümlədən jurnalist xanımlar da evlərinə olduğu kimi, mətbəxlərinə də sahiblik etməlidirlər. Bu gün gənc qızlar, analar var ki, milli xörəklərimiz haqqında məlumatları belə yoxdur. Halbuki, illərdən bəri süfrələrimizin bəzəyi olan milli yeməklərimiz keyfiyyət baxımından da, kalori cəhətdən də indi dəbdə olan Avropa, Qərb yeməklərindən faydalıdır”.
Qəzetin digər əməkdaşı Aynurə Şirinova da yemək və şirniyyat bişirməyi sevir. “Amma vaxtın azlığı nəticəsində tez-tez yemək bişirə bilmirəm, hazırlayanda da çalışıram ki, dadlı və zövlü olsun. Adətən həftə sonları mətbəxə keçirəm və doğmalarım üçün yeməklər hazırlayıram. Yemək süfrəyə verildikdən sonra həmişə atam və qardaşım soruşurlar ki, “bu yeməyi kim bişirib?”. Hamı susur və mənə baxırlar. Bu da əldə olan dadın fərqliliyidir”.
A.Şirinova hesab edir ki, Azərbaycan xanımı hansı sahədə çalışmağından asılı olmayaraq, hər zaman öz mətbəxinin sözün yaxşı mənasında hökmranıdır. Həmçinin, qadının mətbəx qabliyyətinin olması gələcəkdə qurduğu ailənin sağlamlığında əsas yerlərdən birini tutur.
“Azərbaycan mətbəxi çox zəngindir. Vaxt az olduğu üçün tez hazırlanan yeməklərə üstünlük verirəm. Bu daha rahat və vitaminlərlə zəngin olur”.

Aytən ƏLİYEVA
Комментариев нет:
Отправить комментарий