Страницы

30.06.2011

Kamil Nəcəfzadə vəfat etdi

FotoqrafiyaAzərbaycan rəssamlıq məktəbinin daha bir böyük ustadı bizi tərk etdi! Çağdaş Azərbaycan təsviri sənətinin tanınmış nümayəndəsi, xalq rəssamı, iki dəfə Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Kamil Nəcəfzadə iyunun 29-da 82 yaşında vəfat etdi. O bizim milli incəsənətimizin sütunlarından idi...


Həyatı



29 dekabr 1929-cu ildə Azərbaycan Respublikasının Lənkəran şəhərində doğulub.
1948-ci ildə Ə. Əzimzadə adına Rəssamlıq məktəbini bitirdikdən sonra təhsilini Moskvada-Ümumittifaq Dövlət Kinomatoqrafiya İnstitutunda davam etdirir.
1955-ci ildən təhsilini bitirərək Bakıya qayıdır və "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlayır.
Kamil Nəcəfzadə kinofilmlərə verdiyi tətibatlarla yanaşı, rəngkarlıq, qrafika və eləcə də teatr sənətində də öz sözünü demişdir.
1964-cü ildə Azərbaycan Milli Dram Teatrının səhnəsində Hüseyn Cavidin "Knyaz", 1974-cü ildə S. Vurğun adına Rus Dram Teatrının səhnəsindəSəməd Vurğunun "Fərhad və Şirin" tamaşalarını göstərmək olar.
O, respublikamızda və xaricdə keçirilən bir çox rəssamlıq sərgilərinin iştirakçısı, fərdi sərgilərin müəllifidir.
Azərbaycanın xalq rəssamı, iki dəfə Dövlət Mükafatı laureatıdır. 
Kinorejossor Şamil Nəcəfzadənin atasıdır. Rejissor Günel Nəcəfzadənin babasıdır.

Filmoqrafiya




  1. Abşeron ritmləri (film, 1970)
  2. Ad günü (film, 1977)
  3. Azərbaycan İncəsənəti (1970)
  4. Bağ Mövsümü (1985)
  5. Bayquş Gələndə (1978)
  6. Bir Cənub Şəhərində (1969)
  7. Bir məhəllədən iki nəfər (film, 1957)
  8. Birisigün, Gecəyarısı... (1981)
  9. Bizi Bağışlayın (1979)
  10. Bizim Küçə (1961)
  11. Cazibə Qüvvəsi (1964)(Kinoalmanax)
  12. Cırtdanın Yeni Sərgüzəşti (1973)
  13. Çardaş (1973)
  14. Doğma sahillər (film, 1989)
  15. Dörd Bazar Günü (1975)
  16. Əllər və Rənglər (1974)
  17. Əmək və Qızılgül (1962)
  18. Ən Vacib Müsahibə (1971)
  19. Əsl Dost (1959)
  20. Firəngiz (1975)
  21. Gecə Qatarında Qətl (1990)
  22. Hədiyyə (1986)
  23. Qanlı Zəmi (1985)
  24. Qara Daşlar (1956)
  25. Qızıl Uçurum (1980)
  26. Qozbeli Qəbir Düzəldərmi? (1972)
  27. Lətifə (1989)
  28. Matteo Falkone (1960)
  29. Mən ki Gözəl deyildim (1968)
  30. Molbertlə Dünya Ölkələrinə Səyahət (1965)
  31. Od İçində (1978)
  32. Rənglərdə Yaşayan Kino (2009)
  33. Səmt Küləyi (1973)
  34. Sən Niyə Susursan? (1966)
  35. Su Bulandıranlar (1991)
  36. Su Ərizəsi (1964)
  37. Sürəyya (1987)
  38. Tənha Narın Nağılı (1984)
  39. Ulduz (1964)
  40. Uzaq Sahillərdə (1958)
  41. Var olun, qızlar... (film, 1972)

Комментариев нет:

Отправить комментарий