Страницы

28.06.2011

NOMA


Alik Alioghlu
            Alik Əlioğlu. Hekayə

            Noma doğuldu

            Noma doğulanda böyük bacım uşaqları başına yığıb sehrbaz tamaşası təşkil elədi. Birinci hissədə İtimizin iki küçüyünü yox elədi. Uşaqlar ağlamağa başladılar. İkinci hissədə küçüklərin ikisini də qaytardı və iti yox elədi. Uşaqlar yenə də ağladılar. Böyük bacım bu nömrəni 5 il ərzində hər il yeni küçüklərin üzərində göstərdi. Uşaqlar eləcə hər il ağladılar. Noma 5 yaşında olanda ilk dəfə onu sehrbaz tamaşasına gətirdilər. Noma narazı oldu, istəmədi ki, bacım küçükləri anasından ayıra. Uşaqlar hamısı ona qoşuldu. Ondan sonra tamaşa dağıldı. Heç kəs uşağını tamaşaya gətirmədi.

            Bacım mənə dedi ki, Noma tərbiyəsizdir, onunla oynama, ona qoşulma.

            Noma öz cırıq şalvarlarını tikə-tikə dərzi oldu. Bu işi yaxşı bacaranda bütün dostlarının cırıq paltarlarına yamaq vurdu.

            Ara-sıra münasibətdə olduğu adamlara anasından danışdı. Dedi ki, tək qalmış qadın yetim uşaq qədər yazıq və acizdir...

            Noma əzab çəkirdi.

            Noma böyüdü

            Anası öləndən sonra köhnə tamaşa otağını təmir edib sehrbaz tamaşalarını bərpa edən Noma ağlı başından sıçramış bacımı yanına işə götürdü. Sehrbaz tamaşaları bərpa edildi. Hər tamaşada yalnız bir nömrə göstərildi: Noma bacımla birgə kimsəsiz və kasıb uşaqların paltarındakı cırıq yerlərini yox elədi...

            Noma adamlara ümid verirdi, özü isə ümidsiz idi. Bütün tamaşaların axırında deyirdi ki, daim gülən və hər kəsi güldürən adamın daxilində mütləq böyük bir kədər var. O, gülməklə və güldürməklə öz ikinci irreal həyatını yaradır və real həyatını nazik səthlə örtür.


Bacım doğum gününün 47-ci ilini qeyd  etdikdən 1 həftə sonra özünü evin içində yandıraraq öldürdü.

Noma hamıdan çox ağladı.

            Noma qocaldı

Yetim uşaqların hamısı böyüdü, hərəsi bir yerə köçüb getdi. Hamısı gedərkən Nomaya vəd elədi ki, tez-tez yanına gələcəklər.

Güclü qar yağdı. Yollar buz bağladı. Hələ qar əriməmiş uşaqlar Nomanın cəsədini tamaşa otağından tapdılar.

6-7 nəfər Nomanı dəfn elədi.

Комментариев нет:

Отправить комментарий