Страницы

17.06.2011

Oğru Dünyası


Qanun elə bir səddir ki, onu aşandan sonra yeni, bambaşqa bir dünya başlayır. Elə bir dünya ki, qanun səddindən kənarda qaldığı zaman öz iyerarxiyası, öz kodeksi və öz monarxları mövcud olur. Qanundan kənar cinayətkar dünya, bu dünyada cəngəlliklərdə olduğu kimi hər kəs bacardığı kimi sağ qalmağa çalışır və hər kəs yalnız özünə görə cavabdehdir. Hörmətli oxucunun bütün bu söylənənlərin məqsədini asanlıqla anlaması və iki dünya arasında doğru səddi müəyyənləşdirmək üçün səddin hər iki tərəfində hökm sürən qanun və qanunsuzluğu, həyat şəraitini, hakimiyyət rıçaqlarını təsvir etməyə məcburam. 
Heç kimə sirr deyil ki, cinayətkar aləmdə “oğru” kodeksi hökm sürür, hansı ki, bir əsrə yaxındır dildən-dilə ötürülür  qorunub saxlanır. Və onlara həyatın və qanunun verdiyi ad — ali həzrətləri “Qanuni oğrular”dır. Hörmətli oxucudan xahiş edərdim ki, mənimlə bahəm “oğru” ideyalarının və yaşamının dərinliklərinə, incəliklərinə varıb bu ideyanın yaranışını, gücünü, böyüklüyünü alamağa və dəyərləndirməyə çalışsın. Daha dərinə baş vurub ideyanın yaranma ocaqlarına yaxın düşməyə cəhd edək.

Qanun mükəmməlliyin ən yüksək zirvəsidi. Bu zirvəyə yüksələndən sonra cəmiyyət ətraf dünya tərəfindən sayılmağa, hörmət görməyə başlayır. Qanun hər bir çox cəmiyyətin gücüdü və köhnə qul təfəkkürüylə hər kəs güc qarşısında diz üstə çökür. Amma bununla belə hörmət səviyyəsini müəyyən etmək lazım gələndə güc başlanğıcının şüurlü səviyyəsinə müraciət edirlər. Həmin bu gücün hər hansı bir ali başlanğıca nə dərəcədə tabe olduğunu, nə dərəcədə onun vasitəsinə və xidməti silahına çevrildiyini müəyyənləşdirmək və təyin etmək lazımdı.
Əziz oxucu, ötən söhbətimizdə tarixin dərinliyinə baş vurmağa çalışdıq və oğru qanunlarının yaranma səbəbləri, bunu labüd edən nəsnələrlə qarşı-arşıya qaldıq. 40-cı illərin əvvəlində dayanıb diqqətinizi mövzumuzda çox hallanan “qanun” termininin üzərinə çəkmək istərdim. O səbəbdən ki, hər bir cəmiyyətdə neqativ və pozitivləri müəyyən edən məhz “qanun”u. Elə isə axı “oğru qanunu” nədi?
                     1258567621_Hikmet-4
Biz artıq “oğru” aləminin və ideyasının hansı dövrdə və hansı şəraitdə meydana gəldiyini müəyyənləşdirdik və təəccüblü deyil ki, bu aləmin onurğa beynini təşkil edən “qanun” ən başından çox sərt və qəddar idi. Əks təqdirdə hakimiyyətin və taleyin təzyiqi altında əzilən yeni cəmiyyət xarici və eyni zamanda daxili düşmənlərlə necə mübarizə apara bilərdi?! Mərhəmətə, nəvazişə, “ayı” nəzakətinə və zəifliklərə bu cəmiyyətdə yer yox idi. Yalnız hiylə, məkr, dəqiq hesab və yırtıcı duyumu cinayət aləminin elitasına hökmran idi. Taleyin hökmü və cinayət aləminin qərarı ilə “zakonnik” tituluna layiq görülmüş avtoritetli oğru oğru aləminin bir üzvü və patriarxına çevrilirdi. 
                                          
Eyni zamanda onun taleyi və həyatı hamı üçün nümunə olurdu və daim təhlükə altında qalırdı. Qanuni oğru məsuliyyət sahibiydi və cinayət aləminin hər bir vicdanlı üzvünün taleyinə və şərəfinə görə cavabdehlik daşıyırdı. Oğrunun harda, hansı şəraitdə olmasından asılı olmayaraq təqdim etdiyi qanunla cinayət aləminin vicdanlı qisminin qayğısına qalmağa və insan haqlarını qorumağa borclu idi. Oğrunun patriarxı olduğu kütlə əmin olmalı idi ki, qanun hamı üçün birdi və hər kəs bu qanun qarşısında istisnasız bərabərdi. Öz canını qurtarmaqdan ötrü və kommuna naminə qardaşın qardaşı öldürdüyü, “pavlik morozov”ların təbliğ olunduğu, qardaşı və ya oğlu “oğru” olduğu üçün bacıların, anaların güllələndiyi, bütün millətlərin düşünən beyinləri, görkəmli elita nümayəndələrinin sümükləri üzərində belamor kanallar çəkildiyi, Maqadan və Sibir “zek”lərinin canı, qanı bahasına beşillik proqramlarını 200 faizlik norma ilə başa vurulan, bütün ölkənin “donos”lar və “anonimka”lar içində boğulduğu o zamankı gedər-gəlməz və cəhənnəmi xatırladan cinayət aləminin “zek”lərinin qəlblərində şahın qanun deyil, qanunun şah olduğuna dair möhkəm əminlik, inam yaranmalıydı.
                   1258567604_Lotu-Hikmet-2 
Bu baxımdan “qanun”un niyə belə mərhəmətsiz, qəddar formalaşdığını başa düşmək olar. Və nəticədə “oğru dünyası” hakim qaydalarla amansız döyüşə girməli oldu. Oğruların özünəməxsus qanunlar toplusu hakim qurumulara qarşı müharibədə əsas vasitələrdən birinə çevrildi.
                                    lotu_hikmet_-_muxdarov_hikmet

Bu və ya digər qanun bütün cəmiyyətlərdə həmin cəmiyyətin hüquq və məsuliyyətini müəyyən edir. Çalışacam ki, bu məqamları ümumi fonda izah edim. Amma obıvatelin və eşitdiyimiz həqiqətlərin əsasında. Əgər hər şeyi bir piramida şəklində təsəvvür etsək, onda başlıca bir həqiqətin şahidi ola bilərik ki, bütün piramida əsil “mujiklərin” çiyni üstündə bərqərar olub. Və bu mujiklər həmin piramidanının əsas dayaq nöqtələridir. Məhz mujiklər bütün oğru dünyasının əsas ordusuna çevrilib. Söhbət əsil mujiklərdən gedir. O mujiklərdən ki, məhz onlar bütün ömrləri boyu ən ali məqama-”qanuni oğru” olmağa can atırlar. Onlar həm də onu gözəl bilirlər ki, “qanuni oğru” tituluna nail olduqdan sonra özlərindən sonrakı, yəni arxalarında qalan “mujikləri” sözün həqiqi mənasında müdafiə edə bilərlər.
                                

Ən maraqlı məqamlardan biri də ondan ibarətdir ki, bu gün bütün “qara zonalar”da əsas məsuliyyət məhz “mujiklər”in üstündədir. Məhz onlar bütün ağırlığı və məsuliyyəti ilə hər şeyi öz üzərlərinə götürərərk böyük dirəniş göstərməkdədirlər. Onlar öz davranışları, əhval-ruhiyyələri, keçirdikləri həyat-tərzi ilə kütləvi şəkildə ideya dağarcıqları olduqlarını sübut edə biliblər. Çünki hamı, bu qayda və qanunlara riyayət etməyə borclu olan “mujiklər”, “brodyaqalar”, “qanuni oğrular” belə həmin ideyaların eyni ranqda olan daşıyıcılarıdırlar. Çünki bu qaydalar “oğru dünyası”nın bütün təbəqələri, ən yüksək ranqlara can atanların, ən yüksək ranqda mövqe tutanların hamısıının qarşısında eyni məsuliyyəti müəyyən edir.
                               
Hamı bilməlidir ki, “mujiklər” oğru qanunlarını əzbər bilməli, onlara riayyət etməli, qanunlarda heç bir korrektələr etməməli, dəyişiklik etməyə belə cəsarətdə bulunmamalıdır. Mujik bundan başqa hər hansısa qiyama belə hazır olmalı, başa düşməlidir ki, bu hərəkəti ilə o, “oğru qanunlarına riayət edir”. Amma “mujiklər”in hakimiyyət qarışısında da öz öhdəlikləri var: onlar oğru qanunlarına nə qədər sədaqətli olsalar və bu qanunları eyni sədaqətlə yerinə yetirsələr də, bəzi məqamlara görə, onlar müəyyən öhdəliklər qarşısında bəzi tələbləri yerinə yetirmək zorundadırlar.
                                                 
Söhbət ondan gedir ki, mujiklər, məsələn zonada işləyə bilərlər, — hansı ki bu qanuni oğrulara yasaqdır, — hətta evlənə, zona rejiminin müəyyən etdiyi qaydalara tabe ola belə bilərlər. Amma təbii ki oğru qanunlarının ümumi paraqlaflarını poza bilməzlər. Mujiklər ümumi “sxodka”larda iştirak edə, öz korrektivlərini müəyyənləşdirə bilərlər. Amma o həddə qədər ki, məsələyə “qanuni oğrular” cəlb olunmayıb. Məhz bu həddəcən. Çünki gerisi artıq “mujiklər”lik deyil…
                                      
“Brodyaqalar” gələcəkdə “qanuni oğru” titulu tutmaqda həmişə israrlıdırlar. Və bu titulu tutmaq haqlarını özlərində saxlayırlar. Amma onların qarşısında duran ən böyük öhdəliklərdən biri də məhz “qanuni oğruların” keçirdiyi həyat tərzini təkrarlamaqdır. “Brodyaqa”lar “qanuni oğrular”ın keçdiyi və artıq qəbul olunmuş bütün qaydalara tam məsuliyyəti ilə əməl etməlidirlər. Beləliklə, biz “oğru qanununun” özündə nələri inikas etdirdiyi məqama gəlib çatmışıq.
                     lotu-baxtiar3
Əvvəla bu “qanunu” qəbul etmiş “bradyaqalar” və “oğrular” kriminal vəzifə daşıyıcıları olmalıdırlar.
Ikincisi, onlar heç vaxt və heç bir dövlət qulluğu tuta bilməzlər.
Üçüncüsü, həyatlarında hansısa siyasi partiyanın, ictimai cəmiyyətin və ya dövlət quruluşunun üzvü olması barədə heç bir sənəd olmamalıdır.
Dördüncüsü, “oğru” heç vaxt ailə qurmamalı, oğul-uşaq yiyəsi olmamalıdır.
Beşincisi, “oğru” ranqına çatmış şəxs mütləq “maloletka”nı keçməli, hələ yeniyetmə vaxtlarından həm xarakter, həm də ruh etibarı ilə yetişməlidir.
Elə “bradyaqa”ların özləri də hər yerdə “oğru” qanunlarının təbliğ və tətbiqinə səy göstərməlidir.
                 Мамед Масаллински , Дадаш Бакински и Байрам        

O, hər yerdə, hara düşsə belə, min bir əziyyət, həyatı bahasına belə bu qaydaların yeriməsi üçün cəhdlərini əsirgəməməlidir. Çünki “brodyaqa” gələcək “OĞRUDUR”. Harada olursa-olsun, böyük qardaşlarının həyat tərzini yerinə yetirməyə və riayət etməyə borcludur. O, zonda bu qanunların işlək vəziyyətdə olmasına da məsuldur, buna mütləq nəzarət etməlidir. “Oğru”ların hər hansısa zona təyin etdiyi şəxslər “polojeniya”ya baxmaqla bərabər, hər məsələyə ədalətlə yanaşmalıdır. Kiçik bir “kosyak”, yəni səhv ciddi cəzalandırmayla müşahidə oluna bilər. Dövlət qaydaları ilə heç bir bağlılıq olmamalıdır. Həmin qayda və qanunlara mütləq müqavimət göstərilməli, bir sözlə yaxın buraxılmayaraq rədd olunmalıdır. “Vor” və “brodyaqa”ların öhdəlikləri barədə kiçik arayış verdik.
                 Дадаш Бакински и Вагиф Бакински
Amma indilikdə diqqətinizi “oğru” həyatı ilə bağlı həddən artıq amansız epizodlara cəlb etmək istərdim. Elə vaxtlar olub ki, “oğru”nun gözləri qarşısında onun bütün ailəsini qırıblar, anası, atası, bacısı güllələnib. Onun qarşısına “oğru” adından və “tacından” imtina etmək kimi şərt qoyulub. Amma “oğru” buna getməyib. Elə olub ki, anası və bacısı “maloletka”da yatan “brodyaqa” ilə görüşə gəlib, amma “brodyaqa” bundan qəti imtina edib. Səbəb isə, o olub ki, anası partiyanın, bacısı komsomolun üzvü olub. Ya da onlardan hansısa görüşə gələndə əyinlərindəki paltarda qırmızı rəng olub. Bu “oğru” və “brodyaqa”ların həyatından gətirdiyimiz kiçik misallardır. Sadəcə bununla onu demək istəyirik ki, “oğru” və “brodyaqa” adını daşımaq necə məsuliyyətli bir işdir. O ki qaldı “oğru” və “brodyaqa”ların hüquqlarına, əslində onlar da çox məhduddur. Məqsəd “oğrular” müəyyən “razborka”ları həll etməklə yanaşı adekvat qərarlar çıxarmaq hüqüquna da malikdirlər.
“Oğrular” ümumi xəzinəyə gələn pullara da nəzarət edir, bu barədə hesabat verməklə yanaşı, bütün “zon”a gələn pulların da haralara xərclənməsini öyrənmək səlahiyyətinə malikdir. Onlar “oğru” adına layiq olanları öz camelərinə cəlb etmək, artıq özlərindən söz etdirmiş “brodyaqa”ları nəhəng “oğru” ailəsinə dəvət etmək hüququna da malikdirlər. Bundan başqa onlar “oğru” adına ləkə gətirmiş şəxslər barəsində də layiqli hökm çıxara bilərlər. Bir həqiqət də ondan ibarətdir ki, vaxtı ilə oğru adını almış birisi üçün necə deyərlər geriyə yol yoxdur: oğrunun titulundan məhrum olunması ölümdən betərdir. Söhbət həm də ondan gedir ki, “qanuni oğru” “oğru qurallarına” xəyanət etmiş şəxslərə qarşı amansızlıq nümayiş etdirərək onların həyatlarına ibarəli dildə desək, “krest” qoya bilərlər.
                  lotu_ramiz
Bu məqamı izah edərkən, eyni situasiyada “brodyaqaların” səlahiyyət və hərəkətlərinə də aydınlıq gətirmək lazımdır. Söhbət ondan gedir ki, təbii ki onlar da “oğru qanunları” ilə yaşayır, hərəkət edir, “oğru nizamnaməsi”nin yerinə yetirilməsinə sorumludur. Amma “qanuni oğrular” kimi tam səlahiyyət sahibləri deyillər. Bütün hallrada “EV”də son sözü “qanuni oğrular” deyir. Daha konkret desək, “brodyaqa”lar sanki tələbədirlər, onlar bir müddət oxyurlar, müəyyən nəzəri biliklərə sahib olurlar, daha sonra isə “zonlarda” özünəməxsus prktika keçirlər. Məhz bütün sınaqlardan uğurla keçəndən sonra “brodyaqalar”ın “diplom” məsələsi ümumi müdafiəyə, “sxodka”ya çağrılır, bu mərhələni də keçəndən sonra “brodyaqa” ən ali məqama, “qanuni oğru statusuna” malik olur. Bax hörmətli oxucu, bütün bu yazılanlar bir “QANUN”a doğru gedən məqamlardır, bir TALEdir.
Əslində bütün bu məqamlar barədə daha geniş yazmaq olardı. Amma ehtiyac yoxdur. Sadəcə bir-iki kiçik əlavələrlə, “Qanun”una tam aydınlıq gətirmək və ona qiymət vermək istəyirəm. Nəzərinizə bütün məhkumlar tərəfindən riayət olunmalı özünəməxsus kodeksdən seçmələri çatdırmaq istəyirmə.
                                        

Əvvəla məhkum qəti şəkildə xəbərçilik etməməlidir. Ən əsası da hakimiyyət təmsilçisinə. Adi bir xəbərçilik həmin məhkumun sonrdan “stukaç” ləqəbi ilə ömürlük damğalanmasına səbəb olacaq.
Ikincisi, dustaq yoldaşların arasında dedi-qodu ilə məşğul olma, heç kimə şər atma. Bu çox böyük günahdır.
Üçüncüsü, oğurluq etmə, xüsusən də dustaq yoldaşının ərzağını. Ya da ərzaq gizlətmə. “Srok”unun sonunacan “krısa” adlanacaqsan.
Dördüncüsü, fiziki gücündən istifadə edərək heç kimə, xüsusən də zəif dustaqlara əl qaldırma, özünü “baklanlığa” qoymuş olarsan.
Beşincisi, cəza çəkdiyin izibati binada çalış işləməyəsən. Xüsusən də “ment”lərin görəcəyi işləri görmə. Ömürün boyu “kozyol” damğası səni qarabaqara izləyəcək.
Altıncı, qumarda və digər pullu oyunlarda uduzdunsa çalış borclu qalmayasan. Əks halda hamı səni “fuflo” adlandıracaq.
Bundan başqa çalış kiminləsə cinsi əlaqədə də olma, əks halda “pedor” ayaması səndən əksik olmayacaq. Ümumiyyətlə, “pedor”la heç vaxt kontakt yaratma, onlarla oturub-durma, onlara əl vermə, salamlaşma.
                    
Qeyri-insani əməllərdən də çəkin, yoxsa məhkum yoldaşların səni “qad” deyə çağıracaqlar. Məhkumluqda şəxsi rifahın naminə məişət işləri ilə də məşğul olma, yoxsa sənə “şustryak”, “şnır” deyəcəklər. Yuxardakı göstərdiklərmiz özünəməxsus kodeksdən nümunələr idi. Bu məqamları pozan şəxslər həm də ümumi “Qanun”a qarşı çıxanlardır, onun müddəlarını pozanlardır. Və bu hərəkət məhkumlar arasında oxucu da bağışlasın “fahişəlik” kimi qiymətləndirilir. “Fahişəlik” isə ölümlə belə cəzalandırıla bilər.
Ola bilər ki, biz “Oğru kodeksi”nin bəzi məqamlarını sadalamadıq. Amma bir məsələni bilməliyik ki, sadaladıqlarımın hamısı “Oğru kodeksi”nin əsas ehkamlarınıdırlar. “Oğru dünyasının” illərdir bir institut kimi mövcudluğunun əsas səbəblərindən biri də məhz bu ehkamların qorunub saxlanılması və onlara riyaət olunmasıdır. Illərdir milyonlarla şəxs bu qanunları qoruyub saxlayır, onların hörmətdən düşməsinə imkan vermirlər. Bu kodeks və bu kodeksdə ehtiva olunan məqamlar həm də yüksək ədalətin təcəssümündən xəbər verir. Ilərdir ki dövlətlərin ideloji mübarizəsinə, müxtəlif təşkiltların təbliğatına baxmayaraq bu “Qanun”lar toplusu özünü qoruyub saxlaya bilib.


Mənbə: Azadlıq
                             Дадаш Бакински
                              Лоту БАХТИЯР
                              Zolotoy Neriman
                              Sanka Zver
                              Myasnik Agakerim (Diktator)
                              Lotu Vagif (Korzubi)
                              Lotu Söhbet
                              Lotu Rehim (жук)
                              Lotu Neriman (TT)
                              Lotu Enver
                              Lotu Cavan$ir
                              Batya & Cavan$ir
                              Batya

Комментариев нет:

Отправить комментарий