Страницы

19.06.2011

Ölkənin aparıcı qəzetlərindən manşetlər





“Yeni Müsavat” qəzeti:
Ölkənin aparıcı qəzetlərindən manşetlər - 17 iyun 2011

Deyerler.Org: “Yeni Müsavat” qəzeti: Qəzetin bugünkü əsas manşeti “Washington Post”un müxbirini Bakıda döydülər” başlığı ilə verilib. Əsas manşetinin davamında “Yeni Müsavat” yazır: “Azərbaycana düşmən qüvvələrdən təhlükəli təxribat... İdmançı görkəmli naməlum şəxslər iki əcnəbi qadına hücum çəkib; hadisə dövlət katibinin müavininin səfəri ilə eyni vaxtda baş verib”.

“Yeni Müsavat”ın əsas manşetinin altındakı digər manşeti isə belədir: “Hökumət soyğunçu bahalaşmaya start verir. İnqilabların səngiməsi iqtidarı cəsarətləndirib; inhisarçı-nazir Ziya Məmmədov nəqliyyatda qiymətləri artırır”.

Bundan başqa, qəzetin bugünkü sayında “Hakimiyyət mitinqə icazə vermədi”, “Sülhyaratma missiyası ölkəmizə yeni təhlükə vəd edir”, “Orqan alverçisi olan həkimlərin məhkəməsi başlayır”, “Əli Ömərovun müsahibəsi sensasion açıqlamalarla bitdi”, “Məmmədyarov Tiflisə şeyxə görə gedibmiş”, “Nemət Pənahlıya bu gün hökm oxunacaq”, “Konstitusiya Məhkəməsinin sədri bədxahlarını günahlandırdı”, “Yasaqlanan filmin rejissoru “Yeni Müsavat”a danışdı”, “Atilla Qaya: “Savaş başlasa, yenə bu torpaqlar uğrunda vuruşmağa hazırıq””, “Dövlət katibi Bakıda iqtidara şərt qoydu”, “Nazirin qardaşı Sənqəçalda milyonçular məhəlləsi tikir” və “MTN Bakıda şok narkotik əməliyyatı keçirdi” başlıqlı xəbərlə də tanış olmaq mümkündür.

“Azərbaycan” qəzeti:
Ölkənin aparıcı qəzetlərindən manşetlər - 17 iyun 2011

“Azərbaycan” qəzeti: Qəzetin ilk səhifəsi “Azərbaycan-Serbiya əməkdaşlığı yeni mərhələyə qədəm qoyub” manşeti ilə dərc olunub. Qəzetin digər xəbər başlıqları isə belədir: “Azərbaycan Respublikasının səhiyyə işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”, “Azərbaycan Respublikasının səhiyyə işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”, “Azərbaycan ilə Fransa arasında əməkdaşlıq əlaqələrinin inkişafı məsələləri müzakirə olunub”, “Avropa İttifaqı Dağlıq Qarabağın Azərbaycana aid olduğunu növbəti dəfə təsdiq etmişdir”, “Azərbaycan xarici işlər naziri İspaniyada rəsmi səfərdədir” və s.

“Azadlıq” qəzeti:
Ölkənin aparıcı qəzetlərindən manşetlər - 17 iyun 2011

“Azadlıq” qəzeti: Qəzet əsas manşet olaraq “Klintonun müavini Əliyevə ciddi mesajlar verib” kimi seçib. Əsas manşetinin davamında “Azadlıq” yazır: “Demokratiya və insan haqlarına hörmət ABŞ-la dostluq üçün başlıca şərtdir. Tomas Melia İctimai Palatanın mitinqlərində tutulanların məsələsini də qaldırıb”.

“Azadlıq”ın son sayındakı yarımmanşetlik başlıqlarında yazır: “Gedişhaqları yenidən bahalaşır” və ““Wikileaks” Azərbaycanla bağlı məxfi sənəd yaydı”.

Qəzetin önəm verdiyi digər mövzu başlıqları: “Amerikalı jurnalist Bakıda vəhşicəsinə döyüldü”, “19 iyun aksiyası cəmiyyətin sifarişidir”, “MDB liderlərinə internetdə hücum hazırlayırlar”, “İqtisad Universitetində dərəbəylik”, “Hicaba etirazla bağlı disklər yayıldı”, “Məmurların “putyovka biznesi””, “Məhkəmədə Cabbar Savalanlıya azadlıq tələb olundu”, “Müxalifət 19 iyun aksiyasını keçirməkdə israrlıdır” və s.

“525-ci qəzet”
Ölkənin aparıcı qəzetlərindən manşetlər - 17 iyun 2011

“525-ci qəzet”: Qəzetin bugünkü buraxılışının əsas manşetində “Avtobusda gedişhaqları artırılır” adlı başlıq yer alıb. 525-ci qəzet əsas manşetinin altbaşlığında yazır: “Nəqliyyat naziri Ziya Məmmədov qiymət artımını nəqliyyatda intellektual idarəetmə sisteminin qurulması ilə əlaqələndirib”.

Qəzetin bu buraxılışında önəm verdiyi digər əsas xəbər başlıqları isə belədir: “Prezidentlər Qarabağla bağlı layihəyə dair qərar qəbul edəcəklər”, ““Qara transplantasiya” işi üzrə istintaq başa çatdı”, “Azərbaycanda QHT-lər məcburi auditdən azad olundu”, “ABŞ Konqresinə uydurma “erməni soyqırımı” ilə bağlı yeni qətnamə layihəsi təqdim olunacaq”, “Albaniya Azərbaycan vətəndaşları üçün viza rejimin ləğv edib”, “Dövlət Yol Polisindən “plyonka” açıqlaması” və s.

Комментариев нет:

Отправить комментарий