Страницы

30.06.2011

Sezai Karakoçdan şeirlər


Çağdaş Türk İrfan şeirinin ən öndər isimlərindən bir Sezai Qarakoçun bu şerləri yaradıcılığının ilkin dövrlərinə təsadüf edir. Bu kitabda şairin ilk qələm təcrübələrini də verməyi məsləhət bildik. Gəncliyində yazılsa da, Türk şeri içərisində orjinal dəsti-xəttə sahib olan bu şerlər Azərbaycan oxucusu üçün də maraqlı olacağı fikrindəyəm.
Bu şerlərini yenidən işləyən şair 1998-ci ildə «Mona Roza» adıyla yenidən kitab şəklində çap etdirib. Yenidən yayılanan bu şerlər Türkiyənin irfani dünyagörüşə sahib sənət çevrəsində böyük səs-küyə səbəb oldu. Şerin üzərinə onlarla məqalələr yazıldı. Zaman göstərir ki, S.Qarakoçun ilk qələm təcrübələri əsl sənət nümunələridir.

Mona Roza


Uçurmamı rüzgar yırtdı dostlarım!
Gəlin duvağından qopan bir rüzgar.
Bu rüzgar üzündən bulutlar yarım;
Bu rüzgar üzündən mənə olanlar…
O Ceviz dalları, o asma, o tut,
Gün-gün, məktub-məktub böyüyən umud…
Yanağından-yanağına artıq qalmış tut
Məhəbbət davam edərmiş bir rüzgar qədər.

Yağmur duası


Mən gəldim gələli açmadı göylər,
Ya mən buludları anlamayıram,
Ya buludlar məndən nəsə gözləyir
Həyat bir ölümdür, eşq bir uçurum…
Bir yağmur bilirəm, bir də Çaldırım (döngə)
Biri damla-damla alnıma düşər;
Digərində durub göyə baxaram.
Nə şəhər, nə dəniz qoxuyan gəmilər;
Nədənsə aldanmış ilk gecə anam
Ovsunlu bir köynək geydirmiş mənə
Heç də vuramadı göylər mənə qəm,
Dinmədi içimdə qopan fırtına.
Biri çıxmış kimi boş bir məzardan,
Ortalıqda ölüm səssizliyi var.
Mənə nə gəldiysə gəldi yuxarıdan,
Mənə nə etdiysə etdi buludlar.
Yaxşı ki bilməyir qələbəliklər
Yağmura baxmağa pəncərə arxasından
İnsandan insana şükür ki, fərq var;
Birinə cənnətsə, birinə zindan –
Yağmur duasına çıxsaydıq dostlar;
Buludlar yarılar, hava açardı.
İndi nə ehtimal, nə də imkan var.
Göyə hökm etməkdən asan nə vardı.
Mən gəldim gələli açmadı göylər,
Ya mən buludları anlamayıram,
Ya buludlar məndən nəsə gözləyir
Həyat bir ölümdür, eşq bir uçurum…

EŞQ VƏ ÇİLƏLƏR


Mona Roza, qara güllər, ağ güllər;
Gülcənin gülləri və bəyaz yataq
Qapadı qırıq quş mərhəmət istər;
Ah, sənin ucbatından qana batacaq,
Ular aya qarşı kirli çaqqallar,
Baxar ürkək-ürkək dovşanlar dağa.
Mona Roza, bu gün məndə bir hal var,
Yağış iri-iri düşür torpağa.
Zeytun ağacının qaranlığıdır
Əlindəki alma ilə başlayan…
Bir yaqut üzükdə aydınlanan sirr,
İsti və balaca üzündəki qap.
Zambağlar ən ıssız yerlərdə açar
Və vardır hər vəhşi çiçəkdə qürur.
Bir mumun altında gözləyən ruzgar,
İşıqsız ruhumu sallar da durar.
Əllərin, əllərin və barmaqların
Bir nar çiçəyini əzirmiş kimi…
Əllərindən bəlli olur bir qadın
Dənizin dibində gəzirmiş kimi.
Açma pəncərəni, pərdələri çək:
Mona Roza, səni görməməliyəm.
Bir baxışın ölməyimə yetəcək:
Anla Mona Roza, mən gedərgiyəm…
Zaman çox sürətlə keçir Mona,
Saat on ikidir, söndü lampalar
Uyu da durnalar gəlsin yuxuna,
Baxma qərib-qərib göyə bu qədər.
Axşamları gəlir əncir quşları,
Qonarlar baxçamın incirlərinə;
Kiminin rəngi ağ, kiminin sarı.
Ah, məni vursalar bir quş yerinə!
Ki mən, Mona Roza, taparam səni
Əncir quşlarının baxışlarında
Həyatla doldurur bu boş yelkəni
O məsum baxışlar… Su kənarında
Qırğın-qırğın baxma üzümə Roza
Hələ eşitmədin məndən türkülər
Mənim eşqim uymaz elə hər saza,
Ən gözəl şərqini bir güllə söylər…
Yağışlardan sonra böyüyər başaq,
Meyvələr səbirlə yetişirmiş
Bir gün gözlərimin ta içinə bax:
Anlarsan ölülər nə üçün yaşarmış.
Artıq inan mənə mühacir qızı,
Dinlə və qəbul et etirafımı
Bir soyuq, bir qərib, bir mavi sızı
Alov-alov sardı hər tərəfimi,
Qızıl bilərziklər, o qorxulu tən,
Cavab versin bu qanlı quş tükünə:
Bir tük ki, can verər bir gülümsəsən
Bir tük ki, bağlıdır gecəyə, günə;
Mona Roza, qara güllər, ağ güllər,
Gülçənin gülləri və bəyaz yataq
Qanadı qırıq quş mərhəmət istər;
Ah, sənin üzündən qana batacaq.

II – ÖLÜM VƏ ÇƏRÇİVƏLƏR

Bir lampa yanır xəfif və sarı;
Qərib bir yolçuluq, qatar və Gülcə,
Bir xəncər bölür, ah röyaları
Bir röya, bir xəncər, bir əl; və, və, və
Lampalar yanır xəfif və sarı;
Gecə qar yanacaq sabaha qədər,
Torpaqda ət, sümük qırıntıları
Yarı ölüləri bir qorxu tutar
Bir daşa dəyincə qafatasları
Ölülər ki, yalnız dırnaqları var,
Və yalnız burxulmuş diz qapaqları… -
Bir lampa yanır xəfif və sarı
Açır əllərini göyə bir qadın
Uzanır, uzanır qızıl saçları
Uğrunda ölünən gözəl qızların.
Bir lampa yanır xəfif və sarı
Qarabəniz gənc, xatirə və qan.
Yaşıl gözlü qızıl hıçqırıqları
Sızır bir qapı aralığından;
Lampalar yanır, xəfif və sarı.
Bir lampa yanır xəfif və sarı;
Uşaqlara açar mağaraları
Gün görməmiş quşlar və hörümçəklər
Eşqi elan edən dil balıqları
Aşina suları tezcə tərk edər…
Lampalar yanır, xəfif və sarı;
Baxırlar atəşə, gülə böcəklər.
Köpəklər parçalar bülbülləri
Məktubları yeyər, boz ağac qurdu
Bayquşlar oxuyur xarabalıqda;
Bir lampa yanır xəfif və sarı.
Bir qəza Gülləni tapır hər yerdə
Süvarisiz şahə qalxan atları…
Bir ruhun işığı vardır göylərdə,
Bir lampa yanır xəfif və sarı,
Bayquşlar oxuyur xarabalıqda.
Bir lampa yanır xəfif və sarı
Titrəyir ildırım düşmüş kimi yer
Gözlər arzuyla qaranlıqları
Analar, atalar, bir də qardaşlar.
Ta duyar içində ani bir ağrı,
Bir hüzün şərqisi tutdurub gedər.
Bir lampa yanır xəfif və sarı,
Hər yataq dopdolu, bir yataq bomboş
Bir nəşə şərqisini tutdurub gedər
Birinci, ikinci, üçüncü sərxoş;
Güllələr sıxılır, göylərə doğru,
Sərçə balaları yuvada titrər.
Bir lampa yanır xəfif və sarı
İncə yelkənləri götürür yellər.
Titrədir qəlbləri və bayraqları
Gəmidən torpağa uzanan əllər
Bir lampa yanır xəfif və sarı,
Bir yolun köksünə həsrət qalacaq
Gizli xəzinələr, su ilanları…
İncə yelkənləri tərpədir yellər;
Bir lampa yanır xəfif və sarı.
Bəyaz pələrinli hür tayfaları
Bağlayır özünə qara pişiklər;
Titrəyir könüllər və qara bayraq,
Bir yosun köksünə həsrət qalacaq
Gəmidən torpağa uzanan əllər.
Bir lampa yanır xəfif və sarı,
Qərib bir yolçuluq, qatar və Gülcə.
Bir xəncər bölür, ah, röyaları:
Bir röya, bir xəncər, bir əl; və, və, və…

III PEŞMANLIQ VƏ ÇİLƏLƏR


Rüzgar əsir, yağış yağır, Tülkülər üşüyür;
Ocağı aydınladır bir ordunun parçası
Ana atəşin önündə pərişan,
Ana atəşin önündə hür…
Yağışlar kürəyiylə kürəyim arasındadır;
Şərqilər dodaqlarıyla dodaqlarımın
Min parçaya böldü məni bir divanə sir, -
Səsi gəlir səsi, günahkar uşaqların;
Şərqilər dodaqlarıyla dodaqların arasındadır.
Könüllər yanaraq qovuşacaqdı;
Üzdəki iztirab, çilə ocağı,
Onun bu ocaqda yanan torpağı
Bir gecə röyamda ovuclarımı yaxdı,
Mənim gözlərim yaşıldır, onun gözləri qara;
Mən günah qədər bəyazam, o tövbə qədər qara.
Ananın başı əlləri arasında,
Barmağındakı aydınlıq günlərdən qalma üzük.
Bir fotoqraf asılıbdır divarda;
Güzgüyə, gecəyə, keçmişə dönük,
Ananın başı əlləri arasında.
Bir tüfəyin burnu havadadır
Mərmisiz partlamaq üzrədir.
Mən bir kiçik qızam, mən bir dəli qızam,
Siz məni nə anlayırsınız siz!
Bir tüfək partlamaq üzrədir, mərmisiz…
Bir zaman çölündən asılmış qızların
Ətəyini mən çəkdim
Neyləyim köksümü qara dağın sərt rüzgarı
Doldurmuş,
Anamdan ilk sürü Gülcədə əmdim.
Ankaraya, çatal dağa bir zindandan gün vurub;
Az qala yerinə mən öləcəkdim
Bir saman çöpündən asılmış qızların…
Pişiklər xalıları parçalayır,
Qırmızı bir işıq düşür yerə.
Ananın dizində dərman yox,
Ananın qafası iki bölükdür.
İnsanın ruhuna hökmü yoxdur atəşin,
İncəcik pərdələrə hökmü yoxdur, rüzgarın;
Pişiklər xalıları parçalayır.
Atəşdə sarı gül açan saxsılar,
Qızarmış bir çörək kimi durur,
Qulağıma əcaib səslər gəlir,
Quş yumurtasından çıxan insanlar
Axırda bir ata yəhər vururlar.
Mən bir şərqi, mən bir tükəm;
Mən Məryəmin yanağındakı tükəm.
Məni bir övliya nəfəsi uçurdur,
Qəlbimdə Allahın əlləri durur
Bəzəkli ayaqlarım iplə bağlıdır,
Mən onun kədəri, özümün qürbətiyəm;
Mən bir övliyanın həsrəti,
Mənim gözlərim yaşıldır,elədir, elədir onun gözləri qara;
Mən günah qədər bəyazam, o tövbə qərar qara…
Ocaq sönür, atəş kül olur.
Ananın saçları bəyaz,
Ana saçlarını yolur.
Atəşin içində gül açır, sərvi böyüyür,
Ardıc böyüyür, uşaq böyüyür;
Ocaq sönür, atəş kül olur,
Ana ruhunda ruhuma əyilir.
Yarası quşun qanadın isidən
Bir günəş torpağı yarıb çıxacaq.
Qadınlar yaşadığını zənn etsə də,
Şərqisiz qaldıqca yaşamayacaq
Qadınların Şərqilər, ərəblər aydınlardır.
Qadınları Şərqilər, zəhərlər aydınlardır.
Artıq mən gedəcəyəm, ata yəhər vururlar.
Xatirələrimi bir-bir yandıracağam.
Əntarimi parça-parça edib
Zəhərli kirpiklərə qoyacam.
Bəyaz bir qayanın üstünə çıxıb
Köksümə qara bir kül taxacam
Batan günə doğru güllələr sıxıb
Özümü boşluğa tullayacağam
Ayaqlarımın altından keçir bir dəniz…
Mən bir kiçik qızam, mən bir dəli qızam,
Siz məni nə anlayırsınız, siz!
Artıq mən gedəcəyəm atım kişnəyir;
Bir körpə tum istəyir, bir ölü şərt istəyir
Ayaqlarımın altından keçir bir dəniz, bir dəniz;
Mən onun gözləri çağırır, duramam, duramam.
Mənim gözlərim yaşıldır, ah sənin gözlərin qara;
Mən günah qədər bəyazam, o tövbə qədər qara…
1952, Payız

VƏ MONA ROZA


Peyğəmbər çiçəyinin ayrılığında ara
Sənə doğru uzanan çarəsiz əllərimi
Sirrimi danışıram vəfalı balıqlara;
Yalnız onlar tutacaq bu dünyada yerimi
Koy verib telli-pullu saçlarım rüzgara,
Bir uşağın ardına düşən heykəllərimi.
Bir çevrə sağ əlimdən bulanıq suya düşdü
Və boğazımı sıxdı incə, uzun barmaqlar.
Günahkar torpağıma saçından bir tel düşdü;
Nə olmuş sənə Roza, bir dərdə tutulmusan.
Bir çörək qədər əziz, fikirlər belə bitdi;
Qəhr olsun manolpyalar və Noel ağacları
Bu şapkanı çıxarıb tullayıram irmağa;
Hər şeyim sizin olsun, həp sizin, kəsik başlar.
Röyasında hörümçək başlarsa ağlamağa
İçinə gül qoyduğum tüfək ölməyə başlar
Günahını belinə yükləyən Kaplumbağa
Kimi, ölüm önündə öz mənliyim yavaşlar
Eləysə bu şapkanı tullayıram irmağa.
Bu kişilər qoxunu pişiklər kimi alır
Və pişiklər hər gecə sürünür yastıqlara.
Dənizləri bəxtiyar edən günlər qısalır
Satılmayan çiçəklər, zəhərli və qapqara,
Unudulmuş kişilərə və qadınlara qalır
Bir kəkliyin gözləri düşər əriyən qara
Və kişilər qoxunu pişiklər kimi alır.
Və tənhalıq, siqaret külü qədər tənhalıq!
Və torpağın röyaya ilan kimi girişi
Sənə də, Mona Roza, döş körpəni saxlarıq
Əllərində qılçıqlı boltların bir dişi
Sənin xatirən kimi böyük, yeni, qaranlıq;
Sənin xatirən qədər Allah və şeytan işi…
Bu gün yalnız yağışa dözə biləcəyəm
Ta boğazıma qədər çıxan dəli yağışa
Tükümə xoruzdan daha çox güvənəcəm
Güvənəcəyəm bu bəlalı yağışa
Ruhumu bayraq kimi mən təslim edəcəyəm
Asılmış bir adamın iki əli yağışa
Bu gün yalnız yağışa dözə biləcəyəm.
Bir qatar işığına, günəşə çəkmək səni
Və bir şəhər yaratmaq ruhundan Gülcə deyə
Parçalanan gəmiyi və deşilən yelkəni
Qatışdırmaq səssizcə oxunan bir tülküyə
Və sonra bir qıraqda öldürmək ölməyəni
Və son vermək bitməyən, bu bitməyən şərqiyə,
Sənə tovuzquşunun içimə girdiyini
Son, en son söz olaraq söyləmək istəyirəm
İçimə girdiyini, tükünü yolduğunu
İçimdə tovuzların bir-bir yox olduğunu
Mənə də bir cüt ağ qanat qaldığını.
Peyğəmbər çiçəyinin aydınlığında ara
Sənə doğru uzanan çarəsiz əllərimi.
Peyğəmbər çiçəyinin ayrılığında ara
Sənə doğru uzanan çarəsiz əllərimi
Sirrimi danışıram vəfalı balıqlara;
Yalnız onlar tutacaq bu dünyada yerimi
Koy verib telli-pullu saçlarım rüzgara,
Bir uşağın ardına düşən heykəllərimi.

İŞARƏT


Nə zaman yandı əlin
Nə vaxt əllərini yaxdı xatirəm?
Nə vaxt üzük kimi taxtı xatirəm,
Barmağına, bu gizli və acı işarəni, gəlin.
1954


QƏDƏR YOLU


Ətrafımız ucsuz-bucaqsız çöllər
Yerlər dəmir, Göylər bakır Madonna.
Nehirlər çəkilmiş, qurumuş göllər;
Aramızda dəniz vardır Madonna!
Gəlir-gəlməz Venedikdən aynalar,
Ucuz göydə qara-qara qarğalar.
Biçdi ömrü qılınc kimi lövhələr
Bizə qalan sadəcə səbir, Madonna!
1956

İTKİ


Üstünün paltarı gözünün rəngində
Yürüyür, yürüyürdü arxasına baxmadan
Onu itirdim bir qış günündə
Yağmur, yağmur, yağmur yağırdı durmadan.
Ölü aparan bir maşın
Araya girdi deyəsən
Qaçdım qaçdım yetişəmədim
Sanki ölümü örtən bir sütundu zaman
İnsanlar avtomobillər dalğın, xəbərsiz zalım
Qaytaramadım onu yoxluqlara dalmaqdan
Zəhmət çəkmək artıq boşunaydı
Görəsən boşunamıydı.
Döndüm donub qaldım olduğum yerdə
Gözlərimi örtürdü duman, duman, duman
Könlüm nə keçmişdə, nə gələcəkdə
Bir məhkumdum görülməmiş bir cəzaya düşən
Bir əzaba düşən
Hesaba kitaba sığmaz.
1957

Uyğulayan və təqdim edən: Xanəmir Telmanoğlu

Комментариев нет:

Отправить комментарий