Страницы

29.06.2011

SU (3)

M. Ərğəvan



bu gecə nazlı ipəksu qonuşur ayparasu,
son uğursuzluq üçün yanma deyir var çarasu.

aylara illərə yalqız düşər öksuz qədərin,
xan çobansız de görüm çalğı çalır mi sarasu?

qara özləmlərə yemlik deyə kimisiz kimə hey,
daşlanır can qarışıq ağ ciyərindən qarasu.

çoxda ah çəkmə ahından yanar oldum başa düş,
sənə bənzər ötən il tək gedər olmuş dara su.

acı inciklərə göz yaşını qat incimə iç,
son kərə son sevi olusun sonu kindaşlara su.

qınama, mən dəlini gözləri ağlar kor olub,
görəməzm, sən gələcək yoldan axır gur hara su?

                                                              Divan-i ərğəvan - SU (3)

Комментариев нет:

Отправить комментарий