İyunun 17-də Bakının bəzi rayonlarında mənzillərin qapılarına Təhsil naziri Misir Mərdanovun orta məktəblərdə hicabın qadağasına dair göstərişi əleyhinə vərəqələr paylanılıb.
Vərəqələrdə Təhsil nazirinin şəkli üzərindən xətt çəkilib. Yazılıb ki, «hər bir kəsin öz inancına uyğun olaraq geyinmək və təhsil almaq hüququ var, ancaq bu hüquq kobudcasına pozulur».
Bakı şəhəri Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı vərəqələr barədə idarədə məlumat olmadığını deyib:
«Ölkədə təhsil haqqında qanun, bu qanunda məktəbli forması ilə bağlı xüsusi maddə var. Bu məsələ ilə bağlı mövqeyimizi açıqlamışıq».
Ötən ilin sonunda məktəblilərin dərsə məktəbli formasında gəlməsinin tələb olunması dindarların narazılığına səbəb olub, nazirlik qarşısında aksiyalar keçirilib.
Bir müddət əvvəl isə Bakının müxtəlif yerlərində hicabı dəstəkləyən plakatlar yapışdırılıb.

Комментариев нет:
Отправить комментарий