Bir uzaq məmləkətdə
zəif lampa işığında
bir nəfəs qədər
mehriban, əziz məkan
gülümsəyir
ona pənah aparan
sakinlərin üzünə.
….zərif, əsəbi tanqo oxuyur
pıcıltıların müşayətilə.
Sərxoş yağış damlaları
pəncərə şüşəsində rəqs edir.
Onun gözləri
ayaqları kimi nazik
və uzun dabanlı ayaqqabı geyinmiş qadını
ta uzaqlardan dartıb gətirməkçün
yol çəkir.
Hərdən qapı açılır…
gələnləri məyus baxışlarıyla qarşılayır…
bir-birinə sıxılmış dodaqlarıyla qulluq edir…
Rəqəmlər dünyanın bir saat da qocaldığını xəbər verir…
Saat 12-dir.
Qapı cırıldayır…
Tıqqıltı səsi masaya yaxınlaşır
köhnə çamadanın, qırılmş çətirin müşayətilə…
Saçlarından, plaşından düşən yağış damcılar yeri isladır…
Pəncərəni inadcıl yağış döyür….
Bir-birinə sarılan baxışların pıcıltısında
əsəbi, cılğın tanqo oxuyur…
zəif lampa işığında
bir nəfəs qədər
mehriban, əziz məkan
gülümsəyir
ona pənah aparan
sakinlərin üzünə.
….zərif, əsəbi tanqo oxuyur
pıcıltıların müşayətilə.
Sərxoş yağış damlaları
pəncərə şüşəsində rəqs edir.
Onun gözləri
ayaqları kimi nazik
və uzun dabanlı ayaqqabı geyinmiş qadını
ta uzaqlardan dartıb gətirməkçün
yol çəkir.
Hərdən qapı açılır…
gələnləri məyus baxışlarıyla qarşılayır…
bir-birinə sıxılmış dodaqlarıyla qulluq edir…
Rəqəmlər dünyanın bir saat da qocaldığını xəbər verir…
Saat 12-dir.
Qapı cırıldayır…
Tıqqıltı səsi masaya yaxınlaşır
köhnə çamadanın, qırılmş çətirin müşayətilə…
Saçlarından, plaşından düşən yağış damcılar yeri isladır…
Pəncərəni inadcıl yağış döyür….
Bir-birinə sarılan baxışların pıcıltısında
əsəbi, cılğın tanqo oxuyur…
Məşq edək
Bütün həyatlarını sevdim
pisini də, yaxşısını da.
Hər həyatından da
boylandın, baxdın
istədiyim kimi.
Hər baxşında da özümü gördüm
gözlərini sevdim…
Səbirsiz, tələskən
qısametrajlı filmə
bənzətdin ömrümüzü.
Tez başladı, tez də bitdi
əsəbiliyini sevdim…
Bir ömür məşq etdik
gözləməyi.
Kimi, nəyi fərqinə varmadan.
Sən məni, mən də səni gözlədim
gözləməyi sevdim…
Bilirəm demə, lazım deyil,
qocalmışıq artıq
Amma…
Ölmə.
İndi yazdır,
çiçəkləri əzərik.
Nolar gözlə….
Gəl ölməyi məşq edək.
Payızda ölərik
yarpaqlarla birgə
xəzəlləşərik…
pisini də, yaxşısını da.
Hər həyatından da
boylandın, baxdın
istədiyim kimi.
Hər baxşında da özümü gördüm
gözlərini sevdim…
Səbirsiz, tələskən
qısametrajlı filmə
bənzətdin ömrümüzü.
Tez başladı, tez də bitdi
əsəbiliyini sevdim…
Bir ömür məşq etdik
gözləməyi.
Kimi, nəyi fərqinə varmadan.
Sən məni, mən də səni gözlədim
gözləməyi sevdim…
Bilirəm demə, lazım deyil,
qocalmışıq artıq
Amma…
Ölmə.
İndi yazdır,
çiçəkləri əzərik.
Nolar gözlə….
Gəl ölməyi məşq edək.
Payızda ölərik
yarpaqlarla birgə
xəzəlləşərik…
Комментариев нет:
Отправить комментарий